Ucar rayonu Pirkənd kənd sakini Qasımov Məhəmmədəli Rafik oğlu tərəfindən gundemxeber.az-ın redaksiyasına daxil olan şikayət məktubunda qeyd edir ki, "mən hərbi xidmət zamanı güllə yarası almışam və nəticədə də sol böyrəyim, dalağım və bağırsaqlarımdan 30 sm kəsilərək götürülüb. Buna görə əmək qabiliyyətimi itirsəmdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi mənə əlillik dərəcəsi təyin edilməsindən qanunsuz olaraq imtina edib.
Belə ki, 15.01.2022-ci il tarixdə həqiqi hərbi xidmtə aparılmışam. Laçında yerləşən N saylı hərbi hissədə həbri xidmət keçmişəm. Hərbi xidmətimi başa vurmağıma 10 gün qalmış 20.06.2023-cü il tarixdə postda olan zaman əsgər yoldaşımın ehtiyatsılqdan əlindən silah açılması nəticəsində güllə (5x45) yarası aldım.
Bundan sonra hərbi hospitala çatdırılıb müxtəlif vaxtlarda 2 dəfə cərrahiyyə əməliyyatı olundum. Sol böyrəyim, dalağım götürüldü, bağırsağımdan 30 sm kəsilərək götürüldü. Uuzn müddət kalastoma ilə hərəkət etmişəm. Hərbi xidmətimin müddəti bitsədə mən 40 gün hərbi hospitalda stasionar müalicə olundum. Aldığım ağır xəsarətə görə dinc və müharibə dövründə hərbiyə yararsız olmuşam ki, buna dair sənədlərdə qeyd edilib, əmək qabiliyyətimi itirmişəm. Adi əşyanı belə qaldıra bilmirəm.
Ağır yaralanıb xəstə olub əmək qabiliyyətimi itirməyimə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi mənə əlillik dərəcəsi təyin olunmasından qanunsuz imtina edilib.
Mən bu imtinanı qanunsuzluq və özbaşınalıq hesab edirəm. Çünki, mən kiməsə rüşvət verib xəstəlik sənədi almamışam. Mənim xəstəliyim saxta yalan deyil. Mən güllə yarası alıb ağır yaralanmışam bir böyrəyim, dalağım və bağırsağımın bir hissəsi cərrahiyyə edilərək götürülüb, yarı can qalmışam. Adi yeriyəndə halsız oluram əmək qabiliyyətim yox dərəcsindədir. Bu səbəbdən mənə qeyri şərtsiz əlillik dərəcəsi təyin olunmalıdır.
Mən gundemxeber.az vasitəsi ilə Prezident İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevdən xahiş edirəm ki, şikayətmi obyektiv araşdırıb mənə qanunla nəzərdə tutulmuş əlillik dərəcəsi təyin olunmasına köməklik göstərsinlər."
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?