GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Azərbaycan banklarındakı 2 milyard manatlıq əmanət qorunmur

Azərbaycan banklarındakı 2 milyard manatlıq əmanət qorunmur

Tarix: 9-01-2014, 13:01 Bölmə :İqtisadiyyat Baxış: 885
 Azərbaycan banklarındakı 2 milyard manatlıq əmanət qorunmur
Sığortalanma qaydalarına yenidən baxılmasına və bankların “şirnikləşdirici kampaniyalarına” nəzarət edilməsinə ehtiyac var
Banklarda olan əmanətlərin məbləği artıq 6,4 milyard manata çatıb. Əmanətlərin həcminin artması pozitiv tendensiya olsa da, narahatedici məqamlardan biri qorunmayan əmanətlərin məbləğinin çoxalmasıdır. Əmanətlərin Sığortalanması Fondunun hesabatına əsasən, hazırda banklarda olan əmanətlərin 2 milyard manatı sığorta olunmadığı üçün qorunmur. Sadə dildə desək, əgər sığorta olunmayan əmanətlər yerləşdirilən banklar müflis olarlarsa və ya öz öhdəliklərini yerinə yetirə bilməzlərsə, o zaman həmin pulları sahiblərinə qaytarmaq ya çox çətin olacaq, ya da ümumiyyətlə mümkün olmayacaq. Vəziyyət əslində heç də xoş deyil: əhalinin banklarda olan hər 3 manatından 1 manatı sığortalanmır. Qeyd edək ki, ötən ilin avqustdan etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10 faiz olub. Həmin tarixdən, etibarən üzv banklarda illik 10 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Fond qorunmayan əmanətlərə görə kompensasiya ödəmir.
Əmanətlərin Sığortalanması Fondunun mövcud qaydalarına əsasən illik faizi 10 faizədək olan və məbləği 30 min manatdan çox olmayan əmanətlər sığortalanır. Bu isə o deməkdir ki, əgər bir bankda əmanətin məbləği 30 min manatdan çoxdursa və ya əmanətçi daha çox gəlir əldə etmək üçün yüksək faiz təklif edən bankların xidmətindən istifadə edirsə o zaman həmin pullar qorunmur. Həmçinin, maksimum məbləği 30 min manatdan az olan bununla belə, ötən il avqustundan etibarən 10 faizdən daha yüksək faizlə banklarda yerləşdirilən əmanətlər də riskli əmanətlər siyahısına daxildir.

Əmanətləri batma riskindən qurtarmaq üçün nələri edilməsinə ehtiyac var?
Əvvəlla, sözügedən məsələdə birinci növbədə Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin təkmilləşdirilməsinə və yeni mexanizmlərin tətbiqinə ehtiyac var. Bir il öncə müflis olan «RoyalBank»da Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlərin cəmi 29 faizi sığortalanmısı da göstərirdi ki, mövcud mexanizmlər ilə əmanətlərin sığortalanması nisbətini artırmaq mümkün deyildir.
İkincisi, «Əmanətlərin Sığortalanması Fondunun müəyyənləşdirdiyi maksimum məbləğ də dəyişdirilməlidir. Çünki sığortalanan 30 min manat məbləğ indiki halda əmanətlərin sığortalanması üçün yetərli deyil. Bu gün əhalinin gəlirlərinin artmasına müvafiq olaraq da sığortalanan əmanətlərin həcmi artırılmalıdır. Şərqi Avropa ölkələrinin əksəriyyətində sığortalanan əmanətin məbləği 100 min avroya yaxındır. Avropanın əksər ölkələrində isə sığortalanan məbləğlə bağlı maksimum hədd yoxdur. Azərbaycanda isə cəmi 30 min manat sığortalanır. Ona görə də, həmin məbləğə yenidən baxaraq onun artırılmasına ehtiyac vardır. İndiki mərhələdə məbləğin azı 50 min manatadək artırılması vacibdir.


Üçüncüsü, əmanətlərin sığortalanmasının əmanətlər üzrə tətbiq edilməldir. Kommersiya bankında bir əmanətçinin bir neçə əmanəti varsa, bu cəmlənir və həmin cəmin 30 min manatadək olan hissəsi sığortalanmış hesab olunur. Bu halda, eyni banka bir neçə əmanət formasını əmanət yerləşdirməyin heç bir əhəmiyyəti yoxdur.
Dördüncüsü, Əmanətlərin Sığortalanması Fondu elektron hökumətin elementlərindən istifadə etməlidir. Bu praktik olaraq vətəndaşa imkan verməlidir ki, o Əmanətlərin Sığortalanması Fondunun saytına daxil olmaraq öz ad və soyadını və ona verilə xüsusi gizli kodu daxil etməklə banklarda yerləşdirdiyi sığortalanan əmanətin məbləği və qoyduqları əmanətin hansı hissəsinin sığortalandığını müəyyənləşdirə bilsin. Belə vəziyyət vətəndaşa düzgün qərar qəbul etməyə imkan verir.

Nəhayət, Əmanətlərin Sığortalanması Fondu vətəndaşların məlumatlandırılması istiqamətində də ciddi addımlar atmalıdır: Bu gün fondun fəaliyyətilə bağlı əhalinin əhəmiyyətli hissəsində məlumatsızlıq hökm sürür. Bu da bir sıra hallarda vətəndaşların əmanətlərinin sığortalanmamasına gətirib çıxarır. Həmçinin Əmanətlərin Sığortalanması Fondu ilə kommersiya bankları arasında münasibətlərə yenidən baxmağa ehtiyac var. Fond çalışmalıdır ki, kommersiya banklarının fəaliyyəti barədə daim məlumatlar əldə etsin və vətəndaşlara mümkün risqlərlə bağlı məlumatlar versin.

Razılaşmaq lazımdır ki, qorunan əmanətlərin həcminin artırılması heç də yalnız Əmanətlərin Sığortalanmasl Fondunun fəaliyyəti ilə bağlı olmamalıdır. Daha çox əmanətlərin sığortalanmasına nail olmaq eyni zamanda vətəndaşların da üzərinə düşən məsuliyyətdir. Təəssüf ki, əmanətçilər bəzi hallarda daha çox gəlir əldə etmək məqsədi ilə yüksək faiz təklif edən banklarda pullarını yerləşdirirlər. Bununla da, onların öz pullarını potensial riskə atırlar. Həmçinin, əmanəti 30 min manatdan çox olan vətəndaşların öz pullarını bir neçə bankda yerləşdirmələri daha məqsədəuyğunudur. Məsələn, əgər vətəndaşın 80 min manat pulu vardırsa o zaman həmin vəsaiti, 30 min-30 min- 20 min manat kimi bölərək 3 bankda yerləşdirə bilər ki, bununla da bütün pulun sığortalanmasına nail ola bilər. Deməli, vətəndaşlar da diqqətli və ehtiyatlı olmalıdırlar: axı, əmanət batacaqsa bu onların pulu olacaq.

Vüqar Bayramov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bankda əmanəti olanlara şad xəbər

    Bankda əmanəti olanlara şad xəbər ...

    14-01-2016, 21:56

  • 
  • Kredit faizləri niyə aşağı salınmır?

    Kredit faizləri niyə aşağı salınmır? ...

    11-06-2013, 12:15

  • 
  • Banklardan 21 milyon sığorta haqları toplanacaq

    Banklardan 21 milyon sığorta haqları toplanacaq ...

    5-02-2014, 13:39

  • 
  • Bağlanan dörd bankın əmanətçiləri üçün XƏBƏR VAR

    Bağlanan dörd bankın əmanətçiləri üçün XƏBƏR VAR ...

    25-07-2016, 22:18

  • 
  • Əmanətlərın sığortalanmasının yeni QAYDALARI

    Əmanətlərın sığortalanmasının yeni QAYDALARI ...

    19-01-2016, 15:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu