GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Onlar fədakarlıq ənənəsini davam etdirdi

Onlar fədakarlıq ənənəsini davam etdirdi

Tarix: 30-12-2024, 11:06 Bölmə :GündəmXəbər / Manşet Baxış: 879

Əsl qəhramanlıq əllərdə deyil, ürəklərə və başlara bağlıdır

Herman Melvill


Son 200 ildə barmaqla sayılan müharibələrdə qalibiyyətlərimiz olsa da, rəşadət, qəhramanlıq nümunələrimiz yetəri qədərdir. Azərbaycanın istər mülki, istərsə də hərbi aviasiyasının pilotları igidlikləriylə yalnız xalqımızı deyil, həm də dünya xalqlarını da heyran edib.  Etnik tərkibinə görə zənginliyi ilə seçilən təyyarəçilərimizin qəhramanlıq nümunələrini sadalamaqla bitməz. İlk hərbi təyyarəçimiz Çar ordusunun porudçiki Fərrux ağa Qayıbovun I Dünya müharibəsində göstərdiyi qəhramanlıq səlnaməsini Böyük Vətən Müharibəsində,  I və II Qarabağ savaşlarında digər hava şahinlərimiz davam etdirdi. Hüseynbala Əliyev 18 iyul 1941-ci ildə Leninqrad səmasında alman təyyarələriylə qeyri bərabər döyüşə girərək iki düşmən qırıcısını məhv etmiş, özünün 30-a yaxın qəlpə yarası almasına baxmayaraq təyyarəsini salamat yerə endirərək qəhramancasına həlak olmuşdur. Bu igidliyinə görə o, “Lenin” ordeni ilə təltif edilir. Həmyerlimizin qəhramanlığı haqqında  rus yazıçıları Nikolay Çuxovski “Baltik səması” romanında, Vera Ketlinskaya  “İradə” hekayəsində, Qriqoriy Miroşniçenko isə “Baltik küləyi” xatirələrində geniş söhbət açıb.

1943-cü ildə qvardiya baş-leytenantı Cahangir Bağırov Kurs vilayətinin Belaya qəsəbəsi yaxınlığında lüftvaffe qüvvələriylə hava döyüşündə bir neçə düşmən təyyarəsini vurub yerə salır. Amma döyüş gedişatında Cahangirin idarə etdiyi texnikanın yanacağı tükənir. Belə olduqda Azərbaycanın qorxmaz oğlu tarana gedərək təyyarəsini düşmən təyyarəsinə çırpır və qəhramanlıqla həlak olur. Cahangir Bağırov Azərbaycan tarixində ilk taran edən pilotdur. Ona “Sovet İttifaqı Qəhramanı” adı verilməsi nəzərdə tutulsa da, atası, Azərbaycan SSR-in rəhbəri Mir Cəfər Bağırov “mənim balam heç bir azərbaycanlı balasından və müharibədən həlak olan əsgərlərimizdən artıq deyil” deyərək buna imkan vermir. Hətta SSRi Ali Sovetinin Rəyasət Heyətinin sədri Mixail Kalinin Mir Cəfər Bağırovu bu fikirini dəyişdirməyə çalışsa da, ata Bağırov və Azərbaycanın rəhbəri mövqeyini dəyişmir. Belə olduqda qəhramancasına həlak olan baş leytenant Cahangir Bağırov “Lenin” ordeniylə təltif olunur. 1941-45-ci illərdəki müharibədə Vladimir Balandin, Ağahüseyn Əliyev, Hüseyn Bağırov, Nikolay Şeverdyayev, Məzahir Abbasov, Nikolay Suxov, Züleyxa Seyidməmmədova, Kamran Qəhramanov, Əjdər Cabbarov, Qulamhüseyn Mustafayev, Qədir Bağırov, Məmməd İbrahimov, Georgi Məlikov və digər şücaət, qəhramanlıq göstərən təyyarəçilərimiz olmuşdur. I Qarabağ savaşında da Yevgeni Karlov, Ruslan Polovinka, Viktor Seryögin, Səfa Axundov, Zakir Məcidov, Cavanşir Rəhimov, Sergey Senyuşkin kimi helikopter pilotlarımız dığalara qarşı döyüşlərdə qəhramancasına şəhid oldular və Azərbaycan Respublikasının “Milli Qəhramanı” adına layiq görüldülər. Həmçinin 44 günlük müharibədə də igidlik göstərərək savaşın ilk şəhidlik zirvəsinə ucalanlar - Xalid Gözəlov ilə Abbas Qasımov da pilotlar idi. Vertolyot pilotlarımızdan Ramiz Qasımov və Zaur Nudirəliyev (o, hərb tariximizdə Cahangir Bağırovdan sonra tarana gedən ikinci pilotumuzdur) qəhramanlıq göstərərək həlak olurlar və “Vətən Müharibəsi Qəhramanı” medalıyla təltif olunurlar. Təbii ki, müharibədə igidlik, şücaət göstərərək sağ qalan pilotlarımız da yetərincədir. Amma azərbaycanlıların qəhramanlarıq nümunələri yalnız savaş meydanlarıyla kifayətlənmir. 25 dekabr 2024-cü ildə 8432 reysiylə Bakı-Qroznı marşrutu üzrə uçan təyyarəmiz Qroznı səmasında Rusiyanın hava hücumundan müdafiə sistemlərinin atəşinə (səhvən) məruz qaldı və texnikanın hərəkətinə təsir edən qəlpələr aldı. Amma buna rəğmən Azal şirkətinin “Embraer 190” hava gəmisinə qəza enişi etməsinə icazə verilmədi. Həmçinin radioelektron mübarizə zamanı təyyarəmizin GPS sistemi də sıradan çıxarıldı və onun hərəkət istiqaməti dəyişdirilməyə məcbur edildi. Belə olduqda hava gəmimizin kapitanı İqor Kşnyakin başda olmaqla ekipaj heyəti təyyarəni qəza enişini həyata keçirərkən sərnişinlər arasında ölüm halını minimuma endirmək üçün maksimum peşəkarlıqlarını ortaya qoymaqla cəsarət və şücaətləriylə dönüşü olmayan yola baş vurdular. Qəlpə zərbələrinə məruz qalan, GPS sistemi sıradan çıxarılan və Rusiya hava limanlarında qəza enişi etməsinə imkan verilməyən İqor Kşnyakinin idarə etdiyi hava gəmimiz yanacağı bitənə qədər səmada manevrlər etdikdən sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə çırpıldı.Buna rəğmən ekipaj heyətinin peşəkarlığı, fədakarlığı sayəsində 67 sərnişindən 29-u sağ qaldı.

“Embraer 190” təyyarəsinin kapitanı İqor Kşnyakin eynən “Milli Qəhraman”ımız Viktor Seryoginin və “Vətən Müharibəsi Qəhramanı” Ramiz Qasımovun fədakar yoluyla getdi.

Viktor Seyogin idarə etdiyi “Mi-8” helikopteri 28 yanvar 1992-ci ildə Şuşa səmasında ermənilərin “stinger” raketiylə vurulur. Uçan texnikanın salonunda güclü yanğın başlamasına baxmayaraq pilot Viktor Seryogin özünü itirmir və yüksək peşəkarlığı və fədakarlı sayəsində yanan helikopterin Şuşanın yaşayış məntəqələri üzərinə düşməsinə imkan verməyərək, texnikanı şəhərdən kənara daşıyıb yerə çırpır. Özü, ekipajı və salonda olan mülki insanlar həlak olsa da, Şuşa şəhərində daha böyük sivillərin tələfatının qarşısı alınır. Viktor Seryogininin özünü qurban verməsinə görə Azərbaycan Respublikasının “Milli Qəhramanı” adına layiq görülür.

II Qarabağ savaşında Hərbi Hava Qüvvələrimizin polkovnik-leytenantı Ramiz Qasımov idarə etdiyi “Mi-17” hücum vertolyotu 27 sentyabr 2020-ci ildə Tərtər-Madagiz-Talış istiqamətində düşmən mövqelərini məhv etdikdən sonra geri qayıdarkən Tərtərin Azad Qaraqoyunlu kəndinin hava məkanında ermənilərin raket atəşləriylə vurulur. Polkovnik-leytenant Ramiz Qasımov helikopetinin adı çəkilən yaşayış məntəqəsinə çırpılıb sakinlərimizin ölümüylə nəticələnməməsi üçün idarə etdiyi texnikasını kənd ərazisindən uzağa aparır. Heyət üzvlərini vertolyotu tərk etmək əmri versə də, özü son ana qədər gözləyir. Çırpılma məsafəsi az qalmış onun paraşutla texnikanı tərk etməsinə rəğmən başından ağır yara alaraq komaya düşür və 25 gün sonra həlak olur. Göstərdiyi şücaətinə görə Ramiz Qasımov “Vətən Müharibəsi Qəhramanı” adına layiq görülür. Qəhramanlıq yalnız fərdi xarakterin, əməlin nəticəsində reallaşmır. Həmçinin millətin, xalqın gen yaddaşı sayəsində də nəsildən-nəsilə ötürülür, varisliyini qoruyur. Eləcə də Azərbaycan xalqının igidləri, cəngavərləri yalnız döyüş meydanında qəhramanlıqlar göstərməklə deyil, həm də istər özümüzün, istərsə də başqa xalqların (o cümlədən də düşmənlərimizin) mülki insanlarını qorumaq, bunun üçün lazım gəlsə həyatlarını da göz qırpmadan fəda edən qəhramanlarımız var.

“Embraer 190” nə qırıcı-bombardımançı təyyarə, nə hücum helikopteri, nə də onun ekipajı da hərbi təyinatlıydı. Buna rəğmən hava gəmisinin kapitanı İqor Kşnyakin pilot Aleksandr Kalyaninov, stüard Zülfüqar Əsədov, stüardessalar Hökümə Əliyeva ilə Aydan Rəhimli ən çıxılmaz şəraitdə belə öhtəliklərinə peşəkarcasına yanaşdılar və özlərini başqaları üçün fəda etdilər. İqor Kşnyakin, Aleksdandr Kalyaninov, Hökümə Əliyeva eynən Viktor Seryogin ilə Ramiz Qasımov kimi özlərini qurban verərək qəhraman oldular. Pilotların peşəkarlığı sayəsində ekipajın iki fədakar üzvü və 29 sərnişin həyatda sağ qalaraq həm xalqımıza, həm də dünyaya hadisəylə bağlı həqiqətləri çatdırlar.

3 dəfə Sovet İttifaqı Qəhramanı, AS-təyyarəçi, marşal Aleksandr Pokrışkin deyir:

“İnsan ruhunun bütün gözəlliyi həyatın ən vacib və məsuliyyətli anlarında özünü tam biruzə verir”

Keçmişdə olduğu kimi Azərbaycanın pilotları yenə də həyatları bahasına məsuliyyətlərinə fədakarcasına sadiq qaldılar və insani ruhlarının gözəlliyini bizlərə nümunə qoyub getdilər.


ABDULLA İSMAYILOĞLU


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İkinci Dünya müharibəsi iştirakçılarına 1500 manat birdəfəlik yardım ödəniləcək - SƏRƏNCAM

    İkinci Dünya müharibəsi iştirakçılarına 1500 ...

    19-04-2022, 15:17

  • 
  • Vətən müharibəsində 12 ermənini məhv edən igid - Video

    Vətən müharibəsində 12 ermənini məhv edən igid - ...

    8-01-2021, 09:33

  • 
  • Vətən müharibəsində Raket və Artilleriya Qoşunlarının 184 hərbçisi şəhid olub

    Vətən müharibəsində Raket və Artilleriya ...

    9-02-2021, 11:48

  • 
  • Azərbaycan İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik yardım ödəyəcək

    Azərbaycan İkinci Dünya müharibəsi ...

    21-04-2018, 12:15

  • 
  • Vətən müharibəsində qələbəyə həsr olunan parada hazırlıq məşqləri keçirilir

    Vətən müharibəsində qələbəyə həsr olunan parada ...

    5-12-2020, 19:02


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu