GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gəray Gəraybəyli Tibb Universitetinin laboratoriya müdiri ilə müqavilə bağladı – “Medlab Şamaxı” MMC-nin isə adı var

Gəray Gəraybəyli Tibb Universitetinin laboratoriya müdiri ilə müqavilə bağladı – “Medlab Şamaxı” MMC-nin isə adı var

Tarix: 13-08-2025, 23:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 183


Azərbaycan Tibb Universitetinin nəzdində Tədris Terapevtik Klinikası 08.08.2025-ci ildə dövlət satınalmalarının portalında elan yerləşdirirb. Elanda deyilir:


Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası tərəfindən 26.05.2025-ci il tarixində elan olunmuş “Laboratoriya xidməti” ilə bağlı açıq tender elanın qalibi “Medlab Şamaxı” Məhdud Məsuliyyətli Cəmiyyəti (Ünvanı- Şamaxı şəhəri, Gənclər küçəsi 15, .) müəyyən edilmişdir. Qalib təşkilatla dəyəri 411.471,70 AZN (dörd yüz on bir min dörd yüz yetmiş bir manat 70 qəpik) olan müqavilə bağlanmışdır.

Aktualinfo.org bu elan ətrafında geniş araşdırma apardı. Məlum oldu ki, “Medlab Şamaxı” MMC 2023-cü ildə TƏBİB-ə tabeli 3 xəstəxanada laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədi ilə keçirilən tenderlərin qalibi olub və 700 min manat dəyərində sifariş alıb.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MEDLAB ŞAMAXI”  (VÖEN- 8401382041) Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Ərazi Vergilər İdarəsində 29.04.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının ŞAMAXI RAYONU, GƏNCLƏR, ev.15, qanuni təmsilçisinin isə İskender Karaltı olduğu göstərilir.

Reyestr məlumatlarına edilən dəyişiklikdə MMC-nin təsisçisi və ilk qanuni təmsilçisinin Türkmən Hüseyn olduğu göstərilir. Bədəlov Emil Veysəl oğlu (hazırda, 23.01.2025-ci il tarixdən Şəki-Zaqatala Regional Mədəniyyət  İdarəsinin rəisi vəzifəsi daşıyır), Soltanov Rüstəm Vaqif oğlu, Qarayev Vüsal Bəybala oğlu MMC-yə müxtəlif vaxtlarda qanuni təmsilçilik etmişlər.

MMC-yə vergi öhdəlikləri üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı günə MMC-nin 6641.19 manat vergi borcu var. Açıq məbələrdə şirkət haqqında məlumatlar bu qədərdir.

Apardığımız ətraflı araşdırma zamanı məlum oldu ki, MMC-nin hazırki qanuni təmsilçisi İskender Karaltı həm də Azərbaycan Tibb Universitetində laboratoriya müdiri kimi fəaliyyət göstərir. Açıq internet resusrslarında onun “Sağlam Ailə” Tibb Mərkəzinin ötən il İnstaqram sosial şəbəkəsində yaydığı məlumatda bildirilir ki, “Sağlam Ailə olaraq, akademik konsultantımız və tanınmış mütəxəssis Dos. Dr. İskender Karaltı ilə məhsuldar bir görüş keçirdik. Dr. Karaltı, Azərbaycan Tibb Universitetində laboratoriya müdiri kimi fəaliyyət göstərir və 70-dən çox elmi məqaləyə imza atmışdır. Görüşün əsas məqsədi laboratoriyamızda davamlı və dayanıqlı keyfiyyəti təmin etmək, yeni xidmət çeşidlərinin aktivləşdirilməsi ilə bağlı təklif və imkanları dəyərləndirmək idi.”

Göründüyü kimi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetində laboratoriya müdiri kimi fəaliyyət göstərən və “Medlab Şamaxı” Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi olan İskender Karaltı ilə satınalma müqaviləsi bağlayıb. Amma gəlin görək qanun buna yol verirmi.

“Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1. maddəsində göstərilir ki,  Təchizatçıların aşağıdakı hallarda (satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olduğu, yaxud satınalma predmetinin əvəzedicisi və alternativi olmadığı hallar istisna olmaqla) satınalmalarda iştirakına yol verilmir: 6.1.1. təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda; 6.1.2. təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda; 6.1.3. təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;

Belə olan halda, “Medlab Şamaxı” Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi İskender Karaltı Azərbaycan Tibb Universitetində laboratoriya müdiri, yəni sözügedən universitetin idarəetmə orqanının üzvü olduğu halda satınalmalarda iştirakına necə yol verilib?

Burada maraqlı bir məqam da var. Məlum olduğu kimi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası ən son,müasir tibbi avadanlıqlarla təchiz olunmuş bir tibb müəssisəsidir. Şamaxı şəhərində fəaliyyət göstərən “Medlab Şamaxı” MMC-nin ən son,müasir tibbi avadanlıqlarla təchiz olunmuş Tədris Terapevtik Klinikasına labaratoriya xidmətinin göstərməsi bir az müəmmalı görsənmirmi?

Bu və buna bənzər suallara aydınlıq gətirilməsini Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylidən xahiş edirik. Azərbaycan Tibb Universitetində laboratoriya müdiri İskender Karaltı elə Tibb Universitetinə tabeli Tədris Terapevtik Klinikasına 411.471,70 manata nə kimi labaratoriya xidməti göstərəcək? İskender Karaltı bu xidməti elə Tibb Universitetində laboratoriya müdiri kimi göstərə bilməzdimi? Bu müqavilə nədən “Medlab Şamaxı” MMC ilə bağlanıb? Bu bir satınalma müqaviləsindən daha çox əvvəlcədən planlaşdırılmış, razılaşdırılmış bir əməliyyat deyilmi? “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu buna yol verirmi?/Aktualinfo.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında narazılıq: - MAAŞLAR KƏSİLİB

    Tibb Universitetinin Tədris-Terapevtik ...

    24-12-2018, 11:25

  • 
  • Gömrük Komitəsində tenderin qalibi iş başa çatandan sonra açıqlanır - FOTOFAKT

    Gömrük Komitəsində tenderin qalibi iş başa ...

    8-09-2020, 20:18

  • 
  • 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının keçirdiyi satınalmalarda nə kimi təzadlar var - İLGİNC FAKTLAR...

    5 nömrəli Uşaq Vərəm Sanatoriyasının keçirdiyi ...

    1-04-2025, 23:46

  • 
  • Təhsil Nazirliyinin tender müəmması – 10 manatlıq yeni yaradılan şirkətlə şübhəli müqavilə

    Təhsil Nazirliyinin tender müəmması – 10 manatlıq ...

    1-03-2021, 11:45

  • 
  • Tibb Universitetinin rektorunu kimlər aldadır?

    Tibb Universitetinin rektorunu kimlər aldadır? ...

    14-05-2018, 15:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu