Bu il ərzində Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) sığorta ehtiyatları 21.5 milyon manat artacaq.
Bu barədə məlumatı AzNews.az-a fondunun İcraçı direktoru Azad Cavadov bildirib.
O vurğulayıb ki, sözü gedən məbləğ banklardan daxil olan sığorta haqları hesabına yığılacaq.
A.Cavadov qeyd edib ki, hazırda Fondunun gəlirləri 23.3 milyon manat artıb, xərcləri isə 1.7 milyon manat təşkil edib. Bu günədək sığorta ehtiyatlarına yönələn məbləğ 21.5 milyon manat olub.
Ümumilikdə Fond yarandığı gündən bu ilin ötən dövrü ərzinədək müxtəlif mənbə və Fonda banklardan daxil olan sığorta haqları hesabına 75 milyon manat (95 milyon ABŞ dolları) vəsait toplanıb.
Fond rəhbəri əlavə edib ki, hazırda ümumilikdə banklarda 6.1 milyard fiziki şəxslərin əmanətləri var və sözü gedən məbləğin 3.3 milyard manatı qorunandır və bu da 64 faiz civarındadır. Əmanətçilərin isə banklarda əmanətləri 89 faizi qorunur.
Konfensassiya məbləği 2 milyard manata yaxındır. Ötən dövr ərzində qorunan və konfenssasiyalı əmanətlərdə 29 faiz artım olub. Ümumi əmanətlər isə 28 faizə yaxın artıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?