Naxçıvan-Qars dəmir yolunun xəttinin çəkilməsi ilə bağlı Azərbaycanla Türkiyə arasında müvafiq protokol imzalanıb.
“APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.
Nazir müavini deyib ki, hazırda Türkiyədən olan mütəxəssislər Qars ərazisindən dəmir yollarının Naxçıvan ərazisinə birləşdirilməsi üçün layihələndirmə işlərini aparırlar.
M. Pənahov əlavə edib ki, eyni zamanda yerli mühəndislər də bu layihələndirmə işlərində iştirak edirlər: “Qars-Naxçıvan dəmir yolu xəttinin böyük bir hissəsi Türkiyə ərazisindən keçir. Təxminən 13 km yeni tikinti işləri isə Naxçıvan ərazisində nəzərdə tutulub. Həmçinin Naxçıvan ərazisində 160 kilometr dəmir yollarının yenidən qurulmasına və inkişafına ehtiyac var. Layihə üzərində iş davam edir, kifayət qədər böyük layihədir. Onun detalları ilə bağlı ətraflı layihə hazırlandıqdan sonra hökumətə təklif ediləcək”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?