GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...

Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...

Tarix: 15-09-2025, 17:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 137

 Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...

Paytaxtda elə primitiv özbaşınalıqlar olur ki, “bişmiş toyuğun da gülməyi gəlir”. Belələrinə isə “Yol əhvalatı” filmində deyildiyi kimi, nə ad vermək olar – qrabitel, tüfeyli...

Ancaq anlamırlar ki, nə polis, nə prokurorluq, nə məhkəmə onların əlində oyuncaq deyil. Hər nə qədər şahın qanun olmasını istəsələr də, qanun qalibdir və günahkarın cəzasını verir.

Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi – Ölkə rəhbərliyinə ŞOK məktub .Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...

Bu ölkədə nazir də həbs edilib, MTN generalı da, icra başçısı da. Çünki dövlət var, qanunun aliliyi var, ədalət var. Belədə isə şəxsin kimliyi, vəzifəsi əhəmiyyət daşımır. Əgər cinayət varsa, cəzası da var.
Məsələn, elə götürək Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 192, 1.Talıblı 24 a, 26 və 28 saylı ünvanlarda sakinlərin müraciətini. Onlar Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və diər qurumlara üz tutublar.
Rubrika.Az-a daxil olan müraciətdə “Smartdom” MMC tikinti şirkəti tərəfindən sakinlərin hüquqlarının kobud şəkildə pozulmasının qarşısının alınmasında dövlət orqanlarının yardım etmələri xahiş olunur. Yəni görün vəziyyət hansı həddə çatıb ki, “Smartdom” MMC adlı şirkət belə özünü ağa sayır. Amma qanunun və dövlətin gücünü hesablamır.


Sakinlər isə qanuna və dövlətə güvənir. Ona görə ölkənin siyasi və hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət ediblər.
Müraciətdə bildirilir ki, həyət daxilində “Smartdom” MMC tərəfindən aparılan tikinti işləri günün müxtəlif saatlarında və hətta gecə saatlarından başlayaraq səhərədək davam edən yüksək səsli vibrasiyalı qazıntı işləri aparılmasından narazılıq doğurur. Həmçinin sakinlər ağır tonlaqlı yük maşınlarının səs-küyündən mənzillərində rahat otura bilmirlər. Ağır yükqaldıran kranın hərəkəti göstərilən ünvanda yaşayan sakinləri ciddi şəkildə narahat edir. Bu barədə DİN-in “102” və FHN-nin “112” qaynar xəttinə dəfələrlə məlumat verilib, amma tədbir görülməyib.

Sakinlərin Rubrika.Az-a müraciəti əsasında təqdim edilən materiallarla tanış olmuşuq, göstərilən ərazidə redaksiyanın əməkdaşları olub və bəzi qanun pozuntularına şahidlik ediblər.
Təqdim edilən sənədlərdən bəlli olub ki, Bakı şəhər icra başçısı Eldar Əzizov tərəfindən Yasamal rayonu, A.M.Şərifzadə 192, 1.Talıblı 24 a, 26 və 28 saylı ünvanlarda şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 1,74 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “Smartdom” MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binaların və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında “Smartdom” MMC-nin istifadəsinə verilməsinə dair 21.04.2020-ci il tarixli, 80 nömrəli sərəncam veribmiş.
Sərəncamda göstərilən Tapşırığın 1.1.-ci bəndinə əsasən, “Smartdom” MMC sahəni qəbul etməli və onun sanitar vəziyyətinə riayət etməli, 2.3.-cü bəndinə əsasən, sahənin qanunsuz zəbt olunmasının qarşısını almalı və mövcud yaşıllıqların qorunub saxlanmasını təmin etməlidir.

Yerində araşdırma aparılarkən sakinlərin çoxlu sayda ağacların “Smartdom” MMC tərəfindən məhv edildiyi barədə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısına və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etdiklərini və həmin nazirliyin nümayəndələri tərəfindən yerə baxış keçirilib, araşdırma nəticəsində perimetr boyunca hasara alınmış ərazinin daxilində müxtəlif diametrli, cinsi ağac və kolların ağır texnikalar vasitəsilə kökündən çıxarılaraq məhv olunduğu müəyyən edilib.

Faktla bağlı akt tərtib edilib, yaşıllığa dəymiş ziyan hesablanıb, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materialların hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanıb. BŞİH-dən gələn cavabda isə bildirilib ki, sözügedən ünvanda ağacların kütləvi məhv edilməsi ilə bağlı araşdırma aparılır. Mövsümdə yeni ağaclar əkiləcəyi söz verilib. Lakin indiyədək heç bir iş görülməyib.
Sakinlərin bildirdiyinə görə, 2018-ci ildə Leyla xanım Əliyevanın təşəbbüsü ilə abadlaşdırılmış həyət “Smartdom” MMC tərəfindən 2021-ci ildən başlayaraq məhv edilir, uşaqlar üçün nəzərdə tutulmuş yeganə idman və əyləncə meydançası isə 2025-ci ilin martında, bayram günlərində sakinlərin gözü qarşısında dağıdılıb.

Sakinlərin müraciətində sual edilir ki, “Smartdom” MMC-nin tikdiyi binalardan kənar ərazidə, həyətin ortasında yaşıllıqların kütləvi məhv edilməsindən, uşaq futbol meydançasının ləğv edilməsindən, sakinlərin söhbətgahlarının sökülməsindən sonra həmin ərazidə layihədə qeyd edilməyən yeraltı avtomobil dayanacağının tikintisinə komitə tərəfindən icazə verilirmi?

Daha bir tutarlı sorğuda bildirilir ki, tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanası sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy verilmədirmi?
“Smartdom” MMC-dən yeraltı dayanacağın tikintisinə icra hakimiyyətindən (?) icazə verildiyi bildirilir. Bu icazənin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat verilib- verilmədiyindən, dəqiqləşdirə bilmədiyimiz hansı icra hakimiyyəti (?) tərəfindən verilməsi bizə aydın deyil.

“Smartdom” MMC-nin rəhbərliyinə ünvanlanan müraciətdə isə deyilir ki, sərəncamda göstərilən Tapşırığın 1.1.-ci bəndinə əsasən, “Smartdom” MMC sahəni qəbul etməli və onun sanitar vəziyyətinə riayət etməli, 2.3.-cü bəndinə əsasən, sahənin qanunsuz zəbt olunmasının qarşısını almalı və mövcud yaşıllıqların qorunub saxlanmasını təmin etməlidir.

Vaxtilə “Abad həyət”in “Bərbad həyət”ə çevrilməsinə, hər gün gecə 00.00-dan səhər 07.00-dək, istirahət və bayram günlərində, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən yüksək vibrasiya və səs-küy yaratmaqla apardığınız qazıntı tikinti işləriniz hansı ünvəncirlə tənzimlənir? Bu sakinlərin istirahət hüquqlarının pozulması demək deyilmi? Binaların əhatəsində, 10-30 metrlik məsafədə quraşdırılmış ağır kranın hərəkət zamanı binanın hansına birinin üzərinə düşməsi, sakinlərin və xüsusən də uşaqların təhlükəsiz şəraitdə yaşaması sakinlərin təhlükəsizliyinin pozulması deyilmi? Sakinlərə avtomobillərinin saxlanması üçün hansı qanuna əsasən pul tələb olunur?

Bütün bu suallar cavabsız qalıb və sakinlər dövlət qurumlarından və Leyla xanımdan dəstək gözləyir.
/Rubrika.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Leyla Yunus İstintaq İdarəsinə aparıldı

    Leyla Yunus İstintaq İdarəsinə aparıldı ...

    29-04-2014, 10:08

  • 
  • Leyla Yunusa təzyiq var

    Leyla Yunusa təzyiq var ...

    15-08-2014, 17:02

  • 
  • Leyla Yunus MTN-in təcridxanasına köçürüldü

    Leyla Yunus MTN-in təcridxanasına köçürüldü ...

    20-10-2014, 11:16

  • 
  • Leyla Əliyeva azərbaycanlılara müraciət etdi (FOTO)

    Leyla Əliyeva azərbaycanlılara müraciət etdi ...

    18-08-2014, 18:11

  • 
  • Leyla Əliyeva müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşüb

    Leyla Əliyeva müharibə və əmək əlilləri üçün ...

    11-05-2017, 21:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (325)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu