Rusiyanın Mərkəzi bankı gecəyarısı təcilli növbədənkənar iclas keçirərək faiz nisbətlərini 10,5 dən 17-yə qaldırıb.
Avropa.info-nün xarici mətbuata istinadən verdiyi məlumatda bildirilir ki, neftin qiymətinin ucuzlaşması səbəbi ilə çətin vəziyyətə düşən Rusiya Mərkəzi bankı, rublun qiymətinin son 16 ildə ən ucuz səviyyəyə düşməsi ilə bağlı təcilli iclas keçirərək faiz nisbətini 10,5 dən 17-yə qaldırıb.
Rusiya Mərkəzi bankından verilən açıqlamada bu addımın rublun qiymətinin kəskin düşməsi və inflyasiya riskinin qarşısının alınması üçün atıldığı bildirilir.
Rusiya Mərkəzi bankının 80 milyard dollarlıq müdaxilə ilə 49 %-lik ucuzlaşmanın qarşısını ala bilməməsi ilə də beləliklə 6-cı dəfə faiz nisbətlərini artırmış oldu.
Məlumat üçün bildirək ki, rus rublu 49 %-lik ucuzlaşmadan sonra bu il dünyada ən çox dəyərini itirən pul vahidi olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?