GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Elektronika mağazaları müştəriləri və dövləti necə aldadır?

Elektronika mağazaları müştəriləri və dövləti necə aldadır?

Tarix: 19-05-2025, 09:50 Bölmə :GündəmXəbər / Manşet Baxış: 265

GundemXeber.Az bildirir ki, illərdir elektronika mağazalarının fırıldaqlıqları adi hal alıb. Son dövrlər isə şikayətlər durmadan artır. Alınan məhsulun xarab çıxmasından tutmuş, işlənmiş məhsulun yeni adı ilə satılması, kredit fırıldaqları “Kontakt Home”, “Baku Electronics”, “İrşad Electronics”, “Soliton”, “World Telecom”, “Myshops” və s. bütün şirkətlərdə adi hala çevrilib. Bunun bir səbəbi var: bizdə elektronika mağazalar şəbəkələrinin üzərinə bütün dünyada olduğu kimi rəsmi zəmanət öhdəliyi qoyulmur.

Bildiyiniz kimi, istər məişət əşyası,  istərsə də mobil telefon, planşet, kompyuter aldıqda məhsula minimum 1 il, markasından asılı olaraq bəzi markalara 2 il, 3 il, 5 il zəmanət verilir. Çox müştərinin məlumatı yoxdur, lakin zəmanət 3 cür olur: Rəsmi zəmanət (İstehsalçı tərəfindən verilən rəsmi zəmanət), Mağaza zəmanəti (Məhsulu satan elektronika şirkəti tərəfindən verilən zəmanət), Servis zəmanəti (Mobil telefon, Kompyuter, Məişət əşyasının təmiri ilə məşğul olan servis şirkətinin verdiyi zəmanət). Məhsul alarkən yalnız rəsmi zəmanətli məhsul alın. Rəsmi zəmanət o deməkdir ki, istehsalçı özü öz satdığı məhsula rəsmi zəmanət verir. Məsələn tutaq ki, siz LG brendinə məxsus paltaryuyan alırsız, rəsmi zəmanət o deməkdir ki, LG şirkəti sizə satdığı məhsula görə özü zəmanət verir. Belə olan halda təbii ki, məhsulda texniki problem çıxma ehtimalı çox azdır, texniki problem çıxsa belə, brend müştəri məmnuniyyəti üçün məhsulu yenisi ilə əvəz edir. Bizdə elektronika şirkəti 60-dan çox brendin məhsulunu satırsa, onun 10-15-nə rəsmi distribütoru olan brendlərə rəsmi zəmanət verir, qalan brendlərə isə adi mağaza və servis zəmanəti verir ki, əslində bütün problemlərin kökündə məhz bu məqam dayanır. Halbuki, bütün dünyada hökümət elektronika mağazaları şəbəkələrinin üzərinə rəsmi zəmanət tələbi qoyur, yəni, elektronika mağazaları şəbəkələri məhsulu yalnız rəsmi zəmanətlə sata bilər. İstehlakçı hüquqlarının yüksək səviyyədə qorunduğu ölkələrdə məhsulda aylar həttda 1 ildən 5 ilə qədər, bəzi brendlərdə 10 ilə, 15 ilə, 20 ilə qədər müddət ərzində mühərrik başda olmaqla hər hansısa bir texniki problem olarsa, yəni, məhsul xarab olarsa dərhal yenisi ilə əvəz olunur. Aldığınız paltaryuyan, soyuducu, qabyuyan və s. məişət əşyasının üzərinə baxsaz, üzərində mühərrikə brenddən asılı olaraq 10 il, 15 il, 20 il zəmanət sözlərini görə bilərsiz. Bizdə isə məhsul alınan günün sabahı məhsulda problem çıxarsa, nəinki məhsulu qaytarmaq və yenisi ilə əvəz etmək, ümumiyyətlə elektronika şirkəti şikayətlə maraqlanmır. Yalnız müştəri şikayət etdikdən sonra ən "yaxşı" halda servisdə məhsulu təmir edirlər.

Bir çox brendin ölkədə rəsmi satışı və servisi olmadığı halda illərdir həmin brendlərin məhsulları elektronika şirkətləri tərəfindən satılır. Yəni, məhsulun hardan gətirildiyi məlum deyil. Bu sahədə işləmiş bir şəxs deyir ki, müştəridən qayıdan məhsul, vitrində mağazada xarab olub servisə göndərilib, təmir olunmuş məhsul, qüsuru olan məhsul müştəriyə yeni adı ilə satılır. Üstəlik, bu cür məhsulların satılması üçün elektronika şirkətlərinin baş ofisi, satış müdiri mağaza müdirlərinə, satış məsləhətçilərinə təzyiq göstərirlər ki, bu cür məhsulları satıb aradan çıxartsınlar. Ona görə heç vaxt vitrində olan məhsulu almayın, iri məişət texnikası alırsınızsa, mütləq məhsulun anbardan göndərilməsini tələb edin, diqqətli olun, vitrin məhsulu da qutuya qoyulub anbardan gəlmiş məhsul kimi göndərilə bilər. Xırda məişət texnikası və mobil telefon alırsızsa, mütləq bağlı qutu alın, yəni, gözünüzün qabağında açılsın, alan zaman məhsulun işləməsini yoxlayın. Mobil telefonlarda xüsusi ilə ehtiyatlı olun, müştəridən qayıdan telefon format olunub qutuya elə şəkildə qoyulur ki, guya yenidir, müştəri heç nədən şübhələnmir. Belə məhsulda problemi görüb geri qaytarmaq və ya yenisi ilə əvəz etmək istəsəz, telefonu servisə göndərib üzərinə cızıq atıb telefonu guya “bir günün içində cızmısız” deyib nə yenisi ilə əvəzləyib, nə də geri qaytarmayacaqlar. Bir də məhsulu yenisi ilə əvəzləyib və ya geri qaytarmamaq üçün servis guya “telefon əldən düşüb, xaricdən zərbə alıb” "rəy"i verəcəklər. Bir də elektronika şirkətlərinin Bürünc zəmanət, Gümüş zəmanət, Qızıl Zəmanət kimi absurd oyunları var, bunlar müştəridən əlavə pul qazanmaqdan başqa bir şey deyil, yəni, Qızıl Zəmanətli məhsulu da onsuz da yenisi ilə əvəz edib nə də geri qaytarmayacaqlar. Bunu sadəcə əlavə pul qazanmaq üçün elektronika şirkətləri özləri fikirləşib.

Bir də bildiyiniz kimi, satış məsləhətçiləri bonus sistemi ilə çalışırlar, yəni, hansı brend öz məhsulunu satmaq üçün satış məsləhətçisinə daha çox bonus verirsə, satış məsləhətçiləri o brendin məhsulunu satırlar, ona görə də məhsul alarkən heç vaxt satış məsləhətçilərindən məsləhət almayın. Təəssüf ki, nəinki elektronika sahəsində, ümumiyyətlə, bizdə istehlakçılar çox məlumatsızdırlar və boykot mədəniyyəti yoxdur. Yəni, aldığınız məhsul haqqında araşdırma aparın, hansı elektronika şirkətindən ən çox şikayət gəlirsə, o şirkətdən heç nə almayın. Təəssüf ki, həm şikayət edib, həm də o şirkətdən məhsul alırsız. Bir də elektronika mağazalar şəbəkəsinin özünün Çində yığdırdığı, üzərinə müxtəlif adlar qoyduğu məhsullardan uzaq durun. Məsələn, “Kontakt Home”-un “Hoffman”, “Soliton” şirkətinin “Riffel” adı altında satdığı məhsullar var ki, belə bir brendlər dünyada mövcud deyil, bunlar elektronika şirkətlərinin şəxsi markalarıdır. Bütün elektronika şirkətlərində bu cür məhsullar var. Bizdə bu sahədə o dərəcədə boşluqdur ki, təəssüf ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Palatası belə elektronika şirkətləri ilə bacara bilmir. Qurum “İrşad Electronics”-lə bu gün də məhkəmə çəkişməsindədir. Ümid edək ki, bizdə də bütün dünyada olduğu kimi elektronika şirkətlərinin üzərinə rəsmi zəmanət tələbi qoyular.

Bütün bunlardan başqa, Elektronika mağazalarının bir çoxunda malların satışı zamanı aksesuar hissələri və yardımçı detalları ayrıca və əlavə ödəniş tələb ediləcək satılır. Məsələn, hansısa noutbuk alarkən, yanında idarəedici "siçan" və adapter verilmir və müştəri bunlar üçün əlavə ödəniş etməli olur. Eyni hal bir sıra mobil smartfon modelləri üçün də keçərlidir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, qanunvericilikdə bu barədə hansısa bir maddə öz əksini tapmayıb: "Qanunvericilikdə bu barədə heç bir maddə yoxdur. Əgər malın komplektləşdirilməsində bu siyahı varsa, əlbəttə bu zaman vətəndaşın hansısa aksesuar və detalı tələb etmək hüququ var. Əks halda satıcı onu müstəqil sata bilər. Qanunvericilikdə çoxsaylı boşluqlar var və onlardan biri budur ki, satılan məhsulun kompekt hissəsi tam göstərilmir".

Başqa bir statistikaya görə, Azərbaycanda elektronik avadanlıqların satışı ilə məşğul olan şirkətlərin külli miqdarda vergi borcu var.

Bu sırada ilk yerdə “Optimal Electronics” qərarlaşıb. Qanuni təmsilçisi Əsgərov Əhəd Tofiq oğlu olan “Optimal Electronics”in Dövlət Vergilər Xidmətinin Lokal Gəlirlər Xidmətinə 321994.90 manat vergi borcu yaranıb.

Qanuni təmsilçisi Cəlil Əhmədov Mirqiyas oğlu olan “Protech Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin 272898.43 AZN vergi borcu var.

“Mi Telecom Corporation” Məhdud Məsuliyyətli Cəmiyyətinin 164179.20 manat vergi borcu var. Şirkətin qanuni təmsilçisi İsmayilova Fidan Natiq qızıdır.

Qanuni təmsilçisi Çingiz Hümmətov Ələskər oğlu olan “KL Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin 76548.1 AZN vergi borcu yaranıb. Bu şirkət barəsində səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 813715.64 manat əlavə vergi, 615384.62 manat maliyyə sanksiyası hesablanıb.

Qanuni təmsilçisi Etibar Məmmədov Aydin oğlu olan “United Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin 41904.91 AZN, qanuni təmsilçisi Rüstəmov Eldar Fərrux oğlu olan “Az Invest Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin isə 38408.85 manat vergi borcu var.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “İrşad Electronics”in “zəmanət fırıldağı” - İTTİHAM

    “İrşad Electronics”in “zəmanət fırıldağı” - ...

    27-03-2019, 14:18

  • 
  • “Kontakt Home” güzəşt etmək fikrində deyil- Kreditlər ödənməlidir

    “Kontakt Home” güzəşt etmək fikrində deyil- ...

    1-04-2020, 14:17

  • 
  • Bakıda yeni saxtakarlıq növü

    Bakıda yeni saxtakarlıq növü ...

    19-02-2015, 22:11

  • 
  • Baş redaktor “İrşad Telecom”da hökm sürən fırıldaqçılıqdan danışdı

    Baş redaktor “İrşad Telecom”da hökm sürən ...

    25-12-2014, 00:35

  • 
  • "Satdıqları problemli telefonu nə dəyişmir, nə də qaytarmırlar" - "İrşad Electronics"dan ŞİKAYƏT

    "Satdıqları problemli telefonu nə dəyişmir, ...

    30-09-2021, 14:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu