GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Xırdalandakı 2 saylı məktəbin qanunsuz işdən çıxarılan riyaziyyat müəlliməsi Vəfa Həziyevanın "başı altına yastıq qoyanlar" kimlərdir? -- TƏFƏRRÜAT

Xırdalandakı 2 saylı məktəbin qanunsuz işdən çıxarılan riyaziyyat müəlliməsi Vəfa Həziyevanın "başı altına yastıq qoyanlar" kimlərdir? -- TƏFƏRRÜAT

Tarix: 5-06-2025, 19:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 448

Ölkə mətbuatının yazılarında eyni funksiyalı strukturlar sırasında Abşeron-Xızı Regional Təhsil İdarəsinin ən çox tənqid olunduğunu hamı bilir. Bu idarənin əhatə etdiyi təhsil şöbələrinin, həm də bu şöbələrin tərkibindəki təhsil müəssisələrinin rəhbər şəxslərinin yarıtmaz işləri də şok yaradan tənqiddən geri qalmır. Xırdalan şəhər 2 saylı tam orta məktəbin də acı taleyini yaşayan elm ocaqlarından biri olduğu həmin yazılarda xüsusi olaraq vurğulanır. İdarənin müdiri İlhamə Abdullayevanın özü və ətrafına topladığı yaxınları kimi, bu məktəbin direktoru Gülnaz Kərimova da təhsilimizin qənimi kimi qələmə verilirlər. 

Bu məktəbdən şikayətçi çoxluğu göz qabağındadır. Şikayət müəllifləri isə, 

elm və təhsilimizin, bu məktəbin özünün təəssübünü çəkənlər, direktorun və ətrafının törətdikləri cinayət əməllərinə dönməyənlərdir. 

Çox təəssüf ki, dərdlərini yuxarı dövlət qurumlarına çatdıranlar axırda özlərini bəlaya salırlar. Daha doğrusu, onlar idarə müdiri İlhamə Abdullayevanın özünün və ətrafına topladığı vəzifə sahiblərinin təhdidləri ilə üz-üzə qalırlar. Məhkəmələrə üz tutanlar "əlləri ətəklərindən geri dönürlər", çünki İlhamə Abdullayevanın arxasında duran yuxarı vəzifəlilər buna imkan vermirlər. Hətta gözümçıxdıya salınanlar arasında qanunsuz olaraq işlərindən uzaqlaşdırılanlar da çox olur.

Çalışdığı Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktoru Gülnaz Kərimovanın yarıtmaz rəhbər fəaliyyətini tənqid edən riyaziyyat müəlliməsi Vəfa Sevdimalı qızı Həziyeva da onlardan biridir. Şikayətçi müəllimə direktorun və ətrafının cinayət əməllərindən yazıb deyə işindən uzaqlaşdırılıb. 

Buna görə xeyli müddətdir ki, həm İlhamə Abdullayeva və onun ətrafı, həm də Gülnaz Kərimova məhkəməyə müraciət edən bu müəllimənin məhkəmə prosesinin normal getməsinə də imkan verilməyib. Nəticədə, Vəfa Həziyeva Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinə üz tutub. Bundan hədsiz narahat olan İlhamə Abdullayevanın özü və Təhsil İdarəsinin səlahiyyət sahibi barışıq üçün ona təklif göndəriblər. Güya, Gülnaz Kərimova ilə onu barışdırmaq istəyirlər. Xanım müəllimə təklifi qəbul edib. Elə, dünən Apellyasiya Məhkəməsində proses başlamazdan öncə, danışığa gedib. Lakin...

Bir daha aydın oldu ki, İlhamə Abdullayeva və onu himayə edənlər "başı altına yastıq qoyurmuş" ki, məhkəmə sakit keçsin. Lakin məhkəmə də sakit keçmədi və Gülnaz Kərimovanın əməlinin qanunsuz olduğu barədə ortaya tutarlı epizodlar və faktlar qoyuldu. Belə olmasaydı, məhkəmə prosesindən çıxan Gülnaz Kərimova ağlamazdı da. 

Onu da qeyd edək ki, bir müddət öncə Vəfa Həziyevanın Gülnaz Kərimovanın qanunsuz əməlləri barədə aidiyyatı qurumlara müraciəti olub. Bu müraciətdə qeyd olunanlar da region təhsilinin taleyinə vurulan zərbələrlə bağlıdır.

Konkret desək, şikayətçi xüsusi olaraq onu vurğulayıb ki, təəssübünü çəkdiyi Xırdalan şəhər 2 saylı tam orta məktəb də acı taleyini yaşayan elm ocaqlarından biridir. Dəhşət ondadır ki, ölkənin elm və təhsil naziri belə idarə müdiri İlhamə Abdullayevanın bu məktəbin direktoruna olan xüsusi münasibətini araşdırmır. O da məcburiyyətdən növbəti şikayətini bir müddət öncə burada yoxlama aparmış ölkənin Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəhbərinə ünvanlayıb. Ona görə ki, bu maliyyə yoxlaması idarə müdiri İlhamə Abdullayevanın ciddi narahatlığı ilə müşahidə olunub və bütün istiqamətlərdə təhlükəli nəticə ilə sonuclanacağı gözlənilib.

Riyaziyyat müəlliməsi Vəfa Sevdimalı qızı Həziyevanın yazdığı şikayət məktubunu olduğu kimi dərc edirik:


“Hörmətli redaksiya!

Öncə bildirmək istəyirəm ki, Respublika Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin komissiya üzvlərinin bu ilin yanvar ayının 14-dən Abşeron — Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində, o cümlədən ümumtəhsil müəssisələrində apardığı yoxlamalar hələ də davam edir. Mən aprel ayının 12-də bu komissiyanın sədri təyin olunan Arzu müəllimə rəsmi şəkildə müraciət edərək bildirdim ki, onun adıyla, yəni yoxlama komissiyasının adı altında Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktoru Gülnaz Kərimova kollektiv üzvləri arasında kütləvi şəkildə pul yığımı kampaniyasına start verib.

Yazaraq onu da bildirdim ki, Aqil və Elşad adlı komissiya əməkdaşları aprelin 10-da, həftənin cümə günü, saat təxminən 14 radələrində “Ziya” kafesində məktəbin dirketor müavini Sevinc Abdullayeva ilə birgə nahar fasiləsinə gediblər. Halbuki, mən də yaxşı bilirəm ki, hələ bu günə kimi heç bir komissiya üzvü qanundan kənara çıxıb, yoxlama zamanı məktəb rəhbərliyi ilə birgə hansısa bir yerdə, süfrə arxasında əyləşməyib. Lakin yazdıqlarıma baxmayaraq, komissiya üzvünün bu qanunazidd əməli barədə indiyədək araşdırma aparılaraq, qanun çərçivəsində heç bir ölçü götürülməyib və yaxud hansısa bir tədbir görülməyib.

Belə biganəliyin daha pis nəticəsidir ki, məktəb direktoru Gülnaz Kərimova,

ağına-bozuna baxmadan, güddüyü öz mənafeyi naminə bildiklərini edir.

Adi bir misal: 17.04.2025-ci il tarixində yenidən məktəbdəki rus bölməsinin ibtidai sinif müəllimlərini də cəlb edərək, rəsmi şəkildə pulların yığılmasına tapşırıq verib. Çəkinmədən, açıq-aşkar formada pul yığımı kampaniyasını qəti şəkildə məktəbin rus bölməsindəki 1-ci siniflərdə Ramilə Orucovaya, 2-ci siniflərdə Nigar Əliyevaya, 3-cü siniflərdə Təranə Cəfərovaya, 4-cü siniflərdə Elnurə İsmayılovaya tapşırıb və elə bu məsələnin yerindəcə həllinə nail olub. Azərbaycan bölməsi üzrə bu yöndən tapşırıq direktor tərəfindən Arzu Rəhbər qızı Əzimovaya 1-ci, Şəhla Adışirin qızı Əliyevaya (O, qanunsuz olaraq direktor müavini vəzifəsini də icra edir) 2-ci, Afaq Məhəmməd qızı Qədirovaya 3-cü, Raminə Səxavət qızı Əsədovaya 4-cü, Sevinc Arif qızı Abdullayevaya (rus bölməsi üzrə direktor müavini) 5-11-ci, Könül  Ələkbər qızı Tağıyevaya (direktor müavini) 5-6-cı, Əsli Cahangir qızı Mustafayevaya və Gülçin Məhəmmədəziz qızı Salmanovaya (direktor müavinləri) 8-11-ci siniflər

üzrə verilib. Adlarını çəkdiyim müəllimə xanımlar direktora arxalandıqları üçün, onun verdiyi bu tapşırığı qorxub-çəkinmədən can-başla yerinə yetirirlər.

Onu deyim ki, hər müəllimdən 100 manat yığılırsa, 400 nəfər müəllimdən məvacib zamanı yığılan ümumi məbləğ 40.000 manat edir. Hələ əlavələr olarsa, bu məbləğin nə qədər şişəcəyi də aydın olur…

…Gülnaz Kərimova, axı, sən nə etmək istəyirsən?! Əvvəlcə fikirləşirdim ki, pul yığımında direktora yaxından dəstək olan müəllimlərin adlarını hallandırmayım, ayıbdır, müəllim adına ləkədir. Ancaq, sonradan qərara aldım ki, axı, niyə də bu müəllimlər özlərinə hörmət qoymurlar?! Əgər bu müəllimlər xəcalət çəkmirlərsə, mən niyə onların əvəzinə xəcalət çəkiməliyəm və başqa şeylər fikirləşməliyəm?!      

Onu da qeyd edim ki, direktor Gülnaz Kərimova ibtidai sinif müəllimlərini, direktor müavinlərinin bir-neçəsini (adlarını qeyd edəcəm) gizli şəkildə bu işə təhrik edib. Guya, məktəbə yazılacaq cərimələr çox olacaq. Ona görə, indidən gələcək beşinci siniflərin də müəllimlər arasında bölgüsünü aparıb. dərs saatlarına görə müəllimlərdən küllü miqdarda rüşvət toplatdırıb. Mən özüm də bu məktəbdə işlədiyim dövrdə bunların şahidi olmuşam.

Baxın, bu qədər adamı rüşvət yığmağa məcbur edənin kimliyi hamıya məlumdur. Mən də kənardan bu qədər məlumatı ala bilirəm, ancaq yoxlama komissiyasının üzvləri içəridə ola-ola bu məsələlərdən guya xəbərsizdirlər. Birmənalı şəkildə bildirirəm ki, rus bölməsi üzrə müavin Sevinc Abdullayevanın bloknotunda deyilənlər barəsində apardığı qeydiyyatlar birbaşa ağır cinayət göstəricisidir. Onun yoxlama komissiyasının adına, lotereya adı altında yığdığı belə pulların sayı-hesabı yoxdur. O, niyə, öz kariyerasını Gülnaz Kərimova kimi birisinə görə məhv edir, nəsə demək olmur! MÜTDA-ya bu barədə etdiyim şikayətlər də cavabsız qalır. Ya da yazırlar ki, məlum nöqsanlar barədə etdiyim şikayətlər öz təsdiqini tapmadı. Sual edirəm, nə zaman gəlib araşdırma aparıblar ki, bu cavabı verirlər?


Ümumiyyətlə, həmişə təəssübünü çəkdiyim bu məktəb indi özünün pis günlərini yaşayır. Milyonlarla rüşvət yığımı, müəllimlərin hədə-qorxu içində saxlanması, dərs saatlarının satılması, “ölü canlar” kimi texniki işçilər adına pul yazılması… puldan gözü doymayan Gülnaz Kərimovanın törətdiyi əsas cinayətlərdir. Ondan yaxşı nəsə gözləmək də olmur. Dəhşət ondadır ki, insana ləkə vurub, şərləməkdən bezməyən Gülnaz Kərimova belə çox pis əməlləri özünə hobbi seçib.

Tam əminəm ki, belə vəzifə sahiblərinin sonu yaxşı alınmır və aidiyyatı qrumlar onunla bağlı da hərəkətə keçəcəklər. Kifayətdir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsində aparılan yoxlamanın nəticələri ciddi nəzarətdə saxlanılsın və belə bir direktor öz layiqli cəzasını alsın.

Mənsə, haqqı tapdanan bir müəllimə kimi, belə korrupsionerlərə qarşı mübarizəmi yorulmadan davam etdirəcəyəm”.

Bəli, bütün region məktəblərində yeyintinin olduğu ortaya çıxır. Məktəblərdə baş verən bu qanunsuzluqların arxasında Abşeron-Xızı Regional Təhsil İdarəsinin maliyyə şöbəsinin rəhbəri Orxan Şirəliyevin olduğu iddia edilir. Şirəliyev əvvəllər 1 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində çalışıb. Onun dövründə təhsil müəssisələrində dövlət vəsaitinin qanunsuz xərclənməsi, korrupsiya hallarının artdığı və dövlət vəsaitlərinin qəsdən mənimsənilməsi ilə bağlı ciddi şübhələr mövcuddur.

Təhsil sistemində şəffaflığın təmin edilməsi üçün ciddi islahatlara və korrupsiyaya qarşı sərt tədbirlərə ehtiyacın olduğu da hər yerdə deyilir.

Elə, adını çəkdiyimiz məktəbin direktoru Gülnaz Kərimovanın törətdikləri də bir dastanlıqdır.

Bu məktəbin də ümumi büdcəsinə vurulan ziyanın real miqyası daha böyük ola bilər. Görünən odur ki, qeyd etdiyimiz pozuntular yalnız aysberqin görünən hissəsidir.

 Əlimizdə olan səs yazıları, video-faktlar və digər şikayət nümunələri də bunu təsdiq edir. Bir yazıda bunun hamısını dərc etmək mümkünsüzdür. 

Mövzu saytımızın əməkdaşlarının diqqətindədir. Yazılarımızı davam etdirəcəyik. Tezliklə Vəfa Həziyevanın dedikləri ilə bağlı hazırladığımız maraqlı bir yazını da diqqətinizə çatdıracağıq.

Ona görə də saytımızı izləməyi məsləhət görürük.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xırdalandakı 2 saylı məktəbin qara günləri: Şikayətçi müəllimə direktorun və ətrafının cinayət əməllərindən yazır

    Xırdalandakı 2 saylı məktəbin qara günləri: ...

    21-04-2025, 16:32

  • 
  • Abşeron-Xızı Regional Təhsil İdarəsində bitməyən dərəbəylik-TƏFƏRRÜAT/YENİLƏNDİ

    Abşeron-Xızı Regional Təhsil İdarəsində bitməyən ...

    17-02-2025, 16:57

  • 
  • Təhsil şöbəsinin müdiri və üç direktor işdən AZAD EDİLDİ

    Təhsil şöbəsinin müdiri və üç direktor işdən AZAD ...

    26-05-2021, 13:02

  • 
  • Abşeron-Xızı Regional Təhsil İdarəsində ibtidai sinif şagirdlərinə məcburi kitab satılır -FOTOLAR

    Abşeron-Xızı Regional Təhsil İdarəsində ibtidai ...

    13-11-2023, 12:51

  • 
  • Məktəbə yoxlama gəldi, direktor isə... - İLGİNC İDDİALAR

    Məktəbə yoxlama gəldi, direktor isə... - İLGİNC ...

    8-04-2025, 23:23


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (298)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu