GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Böhran Azərbaycanı da vurdu: Hökumət kütləvi bahalaşmaya getdi

Böhran Azərbaycanı da vurdu: Hökumət kütləvi bahalaşmaya getdi

Tarix: 30-12-2014, 09:14 Bölmə :İqtisadiyyat Baxış: 0
Böhran Azərbaycanı da vurdu: Hökumət kütləvi bahalaşmaya getdi

Vergilər nazirinin müavini Natiq Əmirov hökumətin bahalaşma layihəsinin anonsunu verib. "APA-Economics”in məlumatına görə, vergilər nazirinin müavini Natiq Əmirov Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında deyib ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklikləri özündə əks etdirən müddəalar layihəyə daxil edilib. Layihəyə görə, Azərbaycanda yol vergisinin hesablanması və ödənilməsinə yeni nəzarət mexanizmi hazırlanıb.
"Məlum olduğu kimi, "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən, hüquqi və fiziki şəxslərə aid olan mexaniki nəqliyyat vasitələri istehsal olunduqları vaxtdan 4 il keçdikdən sonra iki ildə bir dəfə, 10 il keçdikdən sonra isə hər il texniki baxışdan keçirilməlidir. Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələri texniki baxışdan keçirilməyən illərə görə yol vergisinin dövlət büdcəsinə ödənilməsi mexanizmi olmadığı üçün bu verginin dövlət büdcəsinə köçürülməsi tam təmin edilmir. Layihəyə əsasən Azərbaycan Respublikası ərazisinə daxil olan və Azərbaycan Respublikası ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələrinin, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və Azərbaycana idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın yol vergisinin vergitutma obyekti hesab olunması təklif edilir”, - deyə N. Əmirov bildirib.
Nazir müavini bildirib ki, layihədə yol vergisinin Azərbaycanda istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzinin, dizel yanacağının və maye qazın hər litrinin topdan satış qiymətinə və idxal olunan həmin malların gömrük dəyərinə 2 qəpik əlavə edilməklə hesablanması nəzərdə tutulub. "Bu verginin düzgün hesablanmasının və vaxtında büdcəyə ödənilməsinə nəzarət Azərbaycanda istehsal edilərək daxili istehlaka yönəldilən mallara münasibətdə vergi orqanları, idxal olunan mallara münasibətdə isə dövlət gömrük orqanları həyata keçirəcək”, - deyə nazir müavini əlavə edib.
Bu artıq yanacağın bahalaşması, bunun ardınca isə başqa mal və xidmətlərin bahalaşması deməkdir. Ancaq
Azərbaycana idxal olunan zərgərlik məmulatlarına aksiz dərəcələri tətbiqi edilə bilər. Ancaq bu hələ son deyil.
Nazir müavinin sözlərinə görə, Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın aksizli malların siyahısına aid edilməsi təklif olunur.
Onun sözlərinə görə, sənəddə həmin mallar üzrə aksiz dərəcələrinin müəyyən edilməsi ilə bağlı müddəalar da yer alıb.
Dəyişikliklər qəbul olunsa, idxal olunan platinin hər qramına görə aksiz dərəcəsi 2 manat təşkil edəcək. Qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının aksiz dərəcəsi min çəki vahidindəki miqdarına görə müəyyənləşəcək. Belə ki, qızılın min çəki vahidindəki miqdarı 375 olduqda aksiz dərəcəsi hər qrama görə 0,8 manat, 500 olduqda hər qrama görə 1 manat, 585 olduqda hər qrama görə 1,2 manat, 750 olduqda hər qrama görə 1,5 manat, 958 olduqda hər qrama görə 1,8 manat, 999 olduqda hər qrama görə 2 manat olacaq. Bundan başqa, idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün aksiz dərəcəsi 200 manat olmaqla iki cür hesablanacaq. Əgər idxal olunan almazın bir ədədinin miqdarı 1 karatdan aşağıdırsa, aksizin məbləği almazın karatının miqdarına mütənasib olaraq azaldılacaq. Almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olsa, aksiz məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanacaq:
- 1 karatdan 2 karatadək olduqda - 2,0
- 2 karatdan 3 karatadək olduqda - 3,0
- 3 karatdan 4 karatadək olduqda - 4,0
- 4 karatdan 5 karatadək olduqda - 5,0
- Karat 5-dən yuxarı olduqda - 10,0
Deməli, hökumət qızıl məmulatlarını da bahalaşdırmaq, qiymət fərqini isə büdcəyə köçürmək niyyətindədir. Ancaq bu da hələ son deyil.
Nazir müavini bildirib ki, Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə tətbiq olunan aksiz dərəcələrinin artırılması nəzərdə tutulur.
Dəyişikliyə əsasən, ölkəyə idxal olunan minik avtomobillərində mühərrikin həcmi 2000 sm³-dək olduqda, mühərrikin həcminin hər sm³-ə görə 0,15 manatdan 0,20 manata qədər artırılacaq. Mühərrikin həcmi 3000 sm³-ə qədər olduqda, indi 300 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə 1 manat aksiz dərəcəsi tətbiq olunursa, dəyişiklik qəbul olunduqdan sonra belə avtomobillər üçün 400 manat və əlavə olaraq 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə 1,5 manat aksiz dərəcəsi ödəniləcək. Bundan başqa, hazırda mühərrikin həcmi 4000 sm³-dək olduqda aksiz dərəcəsi 1300 manat və əlavə olaraq 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə 2 manat təşkil edirsə, qanun layihəsi təsdiqlənəndən sonra aksiz dərəcəsi müvafiq olaraq 1900 manat və əlavə olaraq 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə 4 manat olacaq. Hazırda qüvvədə olan qanunda mühərrikin həcmi 4000 sm³-dən çox olduqda bəndinin əvəzində yeni qanun layihəsinə iki bənd - mühərrikin həcmi 5000 sm³-dək olduqda və 5000 sm³-dən çox olduqda əlavə edilib. Belə ki, dəyişiklik məqbul sayılsa, aksiz dərəcəsi mühərrikin həcmi 5000 sm³-dək olduqda 5900 manat və əlavə olaraq 4000-5000 sm³ hissəsi üçün hər sm³-ə görə 8 manat, mühərrikin həcmi 5000 sm³-dən çox olduqda 13900 manat və əlavə olaraq 5000 sm³-dən çox olan hissəsi üçün hər sm³-ə görə 10 manat təşkil edəcək. İndi istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrdə mühərrikin həcminin hər sm³-ə görə aksiz dərəcəsi 1 manatdırsa, dəyişiklikdən sonra bu kateqoriya üzrə aksiz dərəcəsi 3 manat olacaq.
Rusiyada iqtisadi böhran və dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması Azərbaycanı da silkələməyə başlayıb. Neftin dünya bazarında sürətlə ucuzlaşması (gələn il üçün neftin bir bareli dövlət büdcəsində 90 dollardan hesablanıb, bazar qiymətlər isə 60 dollara qədər enib) hökuməti fakt qarşısında qoyub.
Bu əslində gözlənilən idi. Çünki Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 70 gaizi xam neftin dünya bazarındakı qiymətlərindən birbaşa asılı idi- qiymətin ucuzlaşması istər- istəməz büdcə kəsiri yaradırdı. Əgər neftin ucuzlaşması bundan sonra da davam edəcəksə, onda gələn il Azərbaycan büdcə böhranı ilə üzləşə bilər. Qeyri-neft sektorunun indiki durumu azalan neft dollarını kompensasiya edəcək gücdə deyil. Ona görə hökumət büdcə yırtıqlarını doldurmaq üçün qiymət artımlarını gətməyə məcbur idi.
Beləliklə, məlum olur ki, hökumət neftin ucuzlaşmaında sonra yaranacaq büdcə yırtıqlarını benzinin, qızılın və avtomobilin qiymətlərini artırmaqla ört-basdır etmək istəyir. Ancaq bu da hələ son deyil. Gələn il başqa tənzimlənən qiymətlərində də artımı tam realdır. Çünki neft ucuzlaşmada davam edəcəksə, hökumətin başqa yolu da qalmayacaq. Qeyri-neft sektorunun rəqabət qabiliyyətli olmadığından hökumət üçün ən münasib variant qiymətlərin artırılmasıdır.
Təbii ki, bu ölkənin sosial mühitində təlatümlərə səbəb olacaq.
Birincisi, Azərbaycanın sosial mühtinin tənzimləyən Rusiya amil artıq sıradan çıxıb. Rusiyadan Azərbaycan pul köçürmələri kəskin azalıb. Rusiyada böhran dərinləşdikcə köçürmələr sıfır həddinə qədər enə bilər. Bu isə Rusiyadan gələn pullar hesabına dolanan ən azı 500 min ailənin sosial durumunun pisləşməsi deməkdir. Belə bir vaxtda qiymət artımı vəziyyəti daha arzuolunmaz edir.
İkincisi, neft dollarının azalması səbəbində iri dövlət sifarişlərinin dayandırıacağı gözlənilir. Maliyyə naziri Samir Şərifov artıq bunun anonsunu verib. Bu isə iri dövlət sifarişləri üzrə çalışan 100 minə yaxın təbəqənin işsiz qalması deməkdir. İş yerini itirənlərin eyni zamanda qiymət artımı ilə üzləşməsi əsil sosial fəlakətdir.
Ümumiyyətlə, praktika göstərir, qiymət artımları ilə büdcəni doldurmaq ən effektsiz meotddur. SSRİ hökuməti 1990-ci ildə büdcə yırtıqlarını doldurmaq üçün qiymət artımına getdi. Nəticədə cəmi 1 il sonra həm SSRİ iqtisadiyyatı, həm də ölkənin özü sözün bütün mənalarında dağıldı. Vəziyyətdən çıxmağın ən yaxşı yolu qeyri-neft sektorunun rəqabət qabiliyyətini artırmaq, sərt antiinihisar və antikorrupsiya siyasətinin həyata keçirilməsidir. Ancaq görünən budur ki, hökumət birinci variantı seçib.(istiqlal.az)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Avtobusda gedişhaqqı artır?

    Avtobusda gedişhaqqı artır? ...

    13-01-2015, 12:16

  • 
  • Nəqliyyat vasitələrinin texniki baxışı üçün nəzərdə tutulan müddət məhdudiyyəti götürülüb

    Nəqliyyat vasitələrinin texniki baxışı üçün ...

    22-10-2018, 11:15

  • 
  • Maşınını texniki baxışdan keçirməyənlər cərimələnəcək

    Maşınını texniki baxışdan keçirməyənlər ...

    30-07-2015, 23:54

  • 
  • Sürücülərə şad xəbər

    Sürücülərə şad xəbər ...

    11-01-2015, 11:44

  • 
  • Benzin bahalaşa bilər (VİDEO)

    Benzin bahalaşa bilər (VİDEO) ...

    30-12-2014, 22:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu