Gömrükdə saxta möhürlər aşkarlanib Azərbaycan gömrükçüləri Rusiyadan ölkəyə sənədləri olmadan möhür və ştampların gətirilməsi faktı aşkarlayıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumatda bildirilib ki, Rusiyadan Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan “Setra” markalı sərnişin avtobusuna baxış zamanı həmin avtobusun sürücüsü, Azərbaycan vətəndaşı Saday Mürşüdov tərəfindən gömrük bəyannaməsində qeyd edilməyən və heç bir müvafiq sənədi olmayan, tutacaq yerlərində Rusiyanın gerbi təsvir olunmuş, üzərində - “Azərbaycan Respublikası Şəmkir rayonu İcra Hakimiyyəti Ümumi Şöbə”, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayonu 1 saylı Dövlət Notariat Kontoru Dövlət Notariusu Qurbanov Siyavuş Heydər oğlu”, “Azərbaycan Respublikası Şəmkir rayonu Sabirkənd Bələdiyyəsi”, “Azərbaycan Respublikası Şəmkir rayonu Sabirkənd Kəndi Yerli Aqrar İslahat Komissiyası” yazılmış 4 ədəd möhür aşkarlanıb. Bundan başqa, həmin şəxsdən tutacaq yerlərində Rusiyanın gerbi təsvir olunmuş, üzərində - “Azərbaycan Respublikası Şəmkir rayonu Sabirkənd Bələdiyyəsi”, “Azərbaycan Respublikası Şəmkir rayonu Sabirkənd Kəndi Aqrar İslahat Komissiyası” yazılmış 2 ədəd ştamp, həmçinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş Şəhadətnamə”nin, Şəmkir rayon Aqrar İslahat komissiyasının 30 noyabr 2002-ci il tarixli, 96 saylı protokolundan Çıxarışın və Arayışın surətləri aşkarlanaraq götürülüb.”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?