GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının keçirdiyi satınalmalarda nə kimi təzadlar var - İLGİNC FAKTLAR...

5 nömrəli Uşaq Vərəm Sanatoriyasının keçirdiyi satınalmalarda nə kimi təzadlar var - İLGİNC FAKTLAR...

Tarix: 1-04-2025, 23:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 262

5 nömrəli Uşaq Vərəm Sanatoriyasının keçirdiyi satınalmalarda nə kimi təzadlar var


Səhiyyə Nazirliyinə tabeli qurumların dövlət satınalmalarındakı yol verdikləri qanunsuzluqlar barədə elektron mediada yetərincə məlumat tapmaq olar. Malumatlarda tibb müəssisələrinin hərəsinin bir formada qazanc əldə etdiyi yazılır. Biri təmir adı ilə, biri, avadanlaq adı ilə, biri, təsərrüfat malları adı ilə, bir çoxu dərman pereparatları adı ilə, bəziləri də içməli su adı ilə dövlət vəsaitlərini istədikləri istiqamətə yönəldirlər. Bunu da qeyd etdiyimiz kimi ancaq satınalmalar yolu ilə. Səhiyyə Nazirliyinə tabeli 5 Saylı Uşaq Vərəm Sanatoriyasının hər il etdiyi kimi.

Səhiyyə Nazirliyi 5 nömrəli Uşaq Vərəm Sanatoriyası içməli suyun alınması (daşınması) üzrə 07.02.2025-ci ildə başladığı kotirovka sorğusuna yekun vurub. Müsabiqənin (N:104932) qalibi “KVANTAS” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 29.976,1 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının portalında 19.03.2025-ci ildə dərc edilib. Müsabiqənin şərtlərinə görə MMC mart ayından başlayaraq ilin sonuna qədər Uşaq Sanatoriyasını 8015 ton içməli su ilə təmin etməlidir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KVANTAS” (VÖEN:2008461141) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.02.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olanMMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, SABİT ORUCOV, ev 17D, qanuni təmsilçisi kimi isə Əliyev Ağa Etibar oğlu qeyd olunub.

Qeyd edək ki, 5 nömrəli Uşaq Vərəm Sanatoriyası “içməli suyun alınması (daşınması) üzrə “ALİCENS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 29.225,7 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Satınalmaların portalında dərc edilmiş məlumatda müsabiqənin başlanma tarixi 09.08.2024-cü il, bitmə tarixi 30.12.2024-cü ilə müəyyən edilib. Bu müsabiqənin şərtlərinə görə MMC avqust ayından başlayaraq 2024-cü ilin sonuna qədər Uşaq Sanatoriyasını 9.278 ton içməli su ilə təmin etməli olub

Burada təzad yaranır. Necə olur ki, Uşaq Vərəm Sanatoriyası 2024-cü ilin 5 ayı ərzində də içməli suyun alınmasına 29 min manat, 2025-ci ilin martından ilin sonuna qədər də 29 min manat vəsait xərcləyir?

Dövlət Vergi Xidmətinin məlumatlarında “ALİCENS” (VÖEN:1506622321) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.12.2023-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ YƏHYA BAKUVİ, ev 106, qanuni təmsilçisi kimi isə Akporjon Turopov Akmadoviç qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Həsənova Aytən Şahzadə qızı olub O, həm də Səhiyyə Nazirliyinə tabeli qurumların abadlaşdırma xidmətləri üzrə keçirdiyi satınalmaların qalibi olan “BRİC SERVİS-22” (VÖEN: 2007183841) MMC-nin qanuni təsilçisi olub. Hazırda MMC-nin 3277.28 manat vergi borcu var.

5 nömrəli Uşaq Vərəm Sanatoriyasının içməli suyun alınmasına 2023-cü ildə ayırdığı vəsaitə nəzər salaq.

Sanatoriya tərəfindən 3.000 ton içməli suyun daşınma xidməti üzrə “VİNEKS-22” MMC ilə 9.000 manat dəyərində satınalma müqaviləsi bağlanması portalda 15.07.2023-cü ildə dərc edilib. Müsabiqənin başlanma tarixi 12.07.2023-cü il, bitmə tarixi 30.12.2023-cü ilə müəyyən edilib.

Dövlət Vergi Xidmətinin məlumatlarında “VİNEKS-22” (VÖEN:1703234921) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.02.2022-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, Q.ABBASOV, ev 29, qanuni təmsilçisi kimi isə Hifzullo Sulaimonov qeyd olunub. Hazırda MMC-nin 4258.96 manat vergi borcu var.

Sanatoriya tərəfindən 8.250 ton içməli suyun alınması üzrə “OPPONENT-2019” MMC ilə 28.957,5 manat dəyərində satınalma müqaviləsinin bağlanması portalda 14.03.2023-cü ildə dərc edilib. Müsabiqənin başlanma tarixi 10.03.2023-cü il, bitmə tarixi 30.12.2023-cü ilə müəyyən edilib. Bundan əlavə Sanatoriya ilə sözügedən MMC arasında bir müqavilə də çirkab mayelərin daşınması üzrə bağlanılıb. 14.03.2023-c ildə dərc edilmiş məlumatda müqavilənin dəyərinin 13.590 manat olduğu göstərilir.

Göründüyü kimi Uşaq Vərəm Sanatoriyası 2023-cü ildə içməli suyun alınmasına iki dəfə satınalma keçirib və ayrı ayrı MMC-lərlə ümumi dəyəri 37 957 manat olan iki müqavilə bağlayıb.

Dövlət Vergi Xidmətinin məlumatlarında “OPPONENT-2019” (VÖEN:1102154081) Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.11.2019-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, MÜŞFİQABAD ŞTQ, , ev 9, m. 56, qanuni təmsilçisi kimi isə Allahverdiyev Ruhin Səxavət oğlu qeyd olunub. Hazırda MMC-nin 1041.31 manat vergi borcu var. Mediada yayılan məlumatlarda əslən Cəbrayıl rayonundan olan Allahverdiyev Ruhinin Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbədə qeydiyyatda olması və adına xeyli sayda MMC-lərin rəsmiləşdirildiyi və bu MMC-lərin dövlət satınalmalarında “otkad” məqsədlərlə istifadə edildiyi deyilir.

Göründüyü kimi 5 nömrəli Uşaq Vərəm Sanatoriyası son iki ildə içməli suyun alınmasına ümumi olaraq 97 158 manat xərcləyib. O da açıq görsənir ki, Vərəm Sanatoriyasının müqavilə bağladığı MMC-lərin heç biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəli Qərarı ilə müəyyən edilmiş təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarlarına cavab vermir. Belə MMC-lər çox vaxt kağız üzərində yaradılır və bir-iki müqavilə bağlayıb maliyyə əməliyyatları apardıqdan sonra ya ləğv edilir, ya da bir kənara atılır.

Qeyd edək ki, 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının direktoru Cavadova Ruhəngiz Kamil qızıdır. Onun adı dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri Fəqani Rəhimovun işi ilə bağlı 2024-cü ilin noyabrında elektron mediada yayılan məlumatlarda keçir. Belə ki, onun şirkətləri ətrafında aparılan istintaqla bir neçə vəzifəli şəxsin də qanunsuzluqlarının üstü açılıb. Şirkətlər vasitəsilə dövlət əmlakını mənimsəyən vəzifəli şəxslər müəyyən edilib. Həmin vəzifəli şəxslərdən biri də 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının baş həkimi Ruhəngiz Cavadova olub və məlumata görə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən adları çəkilən vəzifəlilərin hamısına vurduqları ziyan qəpiyinə kimi ödətdirilib./Aktualinfo.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəşid Bədəlovun Uşaq Sanatoriyasındakı OYUNBAZLIĞI... - BUNUN BAŞQA ADI YOXDUR...

    Rəşid Bədəlovun Uşaq Sanatoriyasındakı ...

    8-12-2021, 15:30

  • 
  • 4 saylı Vərəm Sanatoriyası, sanki ölümə “işıq saçan” bir ünvandır

    4 saylı Vərəm Sanatoriyası, sanki ölümə “işıq ...

    23-02-2017, 20:39

  • 
  • 4 saylı Uşaq Somatik Sanatoriyası rəhbərliyinə KORRUPSİYA İTTİHAMI - 20 ildir ki...

    4 saylı Uşaq Somatik Sanatoriyası rəhbərliyinə ...

    28-07-2021, 11:36

  • 
  • “Zaqulba” sanatoriyasının ərazisində yanğın olub  Böyüt

    “Zaqulba” sanatoriyasının ərazisində yanğın olub ...

    17-06-2016, 00:31

  • 
  • Səhiyyə Nazirliyinin TENDER DƏLƏDUZLUĞU... - Əgər araşdırılarsa...

    Səhiyyə Nazirliyinin TENDER DƏLƏDUZLUĞU... - Əgər ...

    7-10-2022, 13:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu