GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “Dolların bahalaşması, manatın isə ucuzlaşması qiymət artımına səbəb ola bilər”

“Dolların bahalaşması, manatın isə ucuzlaşması qiymət artımına səbəb ola bilər”

Tarix: 7-02-2015, 00:05 Bölmə :İqtisadiyyat Baxış: 0
“Dolların bahalaşması, manatın isə ucuzlaşması qiymət artımına səbəb ola bilər”

Natiq Cəfərli: “İlin sonunda manatın yumşaq devalvasiyası baş verəcək”

Rusiya iqtisadiyyatında yaşanan acınacaqlı durum, dünya bazarında neftin qiymətinin aşağı düşməsi, dünyada gedən qlobal iqtisadi proseslər və bütün bunların Azərbaycan iqtisadiyyatına təsiri, ölkədə qiymət bahalaşmasının mümkünlüyü ehtimalı və milli valyutanın devalvasiyasının hansı durumda olması haqda Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərli danışır.

- Natiq bəy, hazırda Rusiyada mövcud olan durumu necə qiymətləndirirsiniz, şimal qonşumuzun real vəziyyəti nədən ibarətdir?

- Ötən ildən bu yana vəziyyət getdikcə pisləşir. 2014-cü il üçün Rusiyadan kapital axını 160 milyard dollar həcmində olub. Xarici investisiyalar da kəskin şəkildə azalıb. İnflyasiya mövcuddur və yanvar ayı üçün bunun 12 faizə çata biləcəyinə dair mülahizələr irəli sürülür. Ötən il isə, 10,7 faiz civarında inflyasiya baş verib. Yəni makroiqtisadi parametrlərinə görə, Rusiyada böyük proseslər gedir. Bunun səbəbi təbii ki, həm də sanksiyalarla bağlıdır. Rusiya iqtisadiyyatının neft amilindən asılı olması və dünya bazarında neftin qiymətində koordinal enmə də, bu məsələdə əhəmiyyətli rol oynayır. Bundan əlavə, Rusiyanın bütün agentlikləri kredit səviyyəsini çox aşağı həddə endirdilər. Bu isə investisiya yatırmağı qadağan edən səviyyədir. Biz onu da nəzərə almalıyıq ki, Rusiyanın xarici borc problemi var. Əgər, bu günə qədər Rusiya aşağı faizlə borclarını qaytarırdısa, reytinq endirimindən sonra borclarını bir qədər yüksək faizlə qaytarmalıdır. Onu da deyim ki, Rusiyanın bu il qaytaracağı xarici borç təqribən 130 milyard ABŞ dollarıdır. Fevral ayında isə Rusiya 10 milyarda qədər xarici borcunu bağlamalıdır. Rusiya xaricdən borc ala bilmədiyi üçün, bunu daxili mənbələr hesabına qaytarılmaldır. Bu da, şimal qonşumuzda rubulun dəyərinin bir qədər də itirilməsi ilə nəticələnəcək. Bununla da infliyasiya ikirəqəmli həddə yaxınlaşacaq. Rusiya hökuməti də inflyasiyanın 12-14 faiz civarında ola biləcəyini təkzib etmir. Bütün makroiqtisadi göstəricələrə diqqət edəndə bəlli olur ki, Rusiyada ciddi problemlər yaşanır və bu da əhalinin güzəranına mənfi təsirini göstərir.

- Rusiyanın belə ciddi iqtisadi zərbə alması, Ukrayna problemi ilə bağlıdır?

- Rusiyada belə durumun yaranmasının iki səbəbi var. Birincisi beynəlxalq qurumların, xüsusilə də ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalar rejimidir. Bu sanksiyalar Rusiyanın maliyyə bazarlarına çıxışını məhdudlaşdırır. Beləcə rus şirkətləri xarici maliyyə əməliyyatları edə bilmir, ölkəyə investiyasının cəlb olunmasında problem yaşanır. İkinci mühüm və vacib səbəb, dünyada neftin qiymətinin aşağı düşməsidir ki, Rusiyada neft resursu ölkəsidir, onun ümumdaxili məhsulunun 60-65 faizi neft, qaz hesabına formalaşır. Rusiyanın dövlət büdcəsinin formalaşdırılmasında da, neft və qaz amilinin rolu 60 faizdən az deyil. Bu amillərin xarici ticarət dövriyyəsində rolu isə, 70-75 faiz civarındadır. Bu iki əsas amil Rusiyada vəziyyətin kəskin pisləşməsi ilə nəticələndi. Birinci amil birbaşa Ukrayna ilə bağlıdır. Rusiyanın Ukrayna ərazisinə təcavüzünün nəticəsi olaraq, sanksiyalar tətbiq edildi. İkinci amil neftin qiymətinin enməsidir və bu daha çox dünyada gedən qlobal proseslərlə bağlıdır.

- Söhbət hansı qlobal proseslərdən gedir?

- İş ondadır ki, indi dünyada iqtisadiyyat daralır. Yeni texnologiyalar da meydana çıxır. Artıq Amerika özünün nefə olan təminatını ən yüksək səviyyə çatdırıb. ABŞ özünü görəcək səviyyədə neft istehsal edə bilir. Üstəlik dünya bazarından neft almır. Bu da sözsüz ki, dünya bazarında neftin qiymətinin enməsinə səbəb olur. Neftin qiymətinin enməsi, qazın da dünya bazarında qiymətətinin aşağı düşməsinə gətirib çıxarır. Çünki, bu neft və qaz bir-birilə sıx bağlıdır. Bu il dünya bazarında qazın qiymətinin də, 15 faiz civarında enəcəyi gözlənilir. Təbii ki, Rusiya da neft və qaz satışından dolanan dövlətdir. Sözsüz ki, bu proses ona ciddi təsir göstərir.

- Necə düşünürsünüz, dünyada neftin qiymətində enmə müşahidə olunacaq, yoxsa artma?

- Buna birmənalı cavab vermək doğru olmazdı. Ancaq sizə deyim ki, iki gün əvvəl OPEK-in Vyanada toplantısı keçirilib. Həmin toplantıda neftin qiyməti açıq şəkildə müzakirə edilib və qiymətinin 30-35 dollara qədər ucuzlaşa biləcəyinə işarə edilib. İndi dünyanın ən nəhəng iqtisadiyyatlarından biri Çin iqtisadiyyatıdır və bu iqtisadiyyatda daralma müşahidə olunur. Ötən il beynəlxalq ekspertlərin hesablamalarına görə, ümudaxili məhsulda artım 6,8 faiz olub. Bu Çin iqtisadiyyatı üçün aşağı göstərici hesab olunur. Çünki, Çin iqtisadiyyatında ümumdaxili məhsulun artımı 9-10 faiz olub. Yanvar ayında sənaye istehsalında da eniş müşahidə edilib. Bu da onu göstərir ki, əslində Çin iqtisadiyyatında müəyyən zəifləmələr, sürətin azalması prosesi baş verir.
Avropa Birliyi ölkələrində də vəziyyət göz önündədir. Çünki həmin ölkələrdə də, ciddi daralmalar müşahidə edilir. Sözüm odur ki, dünyanın neft istehlak edən üç mərkəzi-Amerika, Avropa və Çində, obyektv və subyektiv səbəblərdən neftin istehlakı azalır. Hərəsinin də öz səbəbi var. Bu fundamental məsələlər yaxın gələcəkdə də, neftin qiymətində enmənin baş verəcəyinə dəlalət edir. Baxmayaraq ki, biz son günlər dünya bazarında neftin qiymətində 7-8 dollar artım müşahidə edirik. Bu artımın davamlı olub-olmayacağı haqqında, konkret danışmaq mümkün deyil. Çünki, fundamental səbəblərdən neftin qiymətinin yüksəlməsi ehtimalı çox aşağıdır.

- Bu proseslər Azərbaycana necə təsir edir?

- Qeyd edim ki, Rusiyada gedən proseslər Azərbaycana bir formada təsir edəcək. Nəzərə alın ki, şimal qonşumuzda gedən proseslər istər-istəməz bizə də təsir etməlidir. Təqribən 1,5 milyon vətəndaşımız Rusiyada çalışır, onların da Azərbaycana göndərdiyi vəsaitin həcmi, ildə təqribən 2 milyard dollar təşkil edirdi. Bu da Azərbaycanda daxili bazarın canlanmasına səbəb olurdu. Başqa sözlə, avtomobil bazarından tutmuş daşınmaz əmlak bazırına da təsir edirdi. Rusiyadan gələn maliyyənin əhəmiyyətli hissəsi burada xərclənirdi və bu həm də sosial gərginliyi azaldırdı. Çünki Rusiyadan regionlara gələn bu vəsait, əhalinin həyat şəraitini yaxşılaşdırırdı. Rusiyada iqtisadi vəziyyət çətinləşdikcə, təbii ki, orada çalışan azərbaycanlıların da gəlirlərində ciddi azalmalar olacaq. Bu o deməkdir ki, həmin şəxslərin ailələrinə göndərdiyi vəsaitin həcmində azalmalar olacaq.

- Demək istəyirsiniz ki, sinxron proses gedir?

- Bəli, Rusiyada iqtisadiyyatın zəifləməsi, gəlirlərin azalması soydaşlarımızın Azərbaycana göndərdiyi vəsaitlərin azalmasına səbəb olur. Bu da regionda yaşayan əhalinin yaşayışına təsir göstərəcək.

- Başqa hansı amilin ölkəmizə təsiri baş verir?

- İkincisi və ən əsası, neft amilidir. Neftin qiymətinin aşağı düçməsi Azərbaycanda ciddi hiss olunur. Azərbaycan gəlirlərinin mühüm hissəsini, enerji sənayesindən götürür. Rəsmi məlumata görə büdcənin 66 faizi neftdən asılıdır, xarici ticarət dövriyyəsinin 93 faizdən çoxu neft və qazdan ibarətdir. Bu nəhəng rəqəmlərdir. Odur ki, neftin qiymətinin enməsi ölkəyə ciddi sürətdə təsirini göstərir. Ancaq burada bir məqamı qeyd edim ki, Azərbaycan hökuməti təhlükəsizlik yasatdığı kimi 50 milyarddan artıq vəsait toplaya bilib. Bu vəsaitin hesabına Azərbaycanda 2015-ci ildə sosial məsələlərin həllində, hökumət problem yaşamayacaq. Bu rezerv vasitəsilə büdcə parametrləri yerinə yetiriləcək. Həm də hökumətin üzərinə götürdüyü sosial öhdəliklərin həyata keçirilməsində də problem olmayacaq. Amma neftin qiymətinin azalması davamlı xarakter alsa, 2016-cı ilin büdcəsinin formalaşmasında ciddi problemlər olacaq. Bu problemi biz daha çox Neft Fondunun büdcəsində görəcəyik. Büdcə artıq təsdiq edilib. Daha doğrusu neft 90 dollardan hesablanıb, təqribən 11 milyard dollar civarında büdcə təsdiqlənib. Ancaq görünən budur ki, neftin qiyməti 90 dollardan az olacaq, bu isə Neft Fondunun gəlirlərinin azalmasına səbəb olacaq. İndidən rəqəm söyləmək çətindir, amma ortalama neftin qiyməti 50 dollar olarsa, Neft Fonduna 11 milyard deyil, 6 milyard vəsait daxil olacaq. Bu isə təqribən gözlənilən gəlirdən 5 milyard dollar az gəlir deməkdir. 2016-cı ilin dövlət büdcəsinin formalaşdırılması zamanı, hökumət yenidən Neft Fonduna müraciət edəcək. Bu fonda gələn vəsaitlərin azalması isə, yeni problemlərə yol açacaq.

- Manatın məzənnəsinin sona qədər saxlanılması da, indi maraqla izlənilir. Sizcə manat devolvasiyaya uğraya bilərmi?

- Prezident Əliyev son çıxışında bu məsələyə münasibət bildirdi, dedi ki, bahalı manat xarici istehlakçılar üçün problem yaradır. Əlbəttə, bu iqtisadi nəzəriyəyə görə, doğru yanaşmadır. Ancaq gələcəkdə neftin qiyməti aşağı səviyyədə olsa, məyyən problemlər yaranacaq. Biz ötən il xaricə 20 milyard ABŞ dollarında məhsul satmışıq, bunun 92 faizi neft, enerjidir. Xaricdən də 10 milyard dollarlıq məhsul almışıq. Hələlik bu bizim xeyirimizədir. Ancaq neftin qiyməti aşağı düşsə problem yaranacaq. Bu zaman manatın devalvasiyaya getməsi ehtimalı yarana bilər. Əlbəttə, bu iqtisadiyyatda sağlamlaşma üçün bəzən xeyirli olur. Ancaq hökumət ondan ehtiyat edir ki, dolların bahalaşması, manatın isə ucuzlaşması inflyasiya basqısını artıracaq, qiymət artımına səbəb ola biləcək. Ona görə də, hökumət bu məsələyə həssas yanaşacaq, sona qədər manatı qorumağa çalışacaq, sonra isə vəsaitlərin azaldıqca addım-addım manatın yumşaq devalvasiyası təmin edilə bilər. Bu, ola bilsin ki, ilin son aylarında müşahidə edilsin.

- Ölkədə qiymət artımı gözlənilirmi?

- Bəzi sahələrdə artıq qiymət artımı baş verib. Bu tarif və gömrük rüsumlarının artırılması ilə bağlıdır. Artıq tütün və spirtli içkilərdə qiymət artımı müşahidə edilir. Hələlik mağazalarda köhnə mallar satılır və zaman keçdikcə yeni mallar, daha baha qiymətə daxil olacaq. Eləcə də avtomobillə bağlı qiymət artımı var. Yeri gəlmişkən, Rusiyadan bizə gələn ərzaq məhsullarının qiymətində məntiqlə azalma olsa da, bunun əksinə olaraq qiymət artımı yaşanır. Rusiyada rubl qiymətdən düşdüyü üçün, məhsullarda ucuz olmalıdır. Ancaq rubl oynaq olduğundan iş adamları ölkəmizə gətidiyi məhsulları riskə gedərək baha satırlar ki, rublun oynaması zamanı zərər görməsinlər. Gələcəkdə gömrük rüsumları artacaqsa, qiymət artımı da müşahidə olunacaq. Ancaq indilikdə qiymət artımı böyük masştabda müşahidə edilmir.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Natiq Cəfərli də prokurorluğa çağırıldı

    Natiq Cəfərli də prokurorluğa çağırıldı ...

    30-01-2017, 21:35

  • 
  • BU TARİXDƏ... - Dollar 2 MANAT ola bilər

    BU TARİXDƏ... - Dollar 2 MANAT ola bilər ...

    30-07-2019, 17:07

  • 
  • Neft bazarında nə baş verir - Qiymət necə olacaq?

    Neft bazarında nə baş verir - Qiymət necə olacaq? ...

    21-12-2020, 13:33

  • 
  • Mərkəzi Bank bir ayda 1,2 milyard dollar itirdi

    Mərkəzi Bank bir ayda 1,2 milyard dollar itirdi ...

    4-09-2015, 17:28

  • 
  • Azərbaycanda dollar qalxır?! - İqtisadçılar danışır

    Azərbaycanda dollar qalxır?! - İqtisadçılar ...

    17-12-2014, 11:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu