Gundemxeber.az » GündəmXəbər » Səhifə 303
Bu günlərdə mətbuatda "AZSIĞORTA” ilə bağlı məlumat dərc edilmişdi. Yazıdan öncə və sonra şirkətə rəsmi sorğu göndərilsə də heç bir nəticə əldə edilməyib. 2 ay sonra şirkətdən Nazim adlı şəxs zəng edərək işin məhkəmədə olduğunu deyib. 8 dekabr 2020-ci ildə baş verən qəzadan 3 aydan artıq vaxt keçsə də zərərçəkənə vəsait ödənilməyib.
Həmişə Xaçmaz rayonundan söhbət düşəndə nəsə yadıma rəhmətlik Qasım bəy Zakirin bir misrası düşür .
Vaxtilə Almaniya kansleri Bismark göstərirdi ki, pis qanunlarla dövləti yenə bir təhər idarə etmək olar, ancaq pis məmurlar olarsa, onda heç bir qanun kömək etməz. Dövlət qulluqçusunun təkcə peşəkarlıq xüsusiyyətləri deyil, onun şəxsi keyfiyyətləri, vətəndaş mövqeyi, vətənpərvərliyi və etik davranışı da mühüm rol oynayır.
Məlumat üçün bildirək ki, İ. Qayıbov Milli qəhrəman Əlyar Əliyevin komandiri olduğu "Qaranquş" kəşfiyyat-diversiya dəstəsinin komandir müavini olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" sosial müəssisəsinin direktoru Rza Əhmədovla bağlı fesbook sosial şəbəkəsinin “Beyləqan Xəbərlər”i səhifəsində qalmaqallı məlumatlar yayılıb.
İcra başçısı Ziyəddin Əliyevin "Fayton" restoranından səfərə çıxsaq, Avropanın ən azı üç ölkəsini gəzib dolaşmalıyıq. Əlbəttə ki, yanında xərclik üçün 200 maaş kartını da unutmamalısan. Axı Avropa bahalı coğrafyadır. Onun Ukrayna, Çexiya və Avstriyada çoxşaxəli biznes şəbəkəsinin olduğu artıq heç kimə sirr deyil.
Son dövrlər idxal edilən mallar üzrə yüksək gömrük dəyərinin müəyyənləşdirilməsi ilə bağlı sahibkarlarda narazılıqlar artır. İddialara əsasən Gömrük Komitəsi hər il gömrük dəyərini yüksəldir. Bunun nəticəsində sahibkarlar idxal əməliyyatları ilə bağlı daha yüksək rüsum və vergi ödəməli olur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?