GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir – Adil Kərimlinin diqqətinə

Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir – Adil Kərimlinin diqqətinə

Tarix: 5-09-2025, 22:57 Bölmə :GündəmXəbər / Manşet Baxış: 366

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən Tovuz rayonunda yerləşən Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinin satın alınması məqsədilə 2025-ci il 8 iyul tarixində keçirilmiş açıq tenderə yekun vurulub və  “TƏMİR-TƏCHİZAT-4” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilmişdir. Tərəflər arasında 380.507,52 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 02.09.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin “Əsaslı Tikinti və Təchizat” MMC-nin satınalma müqaviləsi bağlamaq istədiyi “TƏMİR-TƏCHİZAT-4” şirkəti bir neçə il öncə tender bazarının ən fəal iştirakçılarından olub. MMC 2021-2023-cü illərdə Qaradağ rayon İcra Hakimiyyətinin və Aparatın Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin keçirdiyi yolların əsaslı təmir işlərinin, abadlıq işlərinin satın alınması üzrə tendrlərin qalibi olub. Mediada yayılan xəbərlərə görə MMC Lökbatanın abadlaşdırılmasına ayrılan dövlət vəsaitlərini satınalmalar yolu ilə kənarlaşdırmaqla məşğul olub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏMİR-TƏCHİZAT-4 ” (VÖEN: 3100165181) Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 04.05.2005-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, RİZVAN TEYMUROV, ev.10/4, qanuni təmsilçisinin isə Həsənov Elburus Məmməd oğlu olduğu göstərilir.

Vergi öhdəlikləri üzrə 2006-2020-ci illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə MMC-yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Dövlət Vergi Xidmətinin məlumatlarında MMC passiv vergi ödəyiçisi kimi göstərilir.

Qeyd edək ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir.

Belə olan halda Mədəniyyət Nazirliyinin “Əsaslı Tikinti və Təchizat”Məhdud Məsuliyyətli Cəmiyyəti  son üç ildir sahibkarlıq subyekti kimi fəaliyyətini dayandırmış “TƏMİR-TƏCHİZAT-4 ” MMC ilə satınalma müqaviləsini hansı əsaslarla bağlamaq istəyir?

Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin vahid reyestri məlumatlarında MMC-nin müvafiq sahə üzrə tələb olunan lisenziya və icazələri haqqında heç bir məlumat yoxdu.

Bunlardan əlavə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Həmin qanuna görə təchizatçının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;  məhkəmə qərarları ilə müflis elan olunmaması və ya bu prosedura başlanmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsi; satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması;  son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayışın olması mütləqdir. 

Qanunun tələblərindən də göründüyü kimi sahibkarlıq fəaliyyəti dayandırılmış şəxsin satınalmalarda iştirakına yol verilmir. 

Maraqlıdır Mədəniyyət Nazirliyinin “Əsaslı Tikinti və Təchizat”Məhdud Məsuliyyətli Cəmiyyətinin rəsmiləri “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini qiymətləndirərkən bütün bu sadaladığımız qanunsuzluqları necə olub ki, görə bilməyiblər. Çox yaxşı görə bilirlər. Amma özləri görməzdən gəlirlər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirlər Kabinetinin 15 oktyabr 2022-ci il tarixli qərarı ilə yaradılıb. MMC-nin direktoru Vəliyev Rafiq Mustafa oğludur.  O, həm də ölkəmizdə fəaliyyət göstərən yaradıcı şirkətlər, təşkilatlar, assosiasiya və birliklər, yaradıcı fərdləri birləşdirən və müasir iqtisadiyyatın əsas aparıcı sahələrindən biri olan yaradıcı biznes və sənayelərin inkişafı məqsədilə 2021-ci ildə təsis edilmiş Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının üzvüdür. Lakin “Əsaslı Tikinti və Təchizat” MMC-nin direktoru kimi deyil, “FİL AGENCY” MMC-nin direktoru olaraq 2024-cü ilin oktyabr ayına qədər.

Medianın yazdığına görə bu dövrdə  “Əsaslı Tikinti və Təchizat” MMC Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının  ən bahalı tenderlərini 4-5 şirkətə verib. Onlardan biri də vaxtı ilə Rafiq Vəliyevin rəhbərlik etdiyi  “FİL AGENCY” MMC olub./aktualinfo.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil Nazirliyi özünə "Turan" qurub - "Tender camaşırxanası"

    Təhsil Nazirliyi özünə "Turan" qurub - ...

    9-06-2021, 11:05

  • 
  • Süleyman Mikayılov görəsən hər il Elbrus Həsənovdan nə qədər “otkat” alır

    Süleyman Mikayılov görəsən hər il Elbrus ...

    14-06-2022, 13:44

  • 
  • Büdcə vəsaiti narkotik cinayəti ilə ittiham olunan şəxsə etibar edilib? - Xətaidə tender maxinasiyası

    Büdcə vəsaiti narkotik cinayəti ilə ittiham ...

    31-05-2021, 13:04

  • 
  • Təhsil Nazirliyinin 3 MİLYON MANATLIQ TENDERİ «TAPILIB» - İLGİNC

    Təhsil Nazirliyinin 3 MİLYON MANATLIQ TENDERİ ...

    12-11-2019, 14:45

  • 
  • Mikayılov tenderi yenə eyni şirkətə verdi: Qaradağın yolları bir ildə nə qədər pul "yeyib"?

    Mikayılov tenderi yenə eyni şirkətə verdi: ...

    3-08-2023, 13:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (288)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu