“Maqnit” kredit mağazalarında vətəndaşlar rəsmən soyulurlar
Bu kredit şirkətinin mağazalarında rəsmi olaraq əhalini aldadırlar: “Mədəni surətdə vətəndaşları talan edirlər. Əvvəla onu vurğulayım ki, reklamlarda deyildiyi kimi, kredit faizləri aşağı yox, inanılması mümkün olmayan dərəcədə yüksəkdir. Misal üçün: 420 AZN olan paltaryuyan maşınını almaqdan ötrü burada 10 ay müddətində 780 AZN-ə, üstəgəl 10 AZN-də kredit blankının açılmasına pul ödənilməlidir. Əlavə olaraq sözügedən kredit şirkəti alınan hər hansı məhsulun ünvana çatdırılmasını özü həyata keçirir. Bu vətəndaşın istəyi olub-olmamasından asılı deyil. Bu çatdırılma üçün isə əlavə məbləğ tələb olunur. Bəs burada faizsiz, ilk ödənişsiz olan kredit nədən ibarətdir soruşulanda heç "Maqnit" işçilərinin özləri belə bu sualın cavabını tapa bilmirlər. Deyilənlərlə bağlı apardığım bir araşdırmanı da sızin nəzərinizə çatdırıram ki, ehtiyatlı olasınız və bu şirkətin fırıldağına düçar olmayasınız. Şərti alıcı kimi mən də kanallarda gedən reklamda əks olunan telefona zəng etdim və qaz ilə işləyən pilitə almaq fikrində olduğumu bildirdim, qiymətin isə reklamda göstərildiyi kimi, ilkin ödənişsiz, 10 ay müddətinə 20 AZN manat olduğunu öyrəndim. Özünü Ulduz kimi təqdim edən xanım elə həvəsləndirici danışırdı az qaldım ona inanım. Adıçəkilən şirkətin digər telefon nömrəsinə zəng etdim, yenə məni məlahətli qadın səsi salamladı və onun adının Arzu olduğunu öyrəndim. Azru xanım da məni elə həvəsləndirdi ki, istədim doğrudan da qaz peçi alım. Bu məqsədlə 3 m/r bazarı ilə üzbəüz yerləşən "MAQNİT" mağazasına getdim və orada həm satılan malların keyfiyyətsiz, həm də həddən ziyadə bahalı, kredit şərtlərinin isə dəhşətli dərəcədə əlverişsiz olduğunun şahidi oldum. Satış meneceri Cəmilə xanımdan vəziyyətin reklamda olduğu kimi deyil olduğunu söylədikdə az qaldı xanım məni döyə. "Qaçmaq igidlikdir" deyib oradan birtəhər salamat çıxdım və yollandım "Neftçilər" metrosu ərazisində yerləşən "MAQNİT"ə, oradan da 28 may metrosu yaxınlığında olan mağazaya getdim və orada da vəziyyətin ağır olduğunu gördüm. Məsələ ilə bağlı adı çəkilən şirkətlə əlaqə saxladıqda özünü İlham xanım kimi təqdim edən şirkət əmakdaşı bütün bunları təkzib edərək bizə bildirdi ki,bank xərcələrinin bizə aidiyyatı yoxdur. Çatdırılma xərci isə var. Məsələdən belə aydın olur ki, gün ərzində efirdə görünən reklam çarxları vətəndaşları aldadır, kredit mağazalarına müraciət edənlər bu kimi hallarla qarşılaşır. Bu isə bir başa olaraq istehlakçı qüquqlarının pozulması deməkdir. Əziz və dəyərli Azərbaycan xalqı çalışın sizin ehtiyacınızdan, zəif bir cəhətinizdən istifadə edərək sizləri aldadan, pullarınızı mədəni şəkildə mənimsəyən fırıldaqçılara inanmayın, axı biz gözüaçıq, ağıllı xalqlardanıq”. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq Fariz
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?