“Kənardan baxanda çox nəhəng, gözəl bir şey zənn edirsən. İçəri giririsən, bu qədər ərazi israf edən anlayış ola bilməz”
Türkiyədə məşhur jurnalist Fatih Altayın “Teke Tek” proqramında qonaq olan baş nazir Rəcəb Tayyib Ərdoğan söhbət əsnasında Bakıda tikilmiş Heydər Əliyev Mərkəzindən də danışıb. “Qafqazinfo”nun məlumatına görə, verilişin Türkiyədə gerçəkləşdirilən yeni layihələr və ora cəlb edilən memarlardan bəhs edən bölümündə jurnalist dünyaca məşhur qadın memarı Zara Hadidin bu layihələrə iştirak edə biləcəyinə işarə vurub. Baş nazir Ərdoğan da həmin memarın Azərbaycanda tikdiyi mərkəzdən danışıb: “Mən onun Azərbaycanda tikdiyini görmüşəm. Kənardan baxanda çox nəhəng, gözəl bir şey zənn edirsən. İçəri giririsən, bu qədər ərazi israf edən anlayış ola bilməz. Lakin qazanıb, dərəcə alıb”. Qeyd edək ki, ötən ilin mayında istifadəyə verilən Heydər Əliyev Mərkəzinin memarı şöhrətli Zaha Hadiddir. Tikilinin ümumi sahəsi isə 15,93 hektardır.
Sorğu
Yeni dizaynımız necədir?