Bu ilin noyabr ayının 1-nə əhalinin banklardakı əmanətləri 7 milyard manat olub.
Axar.az Dövlət Statistika Komitəsinıə istinadən xəbər verir ki, bu, keçən ilin müvafiq dövrünə nisbətən 11,1 faiz yaxud 0,7 milyard manat çoxdur.
Həmin əmanətlərin 4,4 milyard manatı, yəni əvvəlki ildən 0,5 milyard manat artıq hissəsi milli valyuta ilə, 2,6 milyard manatı və ya ötən ildən 0,2 milyard manat çox hissəsi isə xarici valyuta ilə qoyulub.
Ölkənin maliyyə-kredit təşkilatları noyabrın 1-nə kimi 17,8 milyard manat məbləğində kredit verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard manat, yaxud 13,3% çoxdur.
Bu ilin 10 ayı ərzində verilən kreditlərin 79,2 faizi uzunmüddətli olub ki, onun da 5,3 faizinin ödəmə vaxtı keçib.
Xatırladaq ki, 2014-cü ilin yanvar-oktyabr ayları ərzində verilən uzunmüddətli kreditlərin həcmi 77,5 faiz olub ki, onların da 5,2 faizinin ödəmə vaxtı keçib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?