GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Rusca təhsil almış alimlərə xüsusi imtiyaz tanınır” - Tibbi Bərpa İnstitutunun elmi işçilərindən ölkə başçısına şikayət

“Rusca təhsil almış alimlərə xüsusi imtiyaz tanınır” - Tibbi Bərpa İnstitutunun elmi işçilərindən ölkə başçısına şikayət

Tarix: 5-03-2025, 10:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 779

(II hissə)

Sadiq oxucularımız xatırlayarlar, bir neçə gün əvvəl gundemxeber.az saytında “Direktor qaziləri təhqir edir” sərlövhəsi altında Respublika Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun elmi işçilərinin ölkə başçısına, birinci xanıma və surətini əlaqədar qurumlara ünvanladıqları şikayəti təqdim olunmuşdu.

Mətni kifayət qədər uzun olan şikayətnamənin yalnız bir hissəsini dərc etsək də, məsələ elmi və tibbi ictimaiyyət arasında rezonans doğurub. 

Xatırladaq ki, şikayətin 7 bəndlik birinci hissəsində İnstitutun baş direktoru Mətanət Əfəndiyevanın  işçilər arasında ayrı-seçkilik etməsindən, hüquqpozmalara rəvac verməsindən, süni şəkildə elmi fəaliyyətə və gənc elmi kadrların hazırlanmasına məhdudiyyətlər qoyulmasından, qazilərə verilən yemək menyusunda əskiklik olmasıından, direktorun yarıtmaz idarəçilik siyasətinə etiraz edən işçilərin daim aşağlanmasından və s. qanunsuzluqlardan bəhs olunurdu.

Şikayətnamənin davamını təqdim edirik:

8. Aylıq rüşvət müqabili əsasında bəzi həkimlərə (hətta yeni işə götürülmüş cavan kadrlara) elmi işçi tam ştatı ilə yanaşı həkim yarımştat əlavə paylanıb, rüşvət verməyənlərə isə ümumiyyətlə bu vakant yerləri elan etmədən, “struktur dəyişir, gözləyin” deyilərək aldadılaraq yola salınır.

9. Müvafiq ixtisas üzrə rəsmi Şəhadətnamələri (Sertifikatları) olmayan həkimlərə şərait yaradılıb, onlar növbədə qalır, stasionarda xəstə aparır, bizim sənədlərimiz tam yerində olmasına baxmayaraq işimizdə məhdudlaşma və manelər yaradılıb, xəstə aparılmasına stasionarda imtina olunur. Bizim bacarıqlarımıza uyğun olan manipulyasiyalar icbari tibbi sığorta xidmətlər zərfində qarşılansa da, və biz bunu bacarsaq da, institut rəhbərliyi süni şəkildə bu prosedurların aparılmasına qadağa qoyur, məcbur oluruq xəstələrimizi başqa klinikalara yönəldək. Lakin manipulyasiya və iynə otaqlarında 10-15 AZN müqabilində xəsətələrə intravenoz infuziyalar qoşulur.

10. İxtisasına uyğun olmayan sənədsiz vəzifə tutanların sayı - hesabı yoxdur. Artıq əmək haqqları dövlətin hesabından verilir. Əksinə, otuz beş il təcrübəsi olan elmi işçi aylıq 575 azn əmək haqqı alır. İşçilərin rifahını düzəltmək əvəzinə, özlərinə yaxın və rüşvət aldıqları həkimlərə əlavə ştatlar, əlavə bonus və mukafatlar verilir, lakin digərlərinin əmək haqqısı və bonusları kəsilir, sosial bərabərsizlik və işçilər arasında ayrı-seçkilik yaradır, lakin bu ayrıseçkilik peşə nailiyyətlərinə uyğun aparılmaq əvəzinə, əksinə peşə nailiyyətləri olmayanlara verilir, peşə nailiyyətləri olanlara isə töhmətlər yapışdırılır.

11. Əsas Tibbi Xidmətlərdən əlavə bir neçə lazımsız vəzifələr üçün vakansiyalar yaradılıb, direktorun köməkçisi vəzifəsində kimdir və nə işlə məşğuldur? İnstitut üçün faydalı əmsalı varmı? İnstituta gəlir gətirən bəzi fağır həkimlər qul kimi işlədilən zaman, bəzi lazımsız vəzifələrə artıq pullar xərclənir, lakin doğrudan da lazımi kadrlar və işçilər cəlb edilmir. Bizim müəssisəmiz Publik Hüquqi Şəxsdir, dövlətə tabe olsa da kollektivin də səsi nəzərə alınmalıdır, niyə bizi eşidən yoxdur?

12. İnstitutun avadanlıq balansında qeydiyyatda olmayan, mənşə sertifikatı instituta təqdim edilməyən tibbi avadanlıq və aparatlar bəzi həkimlər tərəfindən qeyri-qənuni şəkildə istifadə edilməsinə institutun rəhbərliyi “göz yumur”. Lakin dəfələrlə tələbnamə yazdığımız avadanlıq alınmır, hətta əl yumaq üçün salfet və sabun məcbur aylarla öz cibimizdən almışıq.

13. Xəstəyə baxılan və tədqiqat aparılan bir müəssisədə necə olur ki, pensiya yaşına görə farmako-nəzarət üzrə mütəxəssis əvəzi tapılmadan işdən çıxarılır, lakin 72 yaşlı pensioner həkimi xəstələrə baxmaq üçün təyin edirlər? Təqaüdçü əməkdaşlar həm təqaüd, həm əmək haqqı alır, bu azmış kimi təqaüd yaşında poliklinika və stasionarda əlavə yarım ştat vahid vəzifə də verilərək əmək haqqı alırlar. Keçən il sertifikasiyasını hələ almamış Artroloqiya şöbəsinin müdiri, İnstitutun böyük elmi işçisi Sevinc Kərimova 72 yaşinda klinikada əlavə yarım ştat vahid həkim vəzifəsi alıb.

14. Xəstənin hüququ var ki, fayda və sağlamlıq, düzgün müalicə gördüyü həkimi seçsin, öz həkiminin adına gələn xəstəni süni şəkildə maneələrlə, həkimin arxasınca “o nə bilir, o kimdir mənim yanımda, mən rus məktəbiyəm, o isə azərbaycan, sizə rus məktəbi bitirən həkim daha yaxşı məsləhət verə bilər” deyilərək başqa həkimlərə yönləndirilir, xəstələr isə bu faktlardan narazı olurlar. Bu nə siyasi ayrı-seçkilikdir? Bizim Azərbaycan məktəbini bitirən alimlərimiz və həkimlərimiz bir çox ölkələrdə tanınır və sayılır, bu diskriminasiyadır, xəstələrin gözü önündə belə şəkildə həkimi alçaltmaq və nüfuzunu yerə salmaq yolverilməzdir.

Yazıda adıçəkilən və ittiham olunan şəxslərin də mövqeyini dinləməyə hazırıq. 

Davamı olacaq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Arxası Rusiyaya bağlı olan İnstitut rəhbərinin idarəçiliyinin bərbad bir ili - ÖZBAŞINALIQ

    Arxası Rusiyaya bağlı olan İnstitut rəhbərinin ...

    3-02-2025, 09:49

  • 
  • AMEA-NIN BAŞ ELMİ İŞÇİSİ İNTİHAR ETDİ

    AMEA-NIN BAŞ ELMİ İŞÇİSİ İNTİHAR ETDİ ...

    4-06-2013, 17:38

  • 
  • “Direktor qaziləri təhqir edir” - Tibbi Bərpa İnstitutunun elmi işçiləri ölkə başçısına şikayət yazdılar

    “Direktor qaziləri təhqir edir” - Tibbi Bərpa ...

    3-03-2025, 13:24

  • 
  • ABŞ azərbaycanlı alimin COVID-19-la bağlı tədqiqatını qəbul etdi

    ABŞ azərbaycanlı alimin COVID-19-la bağlı ...

    2-09-2020, 13:22

  • 
  • Deputata vəzifə verildi

    Deputata vəzifə verildi ...

    5-11-2014, 19:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu