GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar

Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar

Tarix: 29-07-2025, 17:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 235


İyul ayında Azərbaycana istirahət və müalicə gəlmiş Rusiyanın Moskva şəhər sakini Albina Rafailova və onun həyat yoldaşı “Şıx” sanatoriyasını seçiblər. Rəsmi saytlarda sanatoriyanın “termal müalicə suları ilə xidmət göstərən müasir balneoloji kompleks” kimi təqdim olunması onları aldadıb. Ancaq real mənzərə- insan ləyaqətini alçaldan şərait, sağlamlığa zərər vuran xidmətlər və açıq fırıldaqçılıq olmuşdur.

 

Təcavüzkar dərəcədə aldadıcı reklam və neft quyusu suyu

 

Turistin verdiyi açıqlamaya görə, “termal müalicə suyu” adı altında onlara neft quyularından çıxarılan lay suyu istifadə edilən vanna prosedurları təklif olunub. Onun və digər istirahətçilərin müşahidələrinə əsasən, gecə saatlarında sanatoriyaya mazut və kanalizasiya iyisi verən texniki su köhnə paslı su maşını ilə gətirilir və qapalı hovuza boşaldılırmış.

Bəzi işçilər bu suyun mənbəyinin SOCAR-ın Bibiheybət yataqlarından çıxarılan lay suları olduğunu təsdiqləyib. Bu, sanitariya qaydalarının kobud şəkildə pozulması ilə yanaşı, cinayət tərkibli əməldir. Su nəinki termal deyil, heç adi texniki su kimi istifadəyə də yararlı deyil.

 

Müalicə adı altında biznes

 

Gündəlik 280 manat ödəməklə müalicə adı altında yalnız 4 qısa masaj (cəmi 10 dəqiqəlik), 2 fiziki prosedur və 3 parafin seansı təklif olunub. Əlavə prosedurlar üçün isə sanatoriya rəhbərliyi əlavə pul tələb edib: masajın 45 dəqiqəsi 50 manat, 60 dəqiqəsi isə 60 manat!

Həkim Talətə müraciət edən Albina xanım və həyat yoldaşı “futbol topu” kimi həkim və qeydiyyat arasında ora-bura göndərilib, onların sağlamlığına deyil, yalnız cibinə maraq göstərilib.

 

Sanatoriyaya yox, düşərgəyə bənzəyən şərait

 

9 günlük qalma müddətində nə otaq yuyulub, nə də şikayətlərə əhəmiyyət verilib. Yeməklər- dadı olmayan, keyfiyyətsiz, az çeşidli və sintetik dadvericilərlə zəngin qidalar olub. “Şved stolu” adı altında turistlər porsiya norması ilə qidalandırılıb, artıq götürmək istəyənlər isə sanatoriya işçiləri tərəfindən alçaldılıb: “Normadan artıq götürə bilməzsiniz!”

Hər axşam yaxınlıqdakı restoranlardan gələn kabab və balıq qızartması tüstüsü havanı boğucu edib. Televizor işləməyib, internet demək olar yox səviyyəsində olub.

 

İnsan hüquqları, turist hüquqları- ayaq altına atılıb

 

Turist sanatoriyanı bir gün əvvəl tərk etmək istədikdə, ödənilmiş məbləğin geri qaytarılması rədd edilib. Heç bir rus və ya ingilis dilli müqavilə, rəsmi qaydalar təqdim olunmayıb. Bu isə xarici vətəndaşların hüquqlarının açıq şəkildə pozulması deməkdir. Qazaxıstan, Rusiya, Türkiyə və Özbəkistandan gəlmiş digər turistlər də narazılıqlarını ifadə ediblər, bəziləri hətta sanatoriyanı vaxtından əvvəl tərk ediblər.

 

Sual olunur: bu cinayətləri kim gizlədir?

 

Albina Rafailovanın Baş Prokurorluğa, Azərbaycan və Rusiya səfirliklərinə təqdim etdiyi rəsmi şikayət ərizəsində çox ciddi suallar doğuran məsələlər qaldırılıb. Onun tələbləri içərisində aşağıdakılar yer alır:

-Sanatoriyada istifadə olunan suyun mənşəyi və sertifikatlarının yoxlanılması;

-Qanunsuz tibbi xidmət, turist hüquqlarının pozulması və istehlakçı aldadılması faktlarına hüquqi qiymət verilməsi;

-Maddi zərərin kompensasiya edilməsi;

-Məsul şəxslərin- rəhbərlik, həkimlər və aidiyyəti orqan nümayəndələrinin- cəzalandırılması.

 

Rusiya vətəndaşının bu müraciəti təkcə bir fərdin şikayəti deyil. Bu, Azərbaycan turizminin nüfuzuna atılmış ləkədir. Əgər bu məsələ operativ və ciddi şəkildə araşdırılmasa, ölkəmizin sanatoriya və turizm sahəsinə etibar ciddi şəkildə zədələnəcəkdir.

Bu cür hallara qarşı dövlət strukturları və ictimaiyyət dərhal reaksiya verməli, “Şıx” sanatoriyasında baş verənlər hüquqi müstəvidə tam obyektiv araşdırılmalı və cavabdeh şəxslər məsuliyyətə cəlb edilməlidir./tehsil.media/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda turizmin utanc teri : “ŞIX” sanatoriyasında Baş verən biyabrçılılıq

    Azərbaycanda turizmin utanc teri : “ŞIX” ...

    15-07-2025, 23:36

  • 
  • Oğuzda 10 subartezian quyusu qazılacaq - SƏRƏNCAM

    Oğuzda 10 subartezian quyusu qazılacaq - SƏRƏNCAM ...

    13-04-2020, 14:52

  • 
  • Bakıda yolları çökdürən “kabus” - yeraltı çay,  yoxsa dağılmış kanalizasiya...

    Bakıda yolları çökdürən “kabus” - yeraltı çay, ...

    5-01-2019, 22:38

  • 
  • Çayların suyu qalxır - TƏHLÜKƏ!

    Çayların suyu qalxır - TƏHLÜKƏ! ...

    2-08-2016, 10:45

  • 
  • Zaqatalada 18 ədəd subartezian quyusu qazılacaq

    Zaqatalada 18 ədəd subartezian quyusu qazılacaq ...

    19-08-2020, 12:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu