GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » “Ailəmiz təhlükə və təzyiq altındadır” – ZEYNALOVLAR AİLƏSİNDƏN PREZİDENTƏ MÜRACİƏT: “Küçədə qorxu içərisində gəzirik, öz evimizdə rahat yaşaya bilmirik”

“Ailəmiz təhlükə və təzyiq altındadır” – ZEYNALOVLAR AİLƏSİNDƏN PREZİDENTƏ MÜRACİƏT: “Küçədə qorxu içərisində gəzirik, öz evimizdə rahat yaşaya bilmirik”

Tarix: 11-03-2019, 16:03 Bölmə :Bölgə Baxış: 560
“Ailəmiz təhlükə və təzyiq altındadır” – ZEYNALOVLAR AİLƏSİNDƏN PREZİDENTƏ MÜRACİƏT: “Küçədə qorxu içərisində gəzirik, öz evimizdə rahat yaşaya bilmirik”


Siyəzən şəhəri, Vidadi küçəsi ev 45-də yaşayan Zeynalovlar ailəsi - 1993-cü ildən YAP-ın üzvü olan Zeynalov Valeh Mabəddin oğlu, Qarabağ Müharibəsi Veteranı Zeynlov Qalib Mabəddin oğlu, Əfqanıstan Müharibəsi əlili Zeynalov Qabil Mabəddin oğlu - tərəfindən şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçilər qeyd edirlər:

“Cənab Prezident!
Bu şikayət ərizəmizlə adlarını çəkəcəyimiz orqanların və şəxslərin, onların qanunsuz hərəkətləri barəsində qanuni tədbirlər görülməsi ücün sizə müraciət etmək məcburiyyətində qalmışıq. Ümüdvarıq ki, işlərinizin həddindən cox olmasına baxmayaraq, bu ərizəmizdə göstərdiyimiz halların yoxlanılması və ciddi qanuni tədbirlər görülməsi ücün səlahiyyətli orqanlara öz tapşırıqlarınızı verəcəksiniz.
Hörmətli Prezident!
Əvvala qeyd etmək istəyirik ki, qardaşımız 29 dekabr 1954-cü il təvəllüdlü Zenalov Sabir Mabetdin oğlu, rayonun vəzifəli şəxslərinin qanunsuz hərəkətlərindən və özbaşınalıqlarından aidiyyəti müvafiq orqanlara yazmış olduğu tənqidi şikayət ərizələrinə görə Siyəzən rayon Polis İdarəsi tərəfindən əsassız olaraq-İXM-535.1-ci maddəsi ilə tutulmuş və onların sifarişi ilə Siyəzən rayon məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun 08 yanvar 2019-cu il tarixli qərarı ilə barəsində 25 gün müddətinə inzibati tənbeh həbs təyin olunmuşdur. Və o, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilmişdir.
Siyəzən rayon Məhkəməsinin qərarı son dərəcə qanunsuz və əsassız, həmçinin ədalətsiz və qərəzli olduğu üçün Sabir Zeynalovun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Rzayev Məhəmmədəli Əsəd oğlu 11 yanvar 2019-cu il tarixli qərarı ilə Siyəzən rayon məhkəməsinin 3(059)-24/2019 saylı iş üzrə 08 yanvar 2019-cu il tarixli qərarını qüvvəsində saxlamışdır. Bununla da Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayev Siyəzən rayon Məhkəməsinin hakimi Bəylər Ələkbərovun cıxarmış olduğu qanunsuz və qərəzli qərarının üzərinə bir qanunsuz və qərəzli qərar da əlavə etmişdir.
Cənab Prezident!
65 yaşında, ürək xəstəliyi olan qardaşımız Sabir Zeynalov barəsində verilmiş bu qərar Siyəzən rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynovun, rayon Bələdiyyəsinin sədri Azər Babayevin, rayon Polis İdarəsinin rəisi Valik Vəlimətovun, rayon Məhkəməsinin sədri Bəylər Ələkbərovun bizim ailəmizə qarşı başlatmış olduqları qərəzin, qisas almanın, təqibin nəticəsi olaraq baş vermişdir. Qardaşımız Sabir Zeynalov adları çəkilən şəxsləri tənqid və ifşa etdiyinə görə, onların təqibinə məruz qalmışdır. Artıq biz ailə olaraq təhlükə və təzyiq altındayıq. Hər an bizim ailə üzvlərimiz onlar tərəfindən təzyiqlərə məruz qalır. Küçədə qorxu içərisində gəzirik və öz evimizdə rahat yaşaya bilmirik. Bizə rayon polis idarəsindən xəbərdarlıqlar gəlir ki, əgər siz “bizim barəmizdə şikayətlərinizi dayandırmasanız, hamınızın barəsində iş acaraq, həbsə göndərəcəyik”. Halbuki, tənqidə görə təqib qadağandır. Lakin Siyəzən rayonunun yuxarıda adları çəkilən vəzifəli şəxsləri öz səhvlərini düzəltmək, vəzifələrini layiqincə yerinə yetirməkdənsə, onları tənqid edənlərlə mübarizə aparırlar.
Diqqətinizə catdırırıq ki, biz ailəlikcə bu millətin layiqli övladlarıyıq. Mən Qalib Zeynalov Qarabağ müharibəsi veteranı olmaqla, şərəfli polis sıralarında dövlətimə xidmət edərək, hal-hazırda təqaüddə olan keçmiş polis əməkdaşıyam.
Mən Qabil Zeynalov Əfqanıstan müharibəsi əliliyəm. Onu da qeyd edim ki, iki uşağım birinci qrup əlildir.
Həmçinin ailənin üzvü hesab olunan qardaşımız Sabirin kürəkəni Sədrəddinov Raman Nadir oğlu göstərdiyi xidmətlərə görə “Vətənə Xidmət” medalı ilə təltif olunmuşdur. Lakin son zamanlar o da polis orqanı tərəfindən təqib və təzyiqlərə məruz qalır.
Mən Valeh Zeynalov 1993-cü ildən YAP-nın üzvü olmaqla həmişə millətimizi və dövlətimizin siyasətini dəstəkləyərək, ona zərər vurmağa calışan Siyəzən rayonunun yüksək vəzifəli şəxslərini tənqid etmişəm. Buna görə uzun müddət mən də təqib və təzyiqlərə məruz qalmışam.
Hörmətli Prezident!
Biz ailəlikcə ümid edirdik ki, apellyasiya məhkəməsi rayon məhkəməsinin (hakim Bəylər Ələkbərovun) qanunsuzluqlarını düzəldəcək, haqq-ədalət yerini tapacaqdır. Lakin təəssüflər olsun ki, hakim Məhəmmədəli Rzayev də, hakim adına yaraşmayan, haqq-ədalətdən, qanundan uzaq bir mövqe sərgiləyərək, əslində bununla, o da Siyəzən rayonunun yuxarı vəzifəli şəxsləri tərəfindən qardaşımıza qarşı yönəlmiş qərəzin, düşəmçiliyin tərəfində dayanaraq-hansısa müəmmalı səbəblərdən-onlara xidmət göstərmiş olmuşdur.
Həm rayon məhkəməsinin hakimi Bəylər Ələkbərov, həm də Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədləli Rzayev qardaşımız Sabir Zeynalov tərəfindən hər hansı inzibati xəta törədilməsinin sübuta yetirilmədiyini bildikləri halda qəsdən onun barəsində İXM-nin 535.1-ci maddəsilə 25 gün müddətində inzibati tənbeh həbs qərarı qəbul etmişlər. Həmçinin qardaşımız Sabir Zeynalovun 65 yaşı olmasına, ürək xəstəliyindən əziyyət cəkməsinə baxmayaraq, hakimlər insafsızcasına, qəsdən ədalətsiz qərar qəbul etmişlər. İXM-ə görə 65 yaşına çatmış kişilərə inzibati həbs növündə tənbeh təyin oluna bilməz. Lakin sözügedən hakimlər hansısa “maraqdan” qanunun bu tələbini kobud şəkildə pozmuşlar. Halbuki, İXM-nin 535.1-ci maddəsində digər alternativ tənbeh-200 manat cərimə də nəzərdə tutulmuşdur. İXM-nin 535.1-ci maddəsinə görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşə baxan hər iki hakim Sabir Zeynalov barəsində məhz həbs tənbehinin təyin olunması ücün hər hansı əsasın olduğunu göstərə bilməmişlər.
Pararel müqayisə apararaq diqqətinizə çatdırırıq ki, 65 yaşına çatmış kişilərə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Amma sözü gedən hakimlər qardaşımıza ən ağır tənbet verərək, onu xəstə vəziyyətində (o, mütəmadi olaraq iynə və dərmanlardan istifadə edir, xəstəxana şəraitində müalicə alırdı) onu azadlıqdan məhrum etmişlər. Yəni birbaşa onun həyatını təhlükəyə atmışlar. Qardaşımızın xəstəliyinin ciddi olması barədə məhkəməyə sənədlər təqdim olunmuşdur.
Göründüyü kimi, həm rayon məhkəməsinin, həm də apellyasiya məhkəməsinin hakimi qanunun tələblərini kobud şəkildə qəsdən pozaraq Siyəzən rayonunu vəzifəli şəxsləri tərəfindən Zeynalov Sabirə qarşı başlatılmış qeyri-sivil-qərəzli mübarizəni davam etdirərək, ədalətdən və humanizmidən tamamilə uzaq bir qərar qəbul etmişlər. Bu cür qərar qəbul etmiş hakimlər təkcə bir nəfərə deyil, onun bütün ailəsinə ağır zərbə vurmuşlar.
Hesab edirik ki, belə bir qərar qəbul etmiş hakimlərə ədalət mühakiməsini həyata keçirməyi etibar etmək olmaz. Qərar vətəndaşın vəziyyətini son dərəcə ağırlaşdırırsa, ona həm maddi həm mənəvi zərər vurursa, həmin qərarı qəbul etmiş hakimin hərəkəti öz hüquqi qiymətini tapmalıdır. Həm 65 yaşına çatmış ağsaqqal, həm yüksək arterial təzyiqli ürək xəstəsi, həm vicdanlı bir vətəndaş olan qardaşımıza son dərəcə sərt tənbeh verilməsi nə Beynəlxalq İnsan hüquqlarına, nə Konistitusiyamıza, nə də İXM-nin hec bir prinsipinə uyğun deyildir. Hakimin bilərəkdən vətəndaşın hüquqlarını pozan ədalətsiz qərar qəbul etməsi yolverilməzdir və bu öz hüquqi qiymətini tapmalıdır.
Beləliklə, baş verənlər onu göstərir ki, yuxarıda adları çəkilən vəzifəli şəxslərin bizim ailəmizə qarşı yönəlik olan təzyiqləri dayandırılaraq, onlar barəsində müvafiq ölçü götürülməlidir. Əks halda həmin şəxslərin bizə qarşı təzyiqləri qaçılmaz qarşıdurmaya və xoşagəlməz nəticələrə səbəb ola bilər.
Cənab Prezident!
Ümidvarıq ki, Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun, rayon Bələdiyyəsinin sədri Azər Babayevin, rayon Polis İdarəsinin rəisi Valik Vəlimətovun, Siyəzən rayon Məhkəməsinin hakimi Bəylər Ələkbərovun, o cümlədən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin yuxarıda göstərilən qanunsuz əməllərinin araşdırılması və onlar barəsində təcili qanuni tədbirlər görülməsi üçün aidiyyəti orqanlara öz tapşırıqlarınızı verəcəksiniz.
Sizə öz təşəkkürümüzü bildiririk”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ucar poçtunda Prezidentə yazılan məktubları dəyişdirirlər – ŞİKAYƏT

    Ucar poçtunda Prezidentə yazılan məktubları ...

    12-04-2017, 14:23

  • 
  • PREZİDENTƏ ŞOK ŞİKAYƏT OLUNDU (VIDEO)

    PREZİDENTƏ ŞOK ŞİKAYƏT OLUNDU (VIDEO) ...

    9-12-2014, 22:43

  • 
  • Həbsdəki "Nida"çılardan İlham Əliyevə müraciət

    Həbsdəki "Nida"çılardan İlham Əliyevə ...

    30-09-2014, 17:59

  • 
  • Komada olan jurnalistlə bağlı İlham Əliyevə müraciət olundu

    Komada olan jurnalistlə bağlı İlham Əliyevə ...

    31-12-2013, 00:31

  • 
  • Göyçaydakı qudalar hakimiyyətindən Prezidentə VİDEO ŞİKAYƏT...

    Göyçaydakı qudalar hakimiyyətindən Prezidentə ...

    8-02-2017, 00:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (346)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino brasil
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu