GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bakı Sağlamlıq Mərkəzində nə baş verir? - Pasiyentlər işçilərdən, onlar isə rəhbərlikdən narazıdır

Bakı Sağlamlıq Mərkəzində nə baş verir? - Pasiyentlər işçilərdən, onlar isə rəhbərlikdən narazıdır

Tarix: 3-09-2025, 18:49 Bölmə :GündəmXəbər / Manşet Baxış: 115

bitmap-img6

Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov və digər rəhbər şəxslər barəsində müvafiq qurumlara şikayət ünvanlayan bir qrup tibb işçisi işdən azad edilib.


GUNDEMXEBER.AZ-ın qaynarinfo-ya istinadən məlumatına görə, bu barədə işdən çıxarılan Mərkəzin doğum şöbəsinin tibb bacısı L.F. məhkəmədə qaldırdığı iddiasında bildirib.

Onun sözlərinə görə, 2016-cı ildən Mərkəzdə tibb bacısı kimi çalışıb, 2021-ci ildə isə doğum şöbəsinə keçirilib və 2025-ci ilin mart ayınadək həmin vəzifədə işləyib. Həmin ay pasiyentlər H.B. və S.B. doğum şöbəsinin mamaginekoloqu Nuridə Əzizovanın onlarla kobud rəftarından Səhiyyə Nazirliyinə və digər qurumlara şikayət ediblər. Hər iki qadın əməliyyatla (kesəriyyə) uşaq dünyaya gətirib.

İddialara görə, L.F. başqa həmkarları ilə birlikdə həmin pasiyentlərin palatasına daxil olaraq, onlardan şikayətlərini geri götürməyi tələb edib. Bu hadisədən sonra rəhbərlik iki tibb bacısı ilə yanaşı, L.F.-ni də işdən azad edib.

L.F. məhkəmədə bildirib ki, xəstədən iş yoldaşı barədə şikayət etməməsini xahiş etmək kobud peşə pozuntusu sayıla bilməz. Onun sözlərinə görə, bu addım sırf humanist məqsədlərlə, həmkarının cəzalanmaması üçün atılıb.


O həmçinin iddia edib ki, rəhbərliyin ona qarşı qərəzli münasibəti 2024-cü ildə Mərkəz rəhbərliyinin qanunsuz hərəkətləri ilə bağlı etdiyi şikayətdən qaynaqlanır. Həmin qanunsuzluqlara görə Bakı Sağlamlıq Mərkəzi Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də cərimələnib.

L.F. məhkəmədən işəgötürənin 18 mart 132 nömrəli əmri ilə işdən çıxarılmasının ləğv edilməsini, işinə bərpa olunmasını, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsini, əlavə olaraq 579 manat maddi zərərin və 3000 manat mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib.

Məhkəmə iddianı qismən təmin edib: Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənovun L.F.-ni işdən çıxarmaq barədə əmri ləğv olunub. Həmçinin ona məcburi iş buraxmaya görə əmək haqqı və 578,25 manat maddi zərərin ödənilməsi barədə qərar qəbul edilib.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlik yoxlamaya başladı, doğum evinin baş həkimi işdən çıxdı

    Nazirlik yoxlamaya başladı, doğum evinin baş ...

    25-11-2015, 14:08

  • 
  • Sumqayıtda dəhşət; Tibb bacısı yeni doğulmuş körpəni öldürdü

    Sumqayıtda dəhşət; Tibb bacısı yeni doğulmuş ...

    11-11-2014, 23:49

  • 
  • Bakı Baş Səhiyyə İdarəsi ləğv edilib, yeni qurum yaradılır

    Bakı Baş Səhiyyə İdarəsi ləğv edilib, yeni qurum ...

    30-06-2021, 15:30

  • 
  • Doğum evinin baş həkimi işdən azad olundu - FOTO

    Doğum evinin baş həkimi işdən azad olundu - FOTO ...

    10-02-2018, 19:45

  • 
  • İmişlidə “Leyla” Klinikası kabusu

    İmişlidə “Leyla” Klinikası kabusu ...

    16-04-2014, 10:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu