Azərbaycanda əsgər özünü güllələyib. APA-ya istinadən xəbərə görə hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri, 19 yaşlı Röyal Ramiz oğlu Hüseynov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.
Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, R. Hüseynov 2013-cü ilin oktyabrında Gəncə şəhərindən həqiqi hərbi xidmətə çağırılıb
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?