2013-cü il yanvarın 1-i üçün vergiödəyicilərinin dövlət büdcəsi qarşısında borclarının ümumi həcmi ötən ilin əvvəli ilə müqayisədə 501,9 mln. manat və ya 16,2% azalıb. Bu barədə Turan-a Vergilər Nazirliyinin analitika-informasiya şöbəsindən məlumat verilib. Ötən ilin əvvəlində 9 471 subyektin dövlət büdcəsi qarşısında borcu olub. Ötən il ərzində daha 195 311 vergiödəyicisində borclar yığılıb. Aparılan araşdırıcı işlər nəticəsində 196 393 vergiödəyicisinin borcları tam ödənilib. Məlumatda qeyd olunur ki, 2012-ci ildə vergilər üzrə dövlət büdcəsinə daxilolmaların 31,7%-i gecikdirilmiş vergi borcları və məcburi alınma tədbirləri nəticəsində ödənişlərin payına düşüb ki, bu da əvvəlki illə müqayisədə 94,6 milyon manat çoxdur. Vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 51 min 30 sayda qərar açılıb və bu qərarların 95,2 faizi (2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox) borclar ləğv edildiyi üçün bağlanılıb. Əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 69,9 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?