GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Kredit qadağalarının daha bir şok sirri

Kredit qadağalarının daha bir şok sirri

Tarix: 14-02-2014, 10:34 Bölmə :İqtisadiyyat Baxış: 824
  Kredit qadağalarının daha bir şok sirri
Olimpiya “əjdahası” milyardlarımızı udacaq
Siyasi hakimiyyət bütün maliyyə axınını Avropa Olimpiya Oyunlarının təşkilinə yönəldib; banklara istehlak, mənzil və avtomobil kreditlərini məhdudlaşdırmaq, vəsaitləri olimpiya infrastrukturunun tikintisinə və modernləşməsinə yönəltmək tapşırılıb


Mənzil, istehlak və avtomobil kreditlərinin verilməsinin məhdudlaşdırılması 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına hazırlıqla bağlıdır. Bu mənbələr hesabına qənaət edilən maliyyə resursları olimpiya oyunları ilə bağlı infrastrukturların tikintisinə sərf ediləcək. Bu barədə “Yeni Müsavat”a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin sözlərinə görə, rəsmi qurumlar bunu banklarda problemli kreditlərin çəkisinin artması ilə izah edirlər: “Ancaq bu, gerçək səbəb yox, bəhanədir. Olimpiya oyunları ilə bağlı infrastrukturun tikintisinə və hazır infrastrukturun modernləşməsinə bir neçə milyard manat xərclənməsi nəzərdə tutulur. Bu vəsaitin bir hissəsi dövlət büdcəsinin investisiyaları hesabına, bir hissəsi isə bankların kreditləri hesabına xərclənəcək”.

Mənbənin iddiasına görə, olimpiya xərclərinin qarşılanması səbəbindən dövlət büdcəsinin sərmayələrinin bölgüsündə də ciddi dəyişiklik olacaq: “Vəsaitin ən azı 40-50 faizi olimpiya xərclərinin qarşılanmasına yönələcək. Büdcə sərmayələrinin bölgüsü ilə bağlı hakimiyyət çevrələrində ciddi fikir ayrılığı var və bu barədə son qərar hələ qəbul edilməyib”.

Bu ilin büdcəsində büdcə sərmayələrinə 6 milyard 260 milyon manat vəsait ayrılıb. Qaydalara görə, büdcə sərmayələrinin bölgüsünü Nazirlər Kabineti həyata keçirir. Hər il bu ərəfələrdə Nazirlər Kabineti investisiyaların təşkilatlar arasında bölüşdürülməsi ilə bağlı qərarlar verir. 2014-cü ilin investisiyalarının bölgüsü haqda qərar hələ yoxdur. Bir neçə günə həmin qərarın imzalanması gözlənilir.

Mənbənin iddiasına görə, olimpiya xərclərinin qarşılanması hakimiyyət daxilində ciddi narazılıq yaradıb: “Əvvəlki illərdə büdcədən böyük pay alan təşkilatların - ”Azərenerji", “Azərsu”, Bakı Metropoliteni və başqa qurumların bu dəfə payının azalacağı gözlənilir. Əvəzində isə Gənclər və İdman Nazirliyinin payının əhəmiyyətli dərəcədə artması nəzərdə tutulur (Olimpiya infrastrukturlarının tikintisinə bu qurum nəzarət edəcək). Eyni zamanda infrastruktura aidiyyəti olan Nəqliyyat Nazirliyi (yolların abadlaşdırılması), Mədəniyyət və Turizm Nazirliyi (hotellərin modernləşməsi), Bakı Şəhər İcra Hakimiyyəti (şəhərin təmizliyi) və başqa qurumların payının artması nəzərdə tutulur. Vəsait çatışmazlığı ucbatından 2013-cü ildə başlayan bəzi layihələrin icrası dondurulub. İndi büdcədən böyük pay almağa öyrəşmiş təşkilatlar böyük narahatlıqla paylarının nə qədər azaldılacağını gözləyirlər".

Xəbər qaynağımız hakimiyyət üçün gərginlik yaradan bir məqamı da xüsusi vurğulayır: “Neftin qiymətinin ucuzlaşma riskinin yüksək olması hakimiyyəti ciddi narahat edir. Ucuzlaşma neftdən asılı büdcə üçün fəlakət deməkdir. Hazırda neftin büdcədə payı 70 faizi ötüb. Ucuzlaşma olarsa, büdcə gəlirləri kəskin azala bilər. O biri tərəfdənsə neft hasilatının da azalma tendensiyası var. Bu baxımdan hakimiyyət büdcə sərmayələrini əvvəlki səxavətlə bölmək niyyətində deyil. Onsuz da bu il 2013-cü illə müqayisədə dövlət investisiyalarının həcmi 655 milyon manat və ya 9,5 faiz azalıb. Belə bir vaxtda olimpiyanı təkcə büdcə xərcləri hesabına qarşılamaq çox təhlükəli riskdir. Ona görə də hakimiyyət bu xərclərin bir hissəsini bankların resursları hesabına həyata keçirmək niyyətindədir. Mənzil, istehlak və avtomobil kreditlərinə qoyulan qadağalar da elə bununla bağlıdır. Bank kreditlərinin 70 faizindən çoxu məhz bu kreditlərin payına düşür. Bank kreditləri hesabına olimpiya infrastrukturunun tikintisinə təxmini hesablamalara görə, 2 milyard manata yaxın vəsait qoyulması planlaşdırılır”.

Bakıda 2012-ci ildə keçirilən “Eurovision-2012" mahnı müsabiqəsinin 1 milyard manata başa gəldiyini xatırladan mənbə olimpiya oyunlarına ev sahibliyinin daha bahalı layihə olduğunu vurğulayır: ”Olimpiya oyunları “Eurovision”dan fərqli olaraq bir neçə arenada keçiriləcək və üstəlik də daha çox qonaq gələcək. Ona görə olimpiya xərcləri mahnı müsabiqəsinin xərclərindən bir neçə dəfə çoxdur. Ümumiyyətlə, olimpiya oyunlarınadək hakimiyyət bir çox layihələri təxirə salmağı nəzərdə tutur. O da ola bilsin ki, layihənin icrası iri holdinqlərdən birinə həvalə edilsin. Son qərar ayın 25-dək veriləcək".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənilər Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarında iştiraka hazırdır

    Ermənilər Bakıda keçiriləcək I Avropa Olimpiya ...

    10-10-2014, 17:08

  • 
  • 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarının tarixi açıqlandı

    2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya ...

    30-04-2013, 17:00

  • 
  • II Avropa Oyunları bu ölkədə keçirilə bilər - RƏSMİ

    II Avropa Oyunları bu ölkədə keçirilə bilər - ...

    16-06-2015, 09:16

  • 
  • Azad Rəhimovun yalanı açıldı

    Azad Rəhimovun yalanı açıldı ...

    14-12-2012, 12:15

  • 
  • Moskva 2014-cü il Qış Olimpiya estafetinə start verdi

    Moskva 2014-cü il Qış Olimpiya estafetinə start ...

    9-10-2013, 00:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu