GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Sehirli Naftalan“ - Kurort mərkəzi, yoxsa ruhlar sanatoriyası?..

"Sehirli Naftalan“ - Kurort mərkəzi, yoxsa ruhlar sanatoriyası?..

Tarix: Dünən, 10:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 43


bitmap-img6





Ondan artıq ölüm hadisəsi baş verən "Sehirli Naftalan" sanatoriyası Azərbaycanı dünyada brend edən kurort şəhərinin adını batırır...


Naftalan şəhəri kurort-turizm sahəsinə görə nəinki ölkəmizdə, hətta regionda müqayisəolunmaz şəhərdir. Naftalan şəhərinin adı iqtisadi inkişafına görə son zamanlar dövlət başçısı İlham Əliyev cənablarının prioritet elan etdiyi sahələrin içərisində öncül yerlərdə gəlir. Bir zamanlar sosialist ölkələri içərisində məşhur olan Naftalan şəhəri həm də kurort imkanlarına görə iqtisadiyyatımızın güclənməsində, xalqımızın, dövlətimizin tanıdılmasınada əvəzsiz rola malikdir.


Lakin təəssüflər olsun ki, Naftalanda fəaliyyət göstərən bəzi sanatoriyalarda baş verən xaos ümumilikdə ölkəmizin turizm siyasətinə ciddi mənfi təsir göstərir.


"Sehirli Naftalan" Həmkarlar İttifaqı Konfederasiyasının müəmmalı işbirliyi


Naftalanda qalmaqallı sanatoriyalardan biri "Sehirli Naftalan"dır. "Sehirli Naftalan" barədə mediada kifayət qədər neqativ yazılar var. Bu müəssisənin qanunsuz tibbi fəaliyyətindən tutmuş, keyfiyyətsiz qidalara, aşağı səviyyəli xidmətə qədər çox yazılıb.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fərdi ev kimi qeydiyyata alındığı iddia edilən "Sehirli Naftalan"da neft vannalarının da qeyri-qanuni fəaliyyət göstərdiyi bildirilir.


Maraqlıdır ki, xidmət və qida məsələsinə görə kütləvi narazılıqlar olan bu cür "göydəndüşmə" sanatoriyanın - "Sehirli Naftalan"ın fəaliyyətindəki qüsurları heç bir aidiyyatı rəsmi qurumlar görmür.



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Hikmət Osmanov


Əksinə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, xüsusən də Konfederasiyanın nəzdində olan "Kurort" Turizm İnformasiya Mərkəzi hər il "Sehirli Naftalan"a dövlət hesabına yollayışların (göndərişlərin) sayını daha artırır.


"Minalanmış sanatoriya" - 10 ilə 13-14 ölüm...


"Sehirli Naftalan" sanatoriyası təkcə tibbi xidmətin zəifliyi ilə bağlı müzakirə olunan müəssisələrdən deyil. Bu sanatortiya həm də burada baş verən ölüm hadisələrinə görə tez-tez medianın diqqətinə düşür.


Ötən ay - iyul ayında "Sehirli Naftalan" sanatoriyasında çalışan işçisi təzyiq nəticəsində vəfat etdi. Sağlam bir işçisini 10-15 dəqiqə təcili yardım maşını gələnə qədər qoruyub saxlaya bilməyən "Sehirli Naftalan"ın tibbi xidməti, personalının təcrübəsi yəqin ki artıq hamıya aydndır. Eyni zamanda bu müəssisədə rəhbərliyin işçilərə qarşı çox kobud davrandığı, bəzən onlara qul kimi yanaşdığı da deyilir. Digər bir məlumatda isə "Sehrli Naftalan"ın vəfat edən əməkdaşı bu müəssisədə qeyri-qanuni- əmək müqaviləsi olmadan çalışdığı vurğulanır.


Sosial şəbəkələrdə yayılan məlumatlarda hətta bu müəssisədə odlu silahdan da adam öldüyü iddia edilir. (Ölüm halları ilə bağlı aidiyyəti qurumlarda daha dəqiq məlumat almaq olar).



"Kurort" Turizm İnformasiya Mərkəzi direktoru Emiliya Səfərliyeva


Bu faktın özü "Sehirli Naftalan" sanatoriyasının qeyri-şəffaf fəaliyyətinin açıq-aydın göstəricisidir.


İndi kim deyə bilər ki, bu müəssisədə çalışan digər işçilərin içərisində əmək müqaviləsi olmadan çalışan şəxs yoxdur?!


"Kurort" Turizm İnformasiya Mərkəzinin "Sehirli Naftalan" müəmması


"Sehirli Naftalan" sanatoriyasının son on ildə olan fəaliyyətini araşdıran olsa burada hər il bir şəxsin müəyyən səbəblərdən öldüyünü aşkarlaya bilər.


Baş verən bu olayı - "Sehirli Naftalan"da qeyri-qanuni çalışdığı deyilən əməkdaşın ölümünü yəqin ki, Əmək və Əhalinin Sosial Müdafisəi nazirliyi, Dövlət Vergilər Xidməti, eyni zamanda hüquq mühafizə orqanları xüsusi nəzarətə götürəcəklər. Buna şübhəmiz yox.


Lakin hər il ən azı bir insanın vəfat etdiyi bu müəssisənin fəaliyyətini "Kurort" Turizm İnformasiya Mərkəzi daha diqqətlə incələməlidir.


Ancaq görünən budur ki, "Kurort" Turizm İnformasiya Mərkəzi "Sehirli Naftalan"ın fəaliyyətindəki qüsurları nəinki görür, əksinə nədənsə bu müəssisəyə hər il göndərişlərin sayını daha da artırır. Buna səbəb nədir, axı, hansı amilə, hansı meyarlara əsasən öz sağlam işçisinin həyatını qoruya bilməyən bir müəssisəyə hər il ciddi sağlamlıq problemləri olan vətəndaşlar dövlət hesabına göndərilməlidir? Burada hansı məntiq ola bilər axı?! Yoxsa, "Kurort" Turizm İnformasiya Mərkəzi də bəzi qurumlar kimi öz şəxsi münasibətləri hesabına fəaliyyətini tənzimləyir..?

"Sehirli Naftalan"da ölən insanların bəziləri Həmkarlar İttifaqının hesabına göndərilmiş insanlardır. Ancaq maraqlıdır ki, İttifaqda bunu nəzərə almırlar. Əksinə hər il "dövlət qulluğu", "SOCAR" xətti ilə bu "Sehirli Naftalan"a göndərişlərin sayı daha da artır.

Qeyd edək ki, "Sehirli Naftalan"la sehirli işbirliyində adə ən çox hallanan qurumlardan biri də Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsidir. Komitənin sədri Hikmət Osmanov iyun ayında vəzifəsindən uzaqlaşdırılsa da, onun yerinə gətirilən yeni sədr Hikmət Nəbiyev adaşının "işlərini" davam etdirməkdədir. Belə ki, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xətti ilə "Sehirli Naftalan"a hələ də çoxsaylı göndərişlər (putyovkalar) verilməkdədir. Yuxarıda da qeyd etdiyimiz kimi tibbi xidməti, təcrübəsi, personal xidməti sıfırın altında olan "Sehirli Naftalan"a Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xətti ilə göndərişlərin sayının göbələk kimi artmasını güman ki, Sahib Məmmədov incələyər...


Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına rəhbər gətirildikdən sonra gözlənilirdi ki, bu qurumun fəaliyyəti şəffaflaşacaq. Lakin proseslər onu göstərir ki, Sahib Məmmədov İttifaqda şəffaflığa nail olmaq üçün hələ çox mücadilələr aparmalı olacaq.


Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların tibbi-sosial reabilitasiya imkanlarının genişləndirilməsi möhtərəm cənab Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm tərkib hissəsidir. Cənab Prezident bu məqsədlə hər il dövlət büdcəsindən yüz milyon manatlarla vəsait ayırır. Ancaq bu vəsaitlərin düzgün, insanların razı qalacağı təqdirdə xərcləmək birbaşa Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının, qarşısına şəffaf fəaliyyət göstərmək tələbi qoyulmuş "Kurort" Turizm İnformasiya Mərkəzinin borcudur.

Yəqin ki, rəsmi qurumlar üzərlərinə düşən vəzifə səlahiyyətlərini doğru-düzgün yerinə yetirəcəklər.

Aidiyyatı qurumların mövqelərini dərc etməyə hazırıq./Poliqon.info/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Naftalanda sanatoriyada 31 yaşlı qadın güllələndi - YENİLƏNİB

    Naftalanda sanatoriyada 31 yaşlı qadın güllələndi ...

    28-03-2018, 17:58

  • 
  • Naftalan kurortunu reklam edən qadının fotosu narazılıq yaratdı - FOTO

    Naftalan kurortunu reklam edən qadının fotosu ...

    30-07-2014, 18:33

  • 
  • Naftalan icra hakimiyyətinin öz balaca dünyası var... - İLGİNC

    Naftalan icra hakimiyyətinin öz balaca dünyası ...

    25-12-2020, 12:11

  • 
  • "Naftalan əvvəlki şöhrətini bərpa edib" - Dövlət başçısı

    "Naftalan əvvəlki şöhrətini bərpa edib" ...

    5-06-2018, 18:18

  • 
  • “Möcüzəli Naftalan“ və “Sehirli Naftalan“ sanatoriyalarında yoxlama - Rəhbərlik cərimə edilə bilər

    “Möcüzəli Naftalan“ və “Sehirli Naftalan“ ...

    14-08-2024, 11:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (86)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu