GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Fazil Məmmədovun qorxduğu oliqarxlar

Fazil Məmmədovun qorxduğu oliqarxlar

Tarix: 11-06-2013, 13:04 Bölmə :Manşet Baxış: 1 335
Fazil Məmmədovun qorxduğu oliqarxlar

9 iri dövlət müəssisəsinin 1,5 milyard manat vergi borcu var; Nəhəng dövlət şirkətləri vergi borclarını niyə ödəmir?

Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəsi zamanı bəlli oldu ki, 9 iri vergi ödəyicisinin dövlət büdcəsinə borcu 1,5 milyard manata yaxındır. Büdcə daxilolmalarında isə yenə də yük 9 iri dövlət müəssisəsinin üstünə düşür.
Bununla belə, inhisarçılıqdan doğan nəhəng gəlirlərə baxmayaraq, heç bir səbəb olmadan iri dövlət müəssisələri dövlət büdcəsinə və Sosial Müdafiə Fonduna həmişə borclu qalır. Məsələn, Dövlət Neft Şirkəti ixrac edilən məhsulların topdansatış və ixrac qiymətləri arasındakı fərqdən büdcəyə ödənişlər üzrə öhdəliklərini yerinə yetirmir. Bu mənbə üzrə büdcə gəliri proqnozu 406,4 milyon manat nəzərdə tutulub. Hesablama Palatasının rəyində qeyd olunur ki, Vergilər Nazirliyi bu mənbə üzrə 424,9 milyon manat vergi hesablayıb. Lakin buna baxmayaraq, Dövlət Neft Şirkəti bu vergi növü üzrə cəmi 197,7 milyon manat ödəniş edib və öhdəliklərini yerinə yetirməyib. Bu isə proqnozun 48,5 faizi, hesablanmış vergilərin isə 46,5 faizi deməkdir.
Ümumiyyətlə, iri dövlət vergi ödəyicilərinin ödədiyi vergilər büdcədən aldıqlarından azdır. 2012-ci ildə Dövlət Neft Şirkəti istisna olmaqla, digər 6 iri dövlət vergi ödəyicisi - Rabitə Nazirliyinin müəssisələri, “Azərenerji” ASC, “Dövlət Dəmir Yolları” QSC, Dövlət Xəzər Dəniz Gəmiçiliyi, “AZAL” Dövlət Konserni və “Azərsu” ASC dövlət büdcəsinə 210,5 milyon manat vergi ödəyib ki, bu da əvvəlki illə müqayisədə 3,2 milyon manat azdır. Azalmaya əsas səbəb isə “Dövlət Dəmir Yolları” QSC üzrə vergi ödənişlərinin 64,6 faiz azalmasıdır.
Qeyd edək ki, son 5 il ərzində “Dövlət Dəmir Yolları” QSC-nin vergi ödənişləri ilbəil azalıb. Əslində, vergi ödənişlərinin azalma tendensiyası “Dövlət Dəmir Yolları” ilə yanaşı Xəzər Dəniz Gəmiçiliyi və “AZAL”a da aiddir. 5 il ərzində Xəzər Dəniz Gəmiçiliyinin dövlət büdcəsinə ödədiyi vergilərin həcmi 77,1 faiz, “AZAL”ın ödədiyi vergilər isə 27,9 faiz azalıb.
Dövlət şirkətlərinin büdcəyə olan böyük həcmli borcları isə hələ də qalmaqdadır. 2013-cü ilin əvvəlinə dövlət büdcəsinə borclar 3 milyard manat təşkil edib ki, bunun da 1,5 milyard manatı adıçəkilən iri dövlət müəssisələrinin payına düşür. Dövlət Neft Şirkəti, “Azərenerji”, AZAL və “Azərsu”nun borcları Nazirlər Kabinetinin borcların silinməsilə bağlı qərarları sayəsində azaldılıb.
Ümumiyyətlə, son illərə baxanda daha çox 9 qurumun dövlət büdcəsinə xeyli borcunun olduğu görünür. Hətta büdcəyə olan borcun 70-75 faizi məhz bu qurumların payına düşür. Bu şirkətlər qapalı şirkətlərdir və onların fəaliyyətində şəffaflıq yoxdur. Eləcə də onlar dövlətin ayrı-ayrı şəxsləri tərəfindən himayə olunur. Bu şirkətlər korrupsiyanın əsas həlqələridir. Ümumiyyətlə, borcların yaranmasının özü qeyri-şəffaflıqdan xəbər verir. Ödənilməli olan vergiyə bu müəssisələr izafi yük kimi baxırlar. Vəsaitləri isə müəyyən xərcləmələrə, şəffaf olmayan layihələrə yönəldirlər. Ona görə də qapalı olan həmin müəssisələr vergiyə ödənməli olan vəsaitləri şəffaf olmayan layihələrə istiqamətləndirir.
Bu problem müəyyən zamana kimi qalacaq. Yəni, həmin müəssisələri özəlləşdirmək vacibdir ki, məsələ də həll olunsun. Rabitə Nazirliyinin nəzdində olan müəssisələrin hamısının özəlləşdirilməsini zəruri sayan ekspertlər, “Azərenerji”ni də bu sıraya aid edir. Əksər dövlət qurumlarının özəlləşdirilməsini çox rahat şəkildə həyata keçirmək olar. Özəl sektor bu məsələlərdə şəffaf fəaliyyət göstərir və vergiyə daha çox açıqdır.

Tahir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fazil Məmmədovun cəza maşını iş başında

    Fazil Məmmədovun cəza maşını iş başında ...

    1-02-2013, 11:26

  • 
  • Vergilər Nazirliyində borc maxinasiyası

    Vergilər Nazirliyində borc maxinasiyası ...

    3-02-2013, 11:38

  • 
  • Azərbaycanın Dövlət Büdcəsi haqqında Qanun qüvvəyə mindi

    Azərbaycanın Dövlət Büdcəsi haqqında Qanun ...

    1-01-2014, 18:50

  • 
  • Neft Fondundan dövlət büdcəsinə transfert 1,6 milyard manat artırılır

    Neft Fondundan dövlət büdcəsinə transfert 1,6 ...

    17-02-2016, 14:38

  • 
  • Azərbaycan iqtisadiyyatının büdcə gizlinləri

    Azərbaycan iqtisadiyyatının büdcə gizlinləri ...

    1-07-2013, 19:10


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu