GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əbülfəz Elçibəyin Surət Hüseynovla görüşünə maneə yaradılmasaydı...

Əbülfəz Elçibəyin Surət Hüseynovla görüşünə maneə yaradılmasaydı...

Tarix: 4-06-2025, 09:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 211

Fəlakət tariximiz kimi qəbul etdiyimiz 4 iyun Gəncə qiyamının bilinməyən çox məqamları var. Dəhşət ondadır ki, Azərbaycanımızı və bütün soydaşlarımızı mənən sarsıdan, birliyimizi, mübarizəmizi darmadağın edən qan qoxulu o hadisə qələbəyə inamımızı da yox edirdi və ermənilərə, onların rəhbəri Robert Köçəriyana uğur qazandırırdı. Hüdudları daxilində düşməninin qalmasının nəticəsiydi ki, qardaş-qardaşa güllə ataraq, ölümünə susayır, Xocalını, Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Füzulini, Zəngilanı, Qubadlını, Cəbrayılı əlimizdən verir, bu torpaqlarımızın işğalı həmin gün gerçəkləşirdi.1993-cü ilin iyun ayının 4-də baş verən bu qiyam hadisəsi Gəncənin gözəl simasına ləkələr vurur və... 


Elə bilirsiniz baş verən bu hadisənin sabiq korpus komandiri və AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı imzalanmış qərara görə idi?! Bu barədə o zamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı əmrin gücü buna çatardımı? Əsla, yox! Ona görə ki, guya, təhvil-təslim olması barədə qərara tabe olmayan Surət Hüseynov tabeçiliyindəki qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsinə əmr verərdi və Gəncədə, o cümlədən, Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşanardı? 35 nəfər öz qardaşının atdığı güllədən həlak olardımı?! Ən əsası, qiyamı yatırmaqda aciz qalan AXC-Müsavat hakimiyyəti iqtidardan getməli olardımı?!

4 iyun qiyamına qalxan Surət Hüseynovun məqsədi tam təfsilatı ilə çoxlarına məlum olmadı. Bu ictimaiyyətə tam məlum olmasın deyə, onun Kələkidə olan Prezident Əbülfəz Elçibəylə görüşünə də imkan verilmədi. Bəs, bu görüşə imkan verməyənlər kimlər idi?

Sualın cavabında çətinlik olduğu üçün, bir daha baş verənlərin indiyədək bildiklərimizin qısa xülasəsi ilə tanış olaq. 

Öncə onu qeyd edirik ki, 1993-cü ilin iyun ayının 4-də Gəncədə hərbi qiyam baş verdi. Bu qiyamın önündə polkovnik Surət Hüseynov gedirdi və onun komandiri olduğu 709 saylı hərbi briqada da dövlətə tabe olmurdu. Bir sözlə, dövlət adıyla verilən göstərişləri qəbul etməyənlər mövcud qanunlara itaətsizlik göstərirdilər. 

Surət Hüseynov Rusiyanın (SSRİ) Gəncədə yerləşən 104-cü hava-desant diviziyasının bir-neçə silah-sursat anbarını ələ keçirmiş və həmin diviziyanın komandiri general Valeri Şerbakı özünə tabe etmişdir. Daha dəqiq desək, himayədarı olan Ruslan Rzayevin (Zobik) dəstəyi ilə bu işləri rahatlıqla görmüşdür. 

Yevlax Yun Zavodunun direktoru işləmiş Surət Hüseynov 709 saylı hərbi birləşmənin formalaşmasına start verəndə, Ruslan Rzayev (Zobik) də Gəncədəki bütün zavod və fabriklərə orduya maddi-texniki dəstək vermələri haqda tapşırıq verirdi. Bəzi vaxtlarda belə bir fikir səslənirdi ki, guya, Şerbakla əlaqələri keçmiş müdafiə naziri Rəhim Qazıyev yaradıbmış. Amma yayılan söz-söhbətlər öz təsdiqini tapmırdı. Ona görə təsdiqlənmirdi ki, Rəhim Qazıyevin özü də Surət Hüseynovdan aslı vəziyyətdə idi. Bir sıra silah anbarlarının ələ keçirilməsindən sonra, Şerbak Surətlə intensiv görüşmək məcburiyyətində qalırdı. Belə bir halın baş verməsindən sonra isə, Rusiyanın Gəncə istiqamətindən Azərbaycana taktiki müdaxiləsi artmağa başlayırdı. Azərbaycanın milli dövlətçiliyinə qarşı qaldırılan daxili hərbi qüvvələrin səhv addımları onda oldu ki, onlar Rusiya kəşfiyyatının aldadıcı siyasətinə inandılar. 

Doğrudan da, Rusiya kəşfiyyatı Surəti hakimiyyətə gətirmək adı ilə ölkədə qarışıqlıq yaratmağa çalışırdı. Rusların bəzi azərbaycanlı siyasətçiləri vasitəsilə verdikləri sözlər qiyamçı polkovniki özündən çıxarırdı. Bunun üçün də, nəzarətindəki hərbi hissəni dövlətə qarşı qiyama qaldırmışdı. Hüseynovun əsl məqsədi Prezident Elçibəylə görüşmək və parlament sədrini, Baş naziri və eləcə də güc nazirliklərinin bəzi yüksək çinli məmurlarının istefasını tələb etmək idi. Elə buna görə də, ultimatum göndərmişdi ki, Ali Sovetin sessiyası çağırılsın.

Qiyama başlanan ilk günlərdə Bakıdan Gəncəyə göndərilən bir qrup dövlət adamı da, məhz S. Hüseynovun göstərişi ilə girov götürüldülər. Təsəvvür edin, hadisələri öyrənmək, itaətsizliyin qarşısını almaq, qiyamı dayandırmaq, dövlət orqanlarının fəaliyyətini bərpa etmək üçün, Prezidentin göndərdiyi yüksək rütbəli məmurlar heç bir müqavimət göstərilmədən dövlətin Gəncədəki rəsmi idarəsində qiyamçıların əlinə əsir düşürdülər. Bununla da, hadisələrin yönü, mahiyyəti dəyişirdi. S. Hüseynov bundan sonra Bakıya ard-arda ağır şərtlər göndərməyə başlayır və hərbi qüvvələrinə Bakı istiqamətində irəliləməyə göstəriş verirdi. 

Görünən odur ki, əsl itaətsizliyi Prezidentin Gəncəyə göndərdiyi məmurlar göstərib. Bu kimi xoşagəlməz halları görən Prezident Elçibəy nə ətrafındakı xainlərin ölümünə, nə də qardaş qırğınına yol verməmək üçün doğulub boya-başa çatdığı Ordubad rayonunun Kələki kəndinə qısa müddətli getməyə qərar verdi. Bununla da, dünyada yeganə Prezident oldu ki, üzərinə hərbi qiyamın qalxmasına baxmayaraq, ölkəsini tərk etmədi.


P.S. Qeyd edək ki, hadisələrin intensiv qızışmasına və vəziyyətin gərginləşməsinə baxmayaraq, bu prosesdən Heydər Əliyev uduşla çıxdı.


Ş. Cəfəri

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elçibəyin köməkçisi  Etibar Məmmədovun cavabını verdi:  “O, Surət Hüseynovu...”

    Elçibəyin köməkçisi Etibar Məmmədovun cavabını ...

    14-06-2022, 15:55

  • 
  • Prezident: "Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını?"

    Prezident: "Paşinyan, harada imzalamısan sən ...

    25-11-2020, 12:35

  • 
  • Surət Hüseynovdan Azərbaycanı tərk etmək tələb olunub?

    Surət Hüseynovdan Azərbaycanı tərk etmək tələb ...

    18-07-2013, 13:40

  • 
  • Surət Hüseynov Azərbaycanın inşaat sektorunda necə payçıya çevrilib?

    Surət Hüseynov Azərbaycanın inşaat sektorunda ...

    18-09-2014, 13:03

  • 
  • Bakı ŞİH 24 İyun Əbülfəz Elçibəyin doğum günü ilə bağlı ziyarət yürüşünə icazə vermədi

    Bakı ŞİH 24 İyun Əbülfəz Elçibəyin doğum günü ilə ...

    21-06-2019, 16:41


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (298)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu