GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda yolları çökdürən “kabus” - yeraltı çay, yoxsa dağılmış kanalizasiya...

Bakıda yolları çökdürən “kabus” - yeraltı çay, yoxsa dağılmış kanalizasiya...

Tarix: 5-01-2019, 22:38 Bölmə :Cəmiyyət Baxış: 663
Bakıda yolları çökdürən “kabus” - yeraltı çay,  yoxsa dağılmış kanalizasiya...


Coğrafiya İnstitutunun direktor müavinindən ilginc açıqlamalar; “Kanalizasiya suları, yararsız vəziyyətə düşmüş borulardan sızan sular çökmənin və sürüşmənin əsas səbəbləridir”

Bakının Nobel prospektindəki çökmənin səbəbləri günlərdir ki, müzakirə olunur və müxtəlif versiyalar irəli sürülür. Ən çox diqqət cəlb edən versiya isə su və kanalizasiya xətlərindəki sızmalardır. “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə məsələ ilə bağlı mətbuata açıqlama verərkən bildirib ki, yoldakı çökmə qurumun su və kanalizasiya xətlərindəki sızmalarla bağlı deyil: “Hazırda ərazidə iki qrupumuz işləyir. Biri georadar qrupudur ki, onlar torpağın altında qrunt sularının səviyyəsini, eləcə də qruntun tərkibini öyrənməklə məşğuldur. Torpağın 24 metr dərinliyindən bizim xətlərimiz, Sahil kollektorumuz keçir. İkinci qrupumuz hazırda oradadır. Məhz həmin kollektor Bakının əsas tullantı sularını daşıyıb Hövsana yönəldir. Əməkdaşlarımız 24 metr dərinlikdəki quyuya daxil olub, kənardan qrunt sularının ora daxil olmaması üçün qabaqlayıcı tədbirlər görürlər. Bildiyiniz kimi, qrunt suyu kənardan suya daxil olanda özü ilə torpaq yuyub gətirir. Torpağın da yuyulması hesabına yolda çökmə yarana bilər. Bunlar ehtimallardır”.

A.Cəbrayıllı onu da vurğulayıb ki, “Azərsu” ASC-nin Nobel prospektindən keçən su xətlərində, eləcə də kanalizasiya xətlərində heç bir axıntı yoxdur.

Qeyd edək ki, Bakıda yeraltı çayların olması və bunun torpağın alt qatlarını yuması nəticəsində sürüşmənin meydana gəlməsi ilə bağlı iddialar da var.

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov bildirdi ki, paytaxt Bakıda yeraltı çayların olması ilə bağlı elmi baxımdan əsaslandırılmış bir fakt yoxdur: “Mehdi Hüseynin ”Yeraltı çaylar dənizə axır" adlı bir əsəri var idi . O roman əslində bu məsələləri izah edirdi. Güman edilirdi ki, Yasamal rayonundakı “Qanlı göl”dən dənizə doğru belə bir çay axır. O zaman “Elmlər Akademiyası” metro stansiyası da uzun müddət hazır vəziyyətdə olmasına baxmayaraq, istifadəyə verilmirdi. Ancaq elmi baxımdan sübut olunmuş hər hansı bir fakt yoxdur ki, Bakıda yeraltı çay axsın. Bakının coğrafi quruluşu də amfiteatrı xatırladır. Bu səbəbdən yeraltı sızıntılar hər zaman ola bilər. Lakin yolların çökməsi daha çox insan amili ilə bağlıdır. Kanalizasiya suları, yararsız vəziyyətə düşmüş borulardan sızan suları çökmənin və sürüşmənin əsas səbəbləridir. Yeraltı çaylarla bağlı elmi cəhətdən sübut olunmuş hər hansı mülahizə yoxdur".

Yaşıllıqların məhv edilməsindən sonra sürüşmə hallarının artması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən Məhərrəm Həsənov bildirdi ki, bu mülahizədə həqiqət payının olduğunu vurğuladı: “Ağaclar ilk növbədə torpaqdakı suyu sorur və buxarlandırır. Digər tərəfdən ağacın kökləri torpağı möhkəmləndirir. Bu iki proses sözsüz ki, sürüşmənin qarşısını alır. Bakının iqlim şəraiti elədir ki, burada təbii olaraq ağacların bitməsi çətin məsələdir. Ona görə də, yaşıllıqları qırmaq olmaz. Əskinə çoxlu ağac əkmək, yaşıllıq əraziləri artırmaq lazımdır. Bu həm yeraltı suların buxarlanmasına, həm də torpağın möhkəmlənməsinə səbəb olur. Xatırlayırsınızsa, Bakıda Alov qüllələri yaxınlığında sürüşmə baş verərkən, orada görülən tədbirlərdən biri də evkalipt ağaclarının əkilməsi oldu. Bu ağaclara nasos ağac deyirlər, onun suyu buxarlandırma effekti daha böyükdür”.

Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov da qəzetimizə danışarkən vurğuladı ki, suyun mənbəyinin nə olduğu araşdırılıb ona uyğun tədbirlər görülməlidir: “Bu ərazi zavodların çox olduğu yerdir, yolun hər iki tərəfində çox sayda zavodlar fəaliyyət göstərib. İndi onların bir qismi sökülüb. O zaman həmin ərazidə çoxlu borular olub, qədimdən neft boruları da ərazidə qalıb. Onların çoxu yerin altındadır, bir hissəsi çürüyüb. Ona görə də, neçə illərdir həmin yolda çökmələr baş verir. Səbəbi isə bu günə qədər tapılmayıb. Suyun mənbəyinin nə olduğu bilinmir. Hər il həmin yolun bərpasına nə qədər xərc gedir. Ərazidə araşdırmalar, qazıntılar aparılmalı və suyun haradan axması, həcmi müəyyənləşdirilməlidir. Həmçinin suda nümunələr götürülüb analizlər aparılmalıdır ki, təmiz su, yoxsa kanalizasiya suyu olduğu bilinsin. Mən 24 metr dərinlikdə kanalizasiya xətlərinin olmasına şübhə edirəm. Çünki o dərinlikdə kanalizasiya borusu qoyulmayıb. Bəlkə də, qədimdə qoyublar, daha sonra üzərində torpaq tökülüb və altda qalıb. Orada sənaye zavodları tikilərkən Bakıxanov qəsəbəsində başlayaraq, ”8-ci kilometr" və Keşləyə qədər olan ərazini əhatə edən kollektor da tikilib. İndi həmin sənaye obyektləri yoxdur".

Əzim Məsimov onu da vurğuladı ki, Abşeron quru zonadır və orada qrunt suları yoxdur: “Qrunt suları insanın fəaliyyəti ilə əlaqədar ortaya çıxan kanalizasiya sularıdır. Bu gün Şimali Abşeron ərazisində hər yerə su verilir, ancaq kanalizasiya sistemi çəkilməyib. İnsanlar hərə öz həyətində kanalizasiya quyusu qazıb. Həmin sular yerin altından süzülür, torpağı yuyur, ayrı-ayrı yeraltı cığırlar sonradan birləşib yeraltı çaya çevrilir, yəni güclü su axını əmələ gəlir. Kanalizasiyaya gedən sular haradansa çıxmalıdır. Ona görə də, bu ərazidəki suyun mənbəyi müəyyənləşdirilməlidir. Bundan sonra konkret qərar qəbul edilməli və iş aparılmalıdır ki, yollar vaxtaşırı çökməsin. Hələ 70-80-ci illərdə belə bir fikir var idi ki, Bakının 19-cu əsrin sonlarında tikilən su şəbəkəsi artıq sıradan çıxıb və Bakıya gələn suyun 40 faizi yerə çökür. İndi müəyyən işlər görülüb, hələ görülməyən işlər də çoxdur. İstismar olunan köhnə borular xəlbir vəziyyətinə düşüb və təzyiq artanda sızmalar da çox olur”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Anar Cəbrayıllı: “Yolu süpürənlər bütün zibili bizim xətlərə tökür”

    Anar Cəbrayıllı: “Yolu süpürənlər bütün zibili ...

    7-10-2017, 11:36

  • 
  • Alimlər sürüşmənin qarşısını almağın yolunu göstərdi

    Alimlər sürüşmənin qarşısını almağın yolunu ...

    18-10-2018, 13:21

  • 
  • Kanalizasiya suları daşaraq evlərə dolub (VİDEO)

    Kanalizasiya suları daşaraq evlərə dolub (VİDEO) ...

    1-02-2014, 01:10

  • 
  • “Baksol”da çirkab suları sakinləri cana yığıb: “Borular üçün ayrılan vəsaiti mənimsədilər”

    “Baksol”da çirkab suları sakinləri cana yığıb: ...

    28-10-2017, 15:58

  • 
  • Biləcəridə kanalizasiyadan mal başları çıxarıldı (FOTO/VİDEO)

    Biləcəridə kanalizasiyadan mal başları çıxarıldı ...

    20-11-2018, 14:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu