GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Zərdab rayon Mərkəzi Xəstəxanasında 90 min manatdan çox yeyinti - DETALLAR

Zərdab rayon Mərkəzi Xəstəxanasında 90 min manatdan çox yeyinti - DETALLAR

Tarix: 18-04-2025, 12:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 183

Zərdab rayon Mərkəzi Xəstəxanasında 90 min manatı aşan yeyinti olub. Xəstəxananın su borcunun ödənişiylə bağlı problem ortaya çıxarkən, bunun da üstü açılıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) apardığı yoxlamaların nəticəsi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib. Beləcə, xəstəxananın Maliyyə şöbəsinin hesabatlılıq bölməsinin müdiri Natiq Hüseynov cinayət məsuliyyətinə cəlb edilib.

Bölmə müdiri 2021-ci ilin fevralından xəstəxanada həmin vəzifədə çalışıb. Öncə dərman ehtiyatlarının hesabatını aparıb, ardından işçilərin maaşlarını hesablamağa başlayıb. Araşdırmalar zamanı üzə çıxıb ki, o, 2023-2024-cü illərdə həm özünün, həm də xəstəxananın bir sıra işçilərinin maaş kartlarına əlavə pullar köçürüb. Sonra isə həmin adamlara köçürmənin səhv olduğunu deyərək yazılan məbləğlərin geri qaytarılmasını istəyib. Pulları ya nağd şəkildə geri alıb, ya da onun kartına köçürüblər.

Cinayət işində toplam 91 min manatdan çox mənimsəmədən söhbət gedir

N.Hüseynov ifadə verərkən, özünü təqsirli bildiyini deyib. Bu işləri daha çox xəstəxana direktorlarına məxsus “Asan imza” vasitəsiylə gördüyünü, direktorların yeyintidən xəbəri olmadıqlarını da bildirib. Onlara, sadəcə, sistemə daxil olaraq əməliyyat gerçəkləşdirəcəyini söyləyib: “Bu işləri görəndə nə vaxtsa üstünün açılacağını bilirdim. Ehtiyacım vardı, ona görə elədim”.

Təqsirləndirilən şəxs 91 min 270 manatlıq ziyandan 5 min 600 manatını istintaq dövründə ödəyib. O, əməlindən peşman olduğunu, ziyanın qalan bölümünü ödəməyə maddi imkanının yetmədiyini deyib.

Yeyintinin üstü belə açılıb

Yeyintinin üstünün necə açılmasına gəlincə, xəstəxana rəhbərliyinə zəng gəlib, suya görə borcun ödənilmədiyi deyilib. Direktor borcun ödənilməməsinin səbəbini araşdırarkən, yeyintilər üzə çıxıb.

Keçmiş bölmə müdiri həm istintaq, həm də məhkəmə dövründə azadlıqda olub. O, bugünlərdə Şəki Ağır Cinayətlər Məhkəməsində hökm oxunarkən, məhkəmə zalındaca həbs edilib. Hökmə əsasən, külli miqdarda mənimsəmədə təqsirli bilindiyindən ona 6 il həbs cəzası kəsilib./AzadlıqRadiosu/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın baş verib

    Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın baş verib ...

    23-07-2017, 15:59

  • 
  • DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyevə qarşı  - İTTİHAM

    DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad ...

    24-04-2018, 18:40

  • 
  • Topçubaşov xəstəxanasında 3 min manata görə xəstəni "öldürürlər"

    Topçubaşov xəstəxanasında 3 min manata görə ...

    10-01-2014, 16:16

  • 
  • Topçubaşov xəstəxanasında 3 min manata görə xəstəni "öldürürlər"

    Topçubaşov xəstəxanasında 3 min manata görə ...

    14-01-2014, 15:43

  • 
  • Göyçay RMX-da dövlət əmlakları necə talan edilib? - ŞOK FAKTLAR

    Göyçay RMX-da dövlət əmlakları necə talan edilib? ...

    31-05-2023, 17:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu