GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Azərbaycanda içməli su sahəsində problem daha da kəskinləşir - ÖZƏL

Azərbaycanda içməli su sahəsində problem daha da kəskinləşir - ÖZƏL

Tarix: 23-09-2014, 10:47 Bölmə :İqtisadiyyat Baxış: 3 500
Gülmalı Süleymanov: "İçməli su çatışmamazlığından xilas olmağın yolu meşə ərazilərinin genişləndirilməsindən keçir"

Sevil Yüzbaşova: "Ətraf mühitdə baş verən dəyişikliklər içməli su ehtiyatlarının qurumasına gətirib çıxarıb"

Azərbaycanda içməli su sahəsində problem daha da kəskinləşir - ÖZƏL

ABŞ kəşfiyyatı dünyanın üzləşdiyi qlobal problemlərin və təhdidlərin sırasına daha birini əlavə edib. Kəşfiyyat iqlim dəyişikliklərinin beynəlxalq münasibətlərə təsirinin getdikcə artdığı haqda xəbərdarlıq edir. Burada bildirilir ki, bu gün dünyanın 39 ölkəsi içməli suyun böyük hissəsini ölkə xaricindəki mənbələrdən alır. Bu ölkələrə Azərbaycan, Latviya, Slovakiya, Özbəkistan, Ukrayna və s. daxildir. Qeyd edək ki, yer kürəsi su ehtiyatının 97,5 faizi şor, yalnız 2,5 faizi içməli sudan ibarətdir. Ümumi su balansı sabit saxlanılsa da, son 50 ildə məişətdə su sərfi 31, sənayedə 38, kənd təsərrüfatında 28 dəfə artıb. Hazırda dünya üzrə hər 6 nəfərdən birinin içməli suya olan tələbatı tam ödənilmir. Dünya əhalisinin 80 faizi keyfiyyətsiz, onun da 40 faizi isə çirkli sulardan istifadə etmək məcburiyyətindədir. Azərbaycanda da çirin su məsələsi olduqca aktualdır. Ölkəmizdə çay şəbəkəsinin hər kv.km-də şirin su ehtiyatı 0,36 km-dir. Bu da Cənubi Qafqazın digər ölkələrinə nisbətən iki dəfə azdır. Azərbaycanda 29,7 milyard kubmetr şirin su ehtiyatının olduğu bildirilir. AMEA-nın rəyinə görə, ümumi su balansı isə 34-35 kubkilometrə bərabərdir ki, onun da 72 faizi qonşu dövlətlərin ərazisində formalaşır. Bu su ehtiyatının da ancaq 10 milyard kubmetrindən (30 faizindən) istifadə edə bilirik.
Görəsən, yuxarıda qeyd edildiyi kimi iqlim dəyişikliyi Azərbaycanda içməli su sahəsində problem yarada bilərmi və bundan necə xilas ola bilərik?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişikliyi və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov düşünür ki, iqlim dəyişikliyi ölkəmizdə içməli su sahəsində müəyyən problemlər yarada bilər: "Çaylarda su azalır, bulaqlar quruyur. Bu proseslərin baş verməsi isə aydındır ki, birbaşa olaraq içməli su sahəsində problem yaradan məqamlardır. Ümumiyyətlə, Azərbaycan içməli su baxımdan onsuz da qıtlıq çəkir. Proqnozlar da göstərir ki, hardasa 2050-ci ilə qədər yağıntıların miqdarı azalacaq. Başqa bir tərəfdən, ölkəmizdə meşə sahələri də çox deyil ki, suyu saxlaya bilsin. Ona görə də bu sahədə hələ də problem qalacaq. İçməli su çatışmamazlığı problemindən xilas olmağın başlıca yolu meşə ərazilərinin artırılmasından keçir. Kür çayı sahili kəndlərində içməli təmiz su qurğuları qurulur. Artezian quyuları da qazılmalı, yeraltı su ehtiyatları axtarılıb tapılmalıdır. Həmçinin, yaxşı olar ki, bulaqlar olan yerdə meşələr də sıx olsun. Xəzər dənizinin suyunun şirinləşdirilməsi məsələsi isə gələcək layihələr üçün nəzərdə tutulub. Amma bu suyu ancaq suvarma üçün istifadə etmək olar, çünki içməli su üçün o qədər də yararlı deyil. Eyni zamanda, sudan qənaətlə istifadə etməyi də öyrənməliyik. Düşünürəm ki, suyun qiyməti qaldırılsa və sayğaclar quraşdırılsa, insanlar da sudan qənaətlə istifadə etməyə başlayacaqlar".
Ekoloq Sevil Yüzbaşova da bu məsələdə həyəcan təbili çaldı: "Bu il istilər quraqlıqla müşayiət olundu və bu proses uzun müddət çəkdi. Uzun müddət yağış yağmadı. Bütün bunlar da təbii ki, ətraf mühit amillərinə təsir edir. İşməli su ehtiyatının formalaşması və qorunmasında yaşıllıq və meşələrin böyük əhəmiyyəti vardır. Amma ölkəmizdə yaşıllıqlar ciddi təzyiqlərə məruz qaıb. Azərbaycana bilərək və ya bilməyərəkdən başqa ölkələrdən yerli iqlimə uyğun gəlməyən bitkiləri gətirib əkməklə, prosesin daha mənfi çalar almasına təsir göstəriblər. Bitkiləri iqlim şəraiti yaradır. Azərbaycanda isə son 20 ildə iqlimə ciddi təsir edilib. Bitki örtüyü dəyişdirildi. Demək olar ki, bütün ölkə üzrə dekorativ bitkiləri gətirib əkiblər. Bu da bitki örtüyünə öz mənfi amillərini göstərib. Meşələrin yanacaq probleminn həlli üçün qırılması, heyvanların meşə ərazisinə buraxılması son nəticədə meşə massivinin məhvinə gətirib çıxardı. Ətraf mühitin belə dəyişməsi faktiki olaraq öz təsirini içməli su ehtiyatlarının qurumasında da göstərib. Ətraf mühitə göstərilən bu təsirlər nəticəsində artıq ekoloji hədd keçilib. Problemdən xilas olmaq üçün hər bir insan ətraf mühit haqqında geniş biliyə sahib olmalıdır. Təbiət və onun nemətlərindən istifadə və davranış qaydalarını bilməliyik. Su hövzələri və yaşıllıqları qorumalıyıq. Ən vacibi kənardan gələn və bizim iqlimə uyğunlaşmayan bitkilərin yayılmasının qarşısı alınmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi böyük bir ərazidə yaşıllaşdırma işləri aparır. Bu müsbət haldır. Lakin kifayət deyil. Bir sözlə insanlar təbiətə nəzarət etməyi, onu qorumağı bacarmlıdır. Bu il baş verən quraqlığın gətirdiyi fəsadların təsirini, iqlim şəraiti 5 il müddətində normal keçsə də, hələ hiss edəcəyik. Artıq təbiətdə insan əli ilə o qədər mənfi dəyişikliklər gedib ki, onun qorunması çətin məsələyə çevrilib. Amma yenə də təbiət və işməli su ehtiyatlarının qorunması, ondan ənaətlə istifadə edilməsinə xüsusi diqqət yetirməkdə davam etməliyik. Bu sahədə ictimai təşkilatların əhali arasında maarifləndirmə işləri aparması, onu gücləndirməsi də lazımdır. Lakin görülən bu tədbirlər azdır, iqlimin qorunması üçün hər kəsin bu sahəyə müsbət töhvə verməsi lazımdır. Bu problemin həllinə nail olmaq üçün qlobal anlamda düşnmək gərəkdir. Hələlik gec deyil, insanlar ətraf mühitin, içməli su ehtiyatlarının qorunub artırılması istiqamətində hələ də nəsə edə bilərlər. Bunun da əsas yolu maariflənmədən keçir".
Həsən
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İçməli suyun verilişində məhdudiyyətlər olacaq

    İçməli suyun verilişində məhdudiyyətlər olacaq ...

    26-11-2013, 11:55

  • 
  • Bakıda aksiya iştirakçıları yolu bağladı

    Bakıda aksiya iştirakçıları yolu bağladı ...

    26-06-2013, 22:40

  • 
  • Qubada içməli su probleminə görə narazılıqlar başaldı

    Qubada içməli su probleminə görə narazılıqlar ...

    3-02-2014, 13:12

  • 
  • Gecənin şok xəbəri: fevralın 1-dən suyun və işığın qiyməti qalxır

    Gecənin şok xəbəri: fevralın 1-dən suyun və ...

    18-01-2014, 01:00

  • 
  • Sakinlər Qorxmaz Hüseynovu istefaya çağırdı

    Sakinlər Qorxmaz Hüseynovu istefaya çağırdı ...

    23-12-2012, 11:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu