“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Son məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub. Təyyarə Qroznıya uçurmuş, duman səbəbindən aktasu hava limanına yönləndirilib. Təyyarə havada quş sürüsü ilə toqquşub.
AZAL-dan verilən açıqlamaya görə, təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib.
Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau aeroportunda qəzaya uğrayıb.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?