Mixail Saakaşvili Bakı-Tiflis-Qars dəmir yolunun açılışını edə bilmədiyindən təəssüflənir
Gürcüstan prezidenti Mixail Saakaşvili Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun Gürcüstan hissəsinin tikinti işləri ilə tanış olub. Trend-in məlumatına görə, Samtsxe-Cavaxeti regionunda tikinti işləri ilə tanış olan M.Saakaşvili bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsinin tikintisinin başa çatdırılması üçün hələ iki il də vaxt lazımdır: "Bu gün mən əmin oldum ki, bizim hissənin tikintisi nə bu il, nə də gələn il tamamlanacaq, yalnız iki ildən sonra başa çatacaq. Mən prezident kimi bu ilin sonunadək bu dəmiryolunun açılışını etmək niyyətindəydim, lakin təəssüf ki, bu olmayacaq".
Dövlət başçısı qeyd edib ki, faktiki olaraq, yeni dəmiryol London ilə Pekini birləşdirəcək və bu da Gürcüstan və regionun digər ölkələri üçün Avropaya yoldur.
M.Saakaşvili vurğulayıb ki, BTQ dəmir yolunun açılışının vaxtının dəyişdirilməsi iqtisadi layihələri, o cümlədən Əfqanıstandan ABŞ qoşunları və silahlarının bu yolla çıxarılması layihəsini poza bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?