GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Mərkəzi Klinikada həkim səhlənkarlığı ölümlə nəticələnib(?)! -PREZİDENTƏ MÜRACİƏT

Mərkəzi Klinikada həkim səhlənkarlığı ölümlə nəticələnib(?)! -PREZİDENTƏ MÜRACİƏT

Tarix: 13-05-2025, 16:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 222


Həkim Firdovsi İbrahimov hikkəsi və inadkarlığı ilə, müxtəlif əsassız bəhanələr gətirməklə, 2‐ci qrup müharibə əlilinin müayinəsindən imtina edib...


GundemXeber.Az bildirir ki, bu iddia Siyəzən rayonu, M.V. Vidadi küçəsi, ev 45 ünvanında yaşayan Zeynalov Mabəddin Qabil oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı və surəti Yenixeber.org-a daxil olan müraciətdə yer alır...Həkim Firdovsi İbrahimovun rezidenti bizimlə telefon danışığında səslənən iddiaları cavablandıracaqlarını bildirsə də, olmadı(?)

Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlərlə dərc edirik:  

"Məlumat üçün yazıb Sizə bildirmək istəyirəm ki, 2‐ci qrup müharibə əlili atam Zeynalov Qabil Mabəddin oğlu yüksək şəkərli diabet xəstəliyi, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkdiyi üçün 18 aprel 2025‐ci il tarixdə vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyulmuş, təcili yardımın köməyi ilə xəstə Bakı şəhəri, Mərkəzi Klinikaya təxliyə edilmişdir. Mərkəzi Klinikada kardiologiya şöbəsinin müdiri, həkim‐kardioloq kimi fəaliyyət göstərən Firdovsi İbrahimov, atam Qabil Zeynalovu müayinə etdikdən sonra, onda ürəy damarının tutulması aşkar edilərək, onun ürəyinin damarına angioplastika yolu ilə STENT qoyulduqdan sonra, təkrarən 26 aprel 2025‐ci il tarixdə növbəti müayinədən geçməsini bildirmişdir. 26 aprel 2025‐ci il tarixdə atam Qabil Zeynalov yaxın ailə üzvlərimizin köməyi ilə birgə Mərkəzi Klinikaya Firdovsi həkimin baxışından keçməsi, təkrarən müayinə edilməsi üçün gətirilsə də, Mərkəzi Klinikada qeydiyyat şöbəsinə yaxınlaşan zaman, oradakı əməkdaşlar qanunsuz olaraq, pul köçürmələrini tələb edərək, əks halda xəstəyə baxmayacaqlarını bildirmişlər. Firdovsi həkimin köməkçiləri də eyni sözləri bildirərək xəstə yaxınlarından pul köçürmələrini tələb etmişdir.


          Firdovsi İbrahimov

Nəzərinizə çatdırmaq istəyirəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanunda göstərilir ki, vətəndaş qeydiyyatda olduğu ərazi üzrə tibbi xidmətlərin göstərilməsi, bu mümkün olmadığı təqdirdə, vətəndaşa tibbi xidmətlərin göstərilməsi üçün aidiyyəti üzrə tibb müəssisəsinə göndəriş verilərək, həkim müayinəsindən keçə bilər. Həkim müalicəsindən sonra vətəndaş təkrarən tam ödənişsiz qaydada 45 (qırx beş) gün ərzində müalicə aldığı həkim tərəfindən müayinə oluna bilər. Burdanda açıq‐aydın görünür ki, Mərkəzi Klinikanın qeydiyyat şöbəsinin əməkdaşları və Firdovsi həkimin köməkçiləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanunun bu tələbini kobud şəkildə pozmuşlar. Bununla bağlı xəstənin yaxınları Firdovsi həkimin otağına yaxınlaşaraq xəstənin 2‐ci qrup müharibə əlili olduğunu qeyd etsələr də, əfsuslar olsun ki, Firdovsi həkim və köməkçiləri isə ölkə başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müharibə əlillərinin daim diqqət mərkəzində saxlanılması və onların incidilməməsi haqqında tapşırıq və tövsiyyələrinə əməl etməyərək, atam Qabil Zeynalovu sovet dönəmində vuruşduğunu, onu müharibə əlili kimi tanımadıqlarını açıq şəkildə ifadə edərək, müharibə əlilləri arasında ayrı‐seçkiliy salmaqla bu kimi təxribatla da məşquldurlar. Buna dair biz də onların videogörüntüləri və səsyazıları mövcuddur. Lazım gələrsə həmin faktları aidiyyəti üzrə təqdim etməyə hazıram. Onu da bildirmək istəyirəm ki, əlacsız qalmaları səbəbindən Firdovsi həkim və köməkçilərinin dedikləri ilə razılaşmaq məcburiyyətində qalan xəstə yaxınları, xəstənin ixtisaslı müayinə və müalicə olunması üçün Mərkəzi Klinikaya ödənişlər etmişdir. Həmin ödənişlərə dair bizdə qəbzlər də var. Ödənişləri etdikdən sonra, xəstəni kardioloq Firdovsi İbrahimovun qəbuluna keçirən zaman, xəstəxananın mühafizə xidməti yaxınlaşaraq, həkimin xəstəni qəbul etmək istəmədiyini bildirmişdir. Səbəb də o, olmuşdur ki, Firdovsi həkimin dediyinə görə guya ki, biz ondan yuxarı instansiyalara şikayətlər etmişik. Halbu ki, belə şey baş verməmişdir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq, hər bir vətəndaşın təklif, ərizə və şikayət etmək hüququ vardır. Nə mən, nə də ki, digər ailə üzvlərimizin Firdovsi İbrahimovun barəsində şikayətlər etmədiyini xəstənin yaxınları Firdovsi həkimin diqqətinə çatdırsalarda, bütün bunlara baxmayaraq, həkim Firdovsi İbrahimov hikkəsi və inadkarlığı ilə rəftar edərək, müxtəlif əsassız bəhanələr gətirməklə, 2‐ci qrup müharibə əlili atam Zeynalov Qabil Mabəddin oğlunu ixtisaslı müayinə və müalicə etməkdən, bir sözlə xəstəsindən əsassız və qanunsuz, həmçinin qərəzli olaraq imtina etmişdir. Mən və demək olar ki, əksər ailə üzvlərimiz dərhal bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi'nin ‐ 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ‐ 1542 və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi'nin ‐ 815 qaynar xətlərinə zəng edib məlumat bildirdikdən sonra, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələ ilə bağlı Mərkəzi Klinika'nın müvafiq şəxsləri ilə əlaqə yarıtmağa çalışsada həkimlər danışmaqdan boyun qaçırmışlar. Əlavə olaraq bildirmək istəyirəm ki, mən bundan öncə də qeyd etdiyim məsələ ilə bağlı 26 aprel 2025‐ci il tarixdə, AR‐nın Səhiyyə Nazirliyi'nin ‐ 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiliyi ‐ 1542 və TƏBİB‐nin ‐ 815 qaynar xətlərinə zəng edib şifahi məlumat bildirməyimlə yanaşı, eyni zamanda müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazaraq, 2‐ci qrup müharibə əlili, atam Zeynalov Qabil Mabəddin oğlunun başına hər hansı bir xoşagəlməz hadisə gələrsə, ilk növbədə tələbimizin Firdovsi İbrahimovdan olacağını bildirmişdim. Lakin, onunla bağlı heç bir tədbir görülmədiyindən, atam Qabil Zeynalov həmin hadisənin səhəri günü yəni 27 aprel 2025‐ci il tarixdə dünyasını dəyişmək məcburiyyətində qaldı. Həmin 26 aprel 2025‐ci il tarixli müraciətimi də indi ki, ərizəmə əlavə edərək Sizə göndərirəm.

Odur ki, yuxarıda qeyd edib göstərdiyim xüsusat və faktların öz nəzarətiniz altında kökündən, tam, hərtərəfli və obyektiv araşdırılaraq, Mərkəzi Klinikada kardiologiya şöbəsinin müdiri kimi fəaliyyət göstərən həkim‐kardioloq Firdovsi İbrahimovun xəstəmizə qarşı etmiş olduğu qanunsuz və cinayət xarakterli hərəkətlərinə obyektiv hüquqi qiymət verilərək, onun barəsində qanunamüvafiq ciddi tədbirlər görməyinizi Sizdən artıq dərəcə də xahiş edirəm.

Hörmətli sayt rəhbəri bu müraciətimin işıqlandırılmasında mənə köməklik göstərəsiniz".

GundemXeber.Az olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müharibə əlilinin haqqı tapdanıb... - MÜRACİƏT

    Müharibə əlilinin haqqı tapdanıb... - MÜRACİƏT ...

    9-03-2021, 10:55

  • 
  • “Ailəmiz təhlükə və təzyiq altındadır” – ZEYNALOVLAR AİLƏSİNDƏN PREZİDENTƏ MÜRACİƏT: “Küçədə qorxu içərisində gəzirik, öz evimizdə rahat yaşaya bilmirik”

    “Ailəmiz təhlükə və təzyiq altındadır” – ...

    11-03-2019, 16:03

  • 
  • "Hətta xəstələrə verilən yeməyi həkim və tibb işçiləri özləri yeyirdi." - Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında özbaşınalıqdan şikayət VİDEO

    "Hətta xəstələrə verilən yeməyi həkim və ...

    19-12-2019, 16:45

  • 
  • “Haqqım olan "müharibə veteranı" adını ala bilmirəm” –PREZİDENTƏ MÜRACİƏT/FOTOLAR

    “Haqqım olan "müharibə veteranı" adını ...

    7-04-2025, 15:57

  • 
  • Məşğulluq xidmətləri vətəndaşları Prezidentə məktub yazmağa məcbur edirlər

    Məşğulluq xidmətləri vətəndaşları Prezidentə ...

    13-04-2021, 09:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (346)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu