gundemxeber.az gecce.az-a istinadən xəbər verir ki, bu gün “Günə Baxan” verlişinin qonağı olan Elariz Məmmədoğlu toyların birində başına gələn xoşa gəlməz hadisədən danışıb:
“Deməli çox mədəni bir ailənin toyu idi. Sadəcə bir nəfər adam necə düşmüşdü bu toya bilmirəm. Mən əlimdə mikrafon, mahnı oxuyuram. Bu mənim qulağıma məni söyür. Mənim özümü söysə eybi yox, bütün qohum-əqraba, hər kəsimi söyür. Bu toy da məsuliyyətli, mədəni toydur. Mənə tapşırılıb toyun idarəçiliyi. Həmən anda onu döyə bilməzdim. Amma yığıldı-yığıldı. Ona dedim ki, sən toydan getmə. Nə isə, toy bitdi, toyu yüksək səviyyədə təhvil verdim. Bir gözüm də ondadır ki, qaçmasın. Tutub aparıb bir küncdə qəşəng döydüm. Yumuruğu mənim başım boyda idi. O boyda oğlan qan içində yerə uzandı. Üz-gözü qan idi”.
Sorğu
Yeni dizaynımız necədir?