ABŞ Dövlət Departamenti məxfi sənədində qeyd edir ki, "1999-cu ildə Heydər Əliyev və Robert Koçaryan təkbətək formatda keçirdikləri görüşdə Qarabağla Zəngəzur koridorunu dəyişdirmə istiqamətində Ermənistan-Azərbaycan sərhədinin Sədərək hissəsində görüşləri baş tutub.
Prezidentlər görüşdən yüksək əhval-ruhiyyə ilə ayrılıblar, hətta sülh sazişi imzalananda neçə qoyun kəsiləcəyini müzakirə ediblər."
Həmin il amerikalı diplomatlar Vaşinqtona göndərdikləri teleqramda yazırdılar:
“1999-cu ilin aprelində NATO-nun Vaşinqtonda keçirilən sammitində prezident Əliyev ərazi mübadiləsi təklif edib. Prezident Köçəryan prinsip etibarilə razılaşıb və iki lider Əliyevin təklifləri əsasında danışıqların aktiv mərhələsinə keçdilər”.
Həmin dövrdə ABŞ Dövlət katibinin Qarabağ məsələləri üzrə müavini Strobe Tallbot Süleyman Dəmirələ deyib ki, "Heydər Əliyev bu məsələyə o qədər həvəslə yanaşır ki, sanki sazişin imzalanması bir neçə həftədən sonra ATƏT-in İstanbulda keçiriləcək sammitində baş tuta bilər.
Lakin 1999-cu ilin oktyabr ayında Ermənistan parlamentində baş verən terakt bu razılaşmanın həyata keçməsini mümkünsüz edib. Terakt nəticəsində Ermənistanın baş naziri Vazgen Sarkisyan, parlamentin spikeri Karen Dəmirçyan və daha 6 yüksək rütbəli məmur öldürülmüşdü".
Bu hadisənin Ermənistan parlamentində baş verməsi dərin siyasətin 2020-ci ilin sentyabr ayının 27-nə iz açmaqdan başqa bir şey deyildir. Heydər Əliyevin "cücəni payızda sayarlar" prinsipiallığı Robert Köçəryanın arzularını gözündə qoydu.
Beləliklə, bütün məsələlərin həlli ikinci Qarabağ savaşına qədər dondurulmuşdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?