“İnsanların öyrəşdiyi, uğurla sınaqdan keçmiş dərman preparatları var ki, onların ixracına qadağa qoyulması bazarda müəyyən defisitin yaranmasına səbəb olacaq”.
Bu sözləri tibbi ekspert Adil Qeybulla Rusiyanın dərman preparatlarının idxalına qoyduğu qadağaya münasibət bildirərkən “Axar.az”a dedi. Tibbi ekspertin sözlərinə görə, bu qadağa Rusiyanın özünə də ziyan vuracaq:
“Azərbaycan artıq həmin dərman preparatlarının analoqunu qonşu ölkələrdən – İrandan, Türkiyədən almağa məhkumdur. Onu da bildirim ki, keyfiyyətinə görə Rusiyadan geri qalmayan türk dərmanlarının idxalı bizə baha başa gələcək. Bu da təbii ki, yerli bazarda qiymətlərin bahalaşmasına səbəb olacaq”.
Xatırladaq ki, Rusiya hökumətinin bu qadağası dərman preparatlarına pasport verən qurumun indiyə kimi müəyyən edilməməsi ilə əlaqələndirilir.
Sorğu
Yeni dizaynımız necədir?