Təqdim etdiyimiz statusu yazar Könül Nuriyeva yazıb:
"Sadəcə sözlər susur və vicdan danışır…
Həyatımın ən çətin dövrləri idi. Anam xərcəng xəstəliyindən əziyyət çəkirdi. Neçə dəfə qan vurdursaq da, xeyri olmurdu. Bir müddət sonra yenə qan azlığı yaranırdı. May ayının iyirmi səkkizi rayona getdim. Gördüm ki, anamın rəngi ağappaq olub. Həmin gün mütləq qan vurulmalıydı. Rayonda neçə yerə müraciət etdik, alınmadı. Allah tərəfi kənd camaatından əvvəl bu işdə bizə kömək edən, qan verən çox insan olmuşdu. Bu dəfə nəsə adam tapmadıq. Məcbur qalıb sosial hesabımda bu barədə paylaşım etdim. Çox insan yazdı, amma bu şəkildə: -Könül xanım, heyf Bakıda olsaydı, məmmuniyyətlə qan verərdik, sizin ananınız bizim anamızdır.
Düzdür, mən onların səmimiyyətinə bütün qəlbimlə inanırdım, həmişə məni ədəbiyyat səbəbindən sevən insanlara inanmışam.
Amma bir adam yazdı:
-indi, 28 may tədbirindəyəm, siz ev ünvanınızı, məhəllənizin adını yazın, tədbir bitən kimi rayona yola düşüb, qan verəcəyəm.
Sözlər qəti və mərd şəkildə yazılmışdı. Deyim ki, adamı şəxsən tanıyırdım,yox tanımırdım. Adam sadəcə paylaşılan postu görmüşdü, o postun sahibi onun üçün maraqlı deyiıdi.
Bu adam Tofiq Yaqublu idi.
Üstündən uzun müddət keçib. Amma bəzi insanlar sənin ürəyində insanlıq abidəsi qoyur və sən onun mərdliyinə, kişiliyinə, insanlığına, mərhəmətinə heç bir halda şübhə etmirsən.
Mühüm deyildi ki, həmin gün qana ehtiyacı olan mənim anam idi. Bu adam üçün mühüm olan kömək etmək, fiziki və mənəvi dəstək olmaq, yardıma gəlmək, çoxdan unudulan keçmiş əsl kişilərə məxsus olan alicənablıq idi.
Yəni, o hansımızın yaxınını darda görsəydi kömək edərdi.
İndi heç rəvadırmı belə bir insan aclıqdan əzab içində həyatına son qoysun?!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?