Hava limanına gedən yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
ANS TV-nin məlumatına görə, paytaxtın mərkəzindən hava limanı istiqamətinə gedən yol şənbə və bazar günləri nəqliyyatın hərəkəti üçün məhdudlaşdırılacaq. Səbəb aeroport şossesində yanacaqdoldurma məntəqəsinin yaxınlığında yeni informasiya lövhəsinin quraşdırılmasıdır. Nəqliyyatın hərəkəti əsasən günün ikinci yarısından sonra məhdudlaşdırılacaq.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, həmin ərazidə sıxlığın, tıxacların yaranmaması üçün alternativ aeroport-Hövsan beton yolundan istifadə etsinlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?