GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Manato” və “Azpul” qanundan sui-istifadə edir – Yüzlərlə vətəndaş əlavə borclandırılır

“Manato” və “Azpul” qanundan sui-istifadə edir – Yüzlərlə vətəndaş əlavə borclandırılır

Tarix: 30-09-2025, 13:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 92

“Manato” və “Azpul” qanundan sui-istifadə edir –

“Manato”, “Azpul” və digər Bank Olmayan Kredit Təşkilatları (BOKT) qanunvericilikdən sui-istifadə edərək vətəndaşları əlavə olaraq borclandırırlar.

Gundemxeber.az bildirir ki, Milli.Az-a bununla bağlı yüzlərlə vətəndaş şikayəti daxil olub.

Ötən il Azərbaycan Mərkəzi Bankı “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nı təsdiq etdi və həmin qərar ilin əvvəlindən tətbiq olunur.
Qərara əsasən, BOKT-ların verdiyi gündəlik kreditlərə dair aşağıdakı tələblər müəyyənləşdirilib:

– milli valyutada verilir;

– maksimum məbləği 500 manatdır;

– gündəlik faiz dərəcəsi maksimum 0,3 %-dir;

– qaytarılma müddəti maksimum 45 gündür;

– gecikdirilmiş ödənişlərlə bağlı tətbiq edildikdə, gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır;

– kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100 %-dən çox olmamalıdır;

– gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır;

Bu qərarın təsdiqindən sonra vəziyyətin dəyişəcəyi güman olunsa da, cari vəziyyət qismən dəyişdi, amma vətəndaş hələ də əlavə olaraq borclandırılır.

Apardığımız araşdırmalar və gələn şikayətlər əsasında məlum oldu ki, indi “Manato” və “AzPul” xidmət haqqı və komissiya haqqı adı altında vətəndaşın üzərinə əlavə borc yükləyirlər.

Belə ki, “AzPul” tərəfindən vətəndaşla bağlanan gündəlik kredit müqaviləsi üzrə xidmət haqqı adı altında 30% əlavə borc yaradılıb. 500 manat kredit götürən şəxs əlavə olaraq 150 manat xidmət haqqı ödəməlidir.
Oxşar hal “Manato” ilə bağlı da baş verir. Manato isə 200 manat kreditə görə 27 manat istifadə haqqı və 55 manat xidmət haqqı adı altında vətəndaşa əlavə borc yaratmış olur.
Mərkəzi Bankın tələbindən sonra sözügedən təşkilatlar əlavə gəlir əldə etmək üçün bu yola əl atıblar. Şikayətlərə əsasən hətta bəzi hallarda sözü gedən təşkilatlar gecikmiş faizlər hesablanan zaman xiddmət haqqına görə də gecikmiş faiz hesablayırlar

Məsələ ilə bağlı Mərkəzi Bankdan Milli.Az-ın sorğusuna cavab olaraq isə bildirildi ki, “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nın 2.1.5-ci yarımbəndinə əsasən qeyd olunan tələblərlə yanaşı 2.1.5.6-cı yarımbənddə kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100%-dən çox olmaması müəyyən edilmişdir. Ümumilikdə, Risk Qaydalarında gündəlik kreditlə bağlı tələblərin əsas məqsədi bu kreditlər üzrə borcalanların izafi yüklənməsinin qarşısının alınmasıdır.

“Mərkəzi Bank BOKT-lər tərəfindən normativ hüquqi aktların tələblərinə əməl edilməsi prosesini daimi əsasda nəzarətdə saxlayır və hər hansı bir kənarlaşma müəyyən edildikdə, bununla əlaqədar qanunvericilik çərçivəsində zəruri addımlar atılır.
Mərkəzi Bank tərəfindən 2025-ci ilin may ayında açıqlanmış “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədinə əsasən mütəmadi olaraq BOKT-lərin inkişafı istiqamətində müəyyən edilən çağırış və prioritetlər əsasında sahəvi qanunvericiliyə dəyişikliklər qiymətləndirilir.
Vətəndaşlar hər hansı çətinliklə qarşılaşdıqları halda, +994 12 493 50 58 nömrəsi və ya “966 qaynar xətti”, eyni zamanda, yazılı qaydada Mərkəzi Bankın poçt ünvanına (AZ1000 və ya AZ1014) göndərməklə, rəsmi internet səhifəsində “onlayn müraciət” bölməsi vasitəsilə, həmçinin Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında ərizə yazmaqla birbaşa müraciət edə bilərlər.

Nəzərinizə çatdırırıq ki, vətəndaşlar Mərkəzi Bankda yerində qəbul üçün Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasına iş günləri hesab edilən bazar ertəsi – cümə axşamı günü saat 09:00-16:00-dək, cümə günü isə 09:00-13:00-dək (nahar fasiləsi 13:00-14:00) yaxınlaşa bilərlər.

Mərkəzi Bankın inzibati binasına gəlməzdən əvvəl Mərkəzi Bankın rəsmi internet səhifəsindəki “Elektron xidmətlər portalı” vasitəsilə və ya https://randevu.e-cbar.az/home səhifəsinə keçid edərək qəbulda iştirak etmək istədiyiniz günü və vaxtı seçərək onlayn şəkildə növbə əldə edilə bilər”.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dollar kreditlərinə görə kompensasiya belə ödənəcək-təfərrüat

    Dollar kreditlərinə görə kompensasiya belə ...

    3-04-2019, 13:39

  • 
  • “Azərbaycan Mikro-Kredit”in təsisçisi dəyişib

    “Azərbaycan Mikro-Kredit”in təsisçisi dəyişib ...

    2-11-2018, 13:23

  • 
  • Azərbaycanda 3 kredit təşkilatının lisenziyası ləğv edilib

    Azərbaycanda 3 kredit təşkilatının lisenziyası ...

    4-04-2019, 15:25

  • 
  • Mərkəzi Bank qərar verdi

    Mərkəzi Bank qərar verdi ...

    18-08-2015, 18:42

  • 
  • Azərbaycanda kreditlər ucuzlaşır

    Azərbaycanda kreditlər ucuzlaşır ...

    7-05-2014, 10:12


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (23)
Sentyabr 2025 (559)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu