GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Yerüstü Nəqliyyat Agentliyindən mebel istehsalçısı “Eptal Group” MMC ilə şübhəli müqavilə – 776 min manata

Yerüstü Nəqliyyat Agentliyindən mebel istehsalçısı “Eptal Group” MMC ilə şübhəli müqavilə – 776 min manata

Tarix: 7-08-2025, 23:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 316

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi velosipedlərin parklanması üçün konstruksiyaların alınması (quraşdırma daxil) üzrə 14.03.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “Eptal Group” MMC seçilib və tərəflər arasında 776.440 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 28.07.2025-ci ildə dərc edilib.


Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən nəzərdə tutulmuş parklanma üçün konstruksiyaların alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiymət 1.114.999,70 manat müəyyən edilmişdir. Amma dövlət  satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Yerüstü Nəqliyyat Agentliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “Eptal Group” MMC-nin təklif verərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı qiymət təqdim etmiş “Eptal Group” MMC  ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EPTAL GROUP” (VÖEN: 1904368861) Məhdud Məsuliyyətli Cəmiyyətinin 08.05.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10.00 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, XƏQANİ RÜSTƏMOV, ev.76, m.31, qanuni təmsilçisi kimi isə Əhmədli Bahadur Rövşən oğlu qeyd olunub.

Reyestrə edilmiş dəyişikliklərdə MMC-nin “PRESTIGE MOBILYA” kimi dövlət qeydiyyatına alındığı göstərilir.  02.10.2023-cü ildə adını dəyişərək “EPTAL GROUP” MMC-yə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Məmmədov Vasif Mehdi oğlu olub. Daha sonra Abdullayev Abdulla Vahid oğlu, Qurbanəliyev Abbas Vaqif oğlu müxtəlif vaxtlarda şirkətə rəhbərlik edib. Vergi öhdəlikləri üzrə 2021- 2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

Qeyd edək ki, elektron mediada yayılmış məlumatlara görə “Eptal Group” MMC Azərbaycanda yüksək keyfiyyətli mebellərin istehsalçısı kimi təqdim edilir.

Şirkət mebellərin satışı və yığılması ilə bərabər, binanın ekspert ölçülməsi və kommersiya təklifinin hazırlanması, yükün Azərbaycanın istənilən ərazisinə çatdırılması və yerləşdirilməsi xidmətlərini də göstərir. Məlumatlarda “Eptal Group” mebellərin, o cümlədən metal mebellərin istehsalı fəaliyyəti üzrə lisenziyaya, həmçinin İSO 9001:2015, İSO 14001: 2015 və  İSO 45001:2018 beynəlxalq standartların sertifikatlarına malik olduğu bildirilir.

Satınalmaların portalına yerləşdirilimiş məlumatlarda da “Eptal Group” MMC-nin mebel avadanlıqların satın alınması üzrə bir çox dövlət qurumlarının keçirdiyi tenderlərin qalibi olduğu bəlli olur. MMC 2025-ci ilin başlanğıcından milyonlarla manat dəyəri olan 14 tenderin qalibi olub.

Bunlarla bərabər “Eptal Group” MMC-nin adı bir sıra şübhəli məqamlarda da hallanır. Belə ki, 9 İyul 2024-cü ildə yayılmış məlumatlara görə “Qardaşlar Mebel”  QSC “Eptal Group” MMC-ni məhkəməyə verib. İddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklər üzrə mübahisələr – üzrə qaldırılıb.

Mediada 04.11.2024  məlumatına görə MMC-nin qanuni təmsilçisi Bahadur Əhmədlinin ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Onun barəsində İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İdarə sahibkar barəsində məhkəmədə “ Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” iddia qaldırıb. Qeyd edək ki, B.Əhmədli hüquqi ünvanı Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Novxani Aqropark” MMC-nin də qanuni təmsilçisidir.

Bu məlumatlardan sonra da ortaya bir neçə sual çıxır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi mebel istehsalçısı olan “Eptal Group” MMC ilə müqavilə bağlayarkən təchizatçının uyğunluğunu əvvəlcədən müəyyənləşdiribmi? Bundan əlavə ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı qiymət təqdim etmiş “Eptal Group” MMC  bunu necə əsaslandırıb və göstərəcəyi xidmətin keyfiyyətinə zəmanət veribmi/aktualinfo.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq?! -DETALLAR

    Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə ...

    30-06-2025, 11:29

  • 
  • Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa…

    Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi ...

    24-04-2025, 19:48

  • 
  • Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”

    Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər ...

    29-11-2024, 23:21

  • 
  • 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının keçirdiyi satınalmalarda nə kimi təzadlar var - İLGİNC FAKTLAR...

    5 nömrəli Uşaq Vərəm Sanatoriyasının keçirdiyi ...

    1-04-2025, 23:46

  • 
  • “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı –Cənab Qurbanov nə fikirləşir…?

    “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı ...

    22-11-2024, 23:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu