GundemXeber.Az-ın sosial şəbəkələr üzərindən əldə etdiyi məlumata görə Tofiq Yaqublunun qızı Nigar Hezi atasının aclığı dayandırdığını bildirib. O, qeyd edib ki,
"indicə ölüm ayağında olan atamla görüşdüm. Onu elə vəziyyətdə görəndə qanım dondu. Ona yalvardım ki, aclığı dayandırsın. Çünki bu tək onun ölümü yox, həm də mənim və körpəmin ölümü demək idi. O ruhən elə vəziyyətdə idi ki, körpəmin həyatının təhlükə altında olduğunu belə deyə bilmədim. Sadəcə mənə, anama, qardaşıma və doğmalarımıza görə bu aclığı dayandırmasını istədim.
O da bununla razılaşdı və aclığı dayandırdı.
Həkim Adil Qeybulla indi T. Yaqublunun yanındadır..."
Sorğu
Yeni dizaynımız necədir?