Prezident İlham Əliyev ilk dəfə dövlət büdcəsini təsdiq edərkən Mərkəzi Banka kommersiya banklarının faiz dərəcələrini aşağı salmağa məcbur etməsi üçün göstəriş verib. Sizcə bu göstəriş qlobal maliyə bpöhranına həsr olunmuş müşavirdə prezidentin 3 milyard manatın xaricdən gətirilib kommersiya banklarına verilməsi təklifi kimi havada qalmayacaq ki?
Moderator.az -ın bu sualını İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli aşağıdakı kimi cavablandırıb:
"Əgər cənab Prezident bank faiz dərəcələrinin aşağı salınması məsələsini Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasından sonra da qısa bir vaxt kəsiyində ikinci dəfə də qaldırırsa, deməli bu soyğuncu faiz dərəcələrinin aşağı salınması məsələsində israrlıdır.2015-ci ilin büdcəsi müzakirə olunarkən biz də bu məsələni bir daha xatırlatdıq( bu məsələni neçə dəfə qaldırdığımın sayını itirmişəm).Təəssüf ki, bizim bu sualımıza cavab yenə də həmişəki kimi reallıqla bir o qədər də əlaqəsi olmayan, daha doğrusu, yarımçıq həqiqət üzərində qurulmuş və sırf bankların marağından çıxış edilərək standart cavabdan uzağa getmədi. Daha doğrusu, cavabdan hiss elədim ki, faiz dərəcələrinin nəzərçarpan dərəcədə aşağı salınmasına həvəs göstərilmir və bu məsələdə Mərkəzi Bankın mövqeyi kommersiya banklarının mövqeyindən heç nə ilə fərqlənmir. Halbuki Mərkəzi Bank bu məsələdə birtərəfli mövqe nümayiş etdirməklə maraqların konfliktini daha da dərinləşdirməməli, əksinə, sistemli islahat xarakterli tədbirlərin köməyi ilə maraqların konklilktindən maraqların harmoniyasına keçidi təmin etməli idi. Amma müxtəlif manevrlərlə bu məsələnin həlli ertələnməkdə davam edir. Ona görə də bank faiz dərəcələri məsələsi o qədr qatılaşıb ki, artıq dövlət başçısı tərəfindən ikinci dəfədir ki, qəti şəkildə qoyulur. Deməli, Mərkəzi Bankın manevr xarakterli cavabları bankirlərdən başqa heç kəsi qane eləmir. Ona görə də Mərkəzi Bank nə qədər manevr etsə də, faiz dərəcələrinin ədalətli səviyyəyə salınması artıq ciddi sosial tələbə çevrildiyindən, bundan sonra uzun müddət indiki pozisiyadan çıxış etməklə faiz dərəcələrini bu cür yüksək səviyyədə saxlamaq mümkün olmayacaq. Banklar faiz dərəcələrini nəzərəçarpan dərəcədə aşağı salınmasına getməsələr də,qismən də olsa bu sosial gözləntidən doğan ədalətli tələbi tədricən həyata keçirməli olacaqlar."
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?