“Ölkədə səhiyyə sisteminin inkişafına diqqət göstərilir, yeni tibb müəssisələri tikilir, orada müasir avadanlıqlar quraşdırılır”.
Bunu Prezident İlham Əliyev iyunun 5-də Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışından sonra xəstəxananın tibb heyəti ilə görüşündə deyib.
Bu il ölkədə daha 5 xəstəxananın inşasının yekunlaşacağını deyən dövlət başçısı Naftalanın sosial-iqtisadi inkişafı ilə bağlı kompleks tədbirlərin görüldüyünü, abadlıq və tikinti quraşdırma işlərinin genişləndiyini diqqətə çatdırıb.
Naftalanın əvvəlki şöhrətinin özünə qaytarıldığını deyən ölkə rəhbəri burada müasir sanatoriyaların və mehmanxanaların fəaliyyət göstərdiyini, gələcəkdə bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini, ölkədə turizmin bütün sahələrinin, həmçinin tibbi turizmin inkişafı üçün böyük imkanların olduğunu bildirib./report
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?