GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “Sovetski” sakinləri Basin variantına hazırlaşır

“Sovetski” sakinləri Basin variantına hazırlaşır

Tarix: 1-04-2014, 10:40 Bölmə :İqtisadiyyat Baxış: 1 030
“Sovetski” sakinləri Basin variantına hazırlaşır
“Kim köçmək istəmirsə, qalıb evində yaşaya bilər”

Bu sözləri martın 27-də baş nazirin müavini Abid Şərifov deyib. O, “Sovetski” sakinlərini bir daha əmin edib ki, razılaşmayanlar evindən çıxarılmayacaq. A.Şərifov əlavə edib ki, martın 19-dək artıq 302 ailə kompensasiya ilə bağlı müraciət edib: “Komissiya tərəfindən bu müraciətlərdən 166-na baxılaraq həll olunub, 73 obyektin pulu artıq ödənilib”.
Onun sözlərinə görə, hər gün köçürmə ilə bağlı yaradılmış komissiyaya 10-15 müraciət daxil olur. A.Şərifovun “kim köçmək istəmirsə, qalıb evlərində yaşaya bilər” fikirlərini Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da bir neçə dəfə səsləndirib.
Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyevin mətbuata sonuncu açıqlamasından da belə başa düşmək olur ki, sakinlərlə artıq razılığa gəlinir və “Sovetski”də əvvəlki narazılıqdan əsər-əlamət yoxdur. Lakin “Sovetski” camaatı hökumət təmsilçilərinin bu sözünə inanmır. Bunu da belə izah edirlər: ““Basin”də də evləri sökəndə belə demişdilər. Sonrasının necə olduğunu gördük. Evləri camaatın başına uçurdular”.
Hökumət nümayəndələrinin “hər şey yaxşı olacaq” ruhlu və məzmunlu açıqlamalarından sonra “Sovetski”də son durumu, sakinlərin məmurların səsləndirdiyi bu fikirlərə münasibətini öyrənmək qərarına gəldik. “Sovetski”də bir saat ərzində söhbət etdiyimiz sakinlər arasında nədənsə məmurların dediyi qədər hər şeylə razı adamlarla rastlaşmadıq. Bunu şanssızlıq deyib çox da ciddiyə almadıq. Amma narazı sakinlərdən onu da soruşduq: bəs məmurlar deyir çoxluq razılaşıb, belədirmi? Sakinlərin cavabı isə belə oldu: “Bu “Sovetski”, bu da məhəllələr. Bir-bir soruşun, görək neçə nəfər razıdır”.
Apardığımız sorğu göstərdi ki, hökumətin kvadratmetrə 1500 manat kompensasiya qərarı ilə razılaşanlardan daha çox razılaşmayanlar var. Həmsöhbətlərimizdən biri də Mirzağa Əliyev küçəsində yerləşən və artıq bir əsr yaşı olan tarixi binanın sakini Aslan Mirzəyev oldu. Hazırda 50 yaşı olan A.Mirzəyev deyir ki, bu evdə doğulub. Evin hər divarında onun xatirələri var.
A.Mirzəyev iki qız övladı və həyat yoldaşı ilə birgə yaşadığı evin şəraitindən məmnun olmasa da bu evdə xoşbəxt olduğunu dedi: “Yaşayışımızdan razıyıq. Amma bina 1916-cı ildə tikilib. Bir dəfə də olsun təmir etdirməmişəm. İndi də sökəcəklər deyirlər. Bunun üçün də heç nə etmirik. Gözləyirik ki, hökumətin qərarı nə olacaq. Hələ evimizi ölçmək üçün gəlməyiblər. Amma deyilən qiymətlə razı deyiləm. Heç olmasa, elə məbləğ ödənilsin ki, şəhərdə yeni tikilən binaların birində özümüz üçün normal bir ev ala bilək. Sakinləri də başa düşmək lazımdır ki, bu günədək şəhərin mərkəzində yaşamışıq”. Söhbət əsnasında məlum oldu ki, A.Mirzəyev görkəmli jurnalist və publisist, 1991-ci il, noyabrın 20-də Azərbaycanın yüksək rütbəli dövlət xadimlərini Qarabağa aparan vertolyotun göyərtəsində, Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında ermənilər tərəfindən qətlə yetirilən Osman Mirzəyevin qardaşı oğludur. Osman Mirzəyevin ailə üzvləri də elə bu binada yaşayır. Lakin onlar hazırda burada deyillər.
Sakinlər deyirlər ki, fevralın 16-da keçirilən və minlərlə sakinin iştirak etdiyi mitinqdən sonra məhəllələrə “ağıllı” maklerlər axışıb. Onlar evlərin kvadratmetrinə 2000 manatdan artıq məbləğ təklif ediblər. Bu binaya baxış üçün gələn bir neçə nəfər isə tarixi binanın sakinlərinə 3500-4000 manat arasında məbləğ təklif ediblər. Növbəti həmsöhbətimiz isə “Sovetski”də uzun illərdir ticarətlə məşğul olan Ceyhun İsmayılovdur. Meyvə-tərəvəz satışı ilə məşğul olan C.İsmayılov deyir ki, burada olan şəraitdən razıdır, gündəlik çörəkpulunu qazanır: “Bu günə qədər şükürlər olsun ki, şikayətimiz olmayıb. Amma indi buranı sökürlərsə, nə edə bilərik ki?! Hökumətlə hökumətlik edə bilmərik. Amma gərək onlar da elə eləsin ki, hər kəs razı qalsın”.
C.İsmayılov mağazasının ölçülməsi üçün ilk dəfə fevralın 16-da keçirilən dinc aksiyadan əvvəl icra nümayəndəliyindən gəldiklərini dedi: “Aksiyadan əvvəl tez-tez gəlirdilər. İndi gəlib-gedən yoxdur”. Mirzağa Əliyev küçəsində yaşayan 70 yaşlı nənə isə evi ilə bağlı son qərarını verdiyini deyir. Adını deməyən və şəklini çəkməyimizə də qətiyyətlə mane olan nənə dedi ki, 27 kvadratmetrlik evdə oğlu ilə yaşayır. Onun sözlərinə görə, bu günədək yaşadığı evdən kvadratı 1500 manata razılaşaraq çıxması mümkün deyil: “Mənim üçün önəmli olan oğlumun gələcəyidir. Elə ev versinlər ki, oğlum bundan sonra rahat yaşasın. 1500 manata biz nə edə bilərik axı?! Deyirlər ki, razılaşmayan istəsə qalıb yaşasın. Mən qalıram. Amma Basində elədikləri kimi qazı, işığı, suyu kəsəcəklər. Sonra da yavaş-yavaş evi uçuracaqlar başımıza. Ancaq mənin itirəcəyim nəsə qalmayıb. Ölsəm də razılıq olmadan çıxan deyiləm”.
Və daha bir neçə “Sovetski” sakini ilə söhbətimizdən məlum oldu ki, sakinlər onları qane edən şərtləri qəbul edilməyənədək evlərindən çıxmaq istəmirlər.
Daha bir məqam. Aksiyalar zamanı həbs edilən gənclərin, təzyiqlərə məruz qalan ağsaqqalların sorağı “Sovetski”nin hər tərəfinə çatıb. Əksər sakinlər “Həbs olunanlar da danışırdı, axırı noldu? Nəsə dəyişdi? Biz danışsaq nə olacaq ki?” - deyərək mətbuata danışmaq istəmir.
Sonda bir məsələni də qeyd etmək lazımdır. Sakinlərin də dediyi kimi, məmurların “istəyən evində qalıb yaşasın” fikirləri inandırıcı deyil. Bunu deməyimizə əsas verən amillər də var. Ən önəmlisi isə artıq “Sovetski”nin yeni planının hazır olmasıdır. Plan hazırdır və qərar verilib. Hökumətin hazırladığı və “Sovetski”ni əvəz edəcək dəbdəbəli planda içində 5-6 nəfərin yaşadığı 15-20 kvadratmetrlik hansısa bir daxmanın olması inandırıcı deyil. Başqa sözlə, “kim istəyirsə, qalıb evində yaşasın” sözü elə quruca sözdür.
Fərid
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İbrahim Mehdiyev «Sovetski» sakinlərini dinləmək istəmir

    İbrahim Mehdiyev «Sovetski» sakinlərini dinləmək ...

    25-08-2014, 16:17

  • 
  • Hökumət «Sovetski» ilə bağlı yeni plan hazırlayır

    Hökumət «Sovetski» ilə bağlı yeni plan hazırlayır ...

    9-03-2014, 13:42

  • 
  • Hökumətin “Sovetski” planında yenilik

    Hökumətin “Sovetski” planında yenilik ...

    2-05-2014, 09:57

  • 
  • İbrahim Mehdiyevin «Sovetski» maxinasiyası

    İbrahim Mehdiyevin «Sovetski» maxinasiyası ...

    29-03-2014, 15:14

  • 
  • Generalın “Sovetski” xarabalıqlarındakı 1 milyonluq mülkü...

    Generalın “Sovetski” xarabalıqlarındakı 1 ...

    16-04-2015, 12:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu