Rusiyanın maliyyə naziri Anton Siluanov, daxili valyuta bazarında yaşanan sabitsizliyin başa çatdığını və sabitliyin qalıcı olması halında Mərkəzi Bankın faizi aşağı sala biləcəyini söyləyib.
Analitiklər isə rublun qısa müddətdə görünüşü barədə təmkinli davranırlar. Analitiklərə görə, bu istiqamətdə bir inkişaf, neftin qiymətinin yüksəlməsinə və Ukraynanın şərqində barış məqsədi ilə aparılan danışıqlarda təmin ediləcək irəliləməyə bağlıdır.
Rusiya Mərkəzi Bankı rublu qorumaq üçün bu il 80 milyard dollardan çox xərcləyib.
TRUST BANKA 1,9 MİLYARD DOLLAR
Rusiya Mərkəz Bankı, ölkənin orta həcmli banklarından biri olan Trust Banka müflisləşməməsi üçün 1.9 milyard dollar (99 milyard rubl) məbləğində 10 il müddətinə kredit verəcəyini açıqlayıb. Trust Bank, rublun sərt dəyərdən düşməsi ilə Rusiyada bu il qurtarılan ilk bank oldu. Mərkəzi Bank bu kreditə əlavə olaraq, yenə bu həftə Trust Bankı qurtarmaq üçün səlahiyyət verilmiş “Otkritie” adlı banka təxminən 530 milyon dollar məbləğində altı il müddətinə kredit vermişdi.
RUSİYANIN REYTİNQİNİ ENDİRDİ
Yeri düşmüşkən, bu gün Yaponiyanın kredit reytinqi təşkilatı JCR, Rusiyanın kredit reytinqini aşağı salıb. Təşkilat, Rusiyanın reytinqini bir pillə aşağı salaraq "BBB -"yə endirib. Kredit reytinqinin proqnozunu mənfidə təsdiqləyən JCR, iqtisadi sanksiyaların, neft qiymətlərindəki enişin, rublun dəyərdən düşməsinin təsirlərinin yaxından izləməyi davam etdirəcəyini açıqlayıb. Standart & Poor's Rusiyanın "BBB-" olan kredit reytinqini "mənfi" nəzarətə götürmüşdü.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?