GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Müalicə-Diaqnostika Mərkəzinin binası uçub-dağılır – 46 milyona başa gəlmiş bina niyə baxımsız qalıb? + FOTOLAR

Müalicə-Diaqnostika Mərkəzinin binası uçub-dağılır – 46 milyona başa gəlmiş bina niyə baxımsız qalıb? + FOTOLAR

Tarix: 8-01-2025, 23:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 286

Qəbələ rayonunda cəmi 16 il əvvəl istifadəyə verilmiş Müalicə-Diaqnostika Mərkəzinin binası indi baxımsız vəziyyətdə qalıb. Ötən ilin yayından etibarən Mərkəzdə stomotologiya xidmətləri istisna olmaqla bütün tibbi xidmətlər dayandırılaraq, rayonda yeni istifadəyə verilmiş Mərkəzi Xəstəxanaya köçürülüb. Sözügedən xəstəxana 2024-cü il aprelin 9-da istifadəyə verilib, Prezident İlham Əliyev də açılış mərasimində iştirak edib.

GundemXeber.Az bildirir ki, Qəbələ sakinlərinin “AzPolitika”-ya verdiyi məlumata görə, Müalicə-Diaqnostika Mərkəzində bir neçə stomotoloq, diş texniki fəaliyyət göstərir, bina mühafizəsiz qalıb və müxtəlif şəxslər tərəfindən yararsız vəziyyətə salınır. Binaya sərf olunmuş bəzi tikinti materialları oğurlanıb, yağış, külək də öz izlərini buraxır. Belə davam edərsə, tikintisinə milyonlarla manat xərclənmiş Mərkəz uçub-dağılacaq. Halbuki, ondan dövlət ehtiyacları üçün istifadə etmək olar...

Müalicə-Diaqnostika Mərkəzinin tikintisinə 2005-ci ildən start verilib. Prezident İlham Əliyev 2008-ci il martın 2-də Qəbələ rayonuna səfəri zamanı tikintinin gedişi ilə tanış olub, tapşırıqlarını verib.

Mərkəzin layihəsi ilə tanış olan dövlətn başçısı, artıq ölkəmizin 10 rayonunda bu cür səhiyyə ocaqlarının yaradıldığını xatırladaraq demişdi ki, Qəbələdə də belə bir mərkəzin istifadəyə verilməsi əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsini yüksəldəcək.
2008-ci il sentyabrın 20-də isə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Müalicə-Diaqnostika Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. Dövlət başçısına məlumat verilib ki, yüksək standartlara uyğun tikilmiş 6 mərtəbəli mərkəzdə ən müasir avadanlıq quraşdırılıb. Burada poliklinika şöbəsi, təcili yardım stansiyası, 20 çarpayılıq cərrahiyyə, 10 çarpayılıq dializ, 5 çarpayılıq reanimasiya şöbələri, aptek, qəbul otağı, lor, stomatoloji, exokardioloji, rentgen kabinetləri var. Tikintiyə 40 milyon manat, inventar və avadanlığın alınmasına 6 milyon vəsait sərf olunmuşdur.
“Tibb ocağında 200 nəfər işləyəcək. Mərkəzin qarşısında 3 hektar ərazidə park da salınmışdır. Burada musiqili fəvvarə quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb”, - məlumatda qeyd olunurdu.

Mərkəzin 46 milyon manata başa gəlmiş binasının istifadəsiz qalması və dağılmaq təhlükəsi ilə üzləşməsi aidiyyatı qurumları düşündürməlidir. Hazırda elə bir infrastruktura malik binaya Səhiyyə Nazirliyinin, TƏBİB-in ehtiyacı yoxdursa, Elm və Təhsil Nazirliyinin çox ehtiyacı var. Məsələn, Bakıda fəaliyyət göstərən bəzi ali və peşə-ixtisas məktəblərinin, kolleclərin Qəbələyə köçürülərək sözügedən binada yerləşdirilməsi yaxşı olar. Onların sırasında Qəbələ rayonu kimi məşhur turizm bölgəsinə daha çox uyğun gələn Azərbaycan Turizm və Menecmentlik Universitetini xüsusi ilə qeyd etmək olar.
Əlbəttə, müvafiq qurumlar ehtiyacların qiymətləndirilməsini daha yaxşı bilirlər. Əsas məsələ dövlətin 46 milyon manat vəsaitinə başa gəlmiş binanı qoruyub-saxlamaq, ondan səmərəli istifadə etməkdir. Ümid edək ki, bu barədə düşünəcəklər...


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəlilabad Rayon Müalicə və Diaqnostika Mərkəzinin baş həkimi haqda ŞOK DOSYE

    Cəlilabad Rayon Müalicə və Diaqnostika Mərkəzinin ...

    2-06-2016, 23:42

  • 
  • Qazaxda diaqnostika mərkəzinin baş həkimi cərrah həkimi bıçaqladı

    Qazaxda diaqnostika mərkəzinin baş həkimi cərrah ...

    31-08-2013, 12:52

  • 
  • Ağdamda ermənilərin yaraladıqları 6 mülki şəxsdən 3-ü Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib - FOTO

    Ağdamda ermənilərin yaraladıqları 6 mülki şəxsdən ...

    29-04-2016, 11:46

  • 
  • Qazax Mərkəzi xəstəxanası ilə bağlı şok iddia

    Qazax Mərkəzi xəstəxanası ilə bağlı şok iddia ...

    3-12-2013, 10:28

  • 
  • Zİya Məmədovun 600 milyona düzəltdiyi yol dağılır - Fotolar

    Zİya Məmədovun 600 milyona düzəltdiyi yol dağılır ...

    7-08-2013, 11:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu