gundemxeber.az Gənclər və idman naziri Azad Rəhimov dekabrın 11-də keçirdiyi mətbuat konfransında I Avropa Olimpiya Oyunlarının yayım hüququnun Avropa Yayımları Birliyinə satılacağını deyib: «Avropa Oyunlarının bütün yayım hüquqları Azərbaycana məxsusdur. Avropa Olimpiya Komitəsinin təklifi ilə bu hüquqları Avropa Yayım Birliyinə satacağıq». Nazir olimpiya oyunlarına ev sahibliyindən Azərbaycanın təxminən 120-130 milyon avro qazanacağını da söyləyib. Xatərladaq ki, Avropa Olimpiya Komitəsi dekabrın 8-də I Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edib. Oyunlar 2015-ci ildə Bakıda keçiriləcək. Avropa Yayım Birliyinin (EBU) mətbuat xidmətindən Ben Stevard isə “Azadlıq” radiosuna oyunların yayım hüququnun bu quruma satıldığı haqda nazirin dediklərini təkzib edib: «Avropa Olimpiya Oyunlarının yayım hüququ ilə bağlı Azərbaycan hökuməti ilə razılıq yoxdur. EBU Azərbaycan hökuməti ilə bu məsələni müzakirə etməyib və Avropa Olimpiya Oyunlarının yayım hüququnu almaqla bağlı hər hansı niyyətini dilə gətirməyib».
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?