Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ümumi seçkilər sonrasında müxalifətin koalisiya qurmaq planlarını qarşı tərəf üçün artıq indidən məğlubiyyət siqnalı kimi dəyərləndirib.
ANS PRESS-in məlumatına görə, Ərdoğan qeyd edib ki, Türkiyədə indiyə qədər formalaşdırılan koalisiya hökumətlərinin fəaliyyəti heç də kifayət qədər uğurlu olmayıb.
R. T. Ərdoğan: “Türkiyə çoxpartiyalı sistemə keçdikdən sonra 70 ilin 40-nı koalisiya hökumətlərinin idarəçiliyi altında keçirib. Bu gün Türkiyənin əldə etdiyi uğurların əksəriyyəti qalan 30 il ərzində təkpartiyalı iqtidarların fəaliyyətinin nəticəsidir. Keçmişdə 70 ilin 40 ilini oğurlayanlar indi həmin dövrün yenidən davam etməsini istəyirlər. ... Koalisiya dönəmləri Türkiyəyə həmişə məğlubiyyət gətirib”
Türkiyə Böyük Millət Məclisinə seçkilər iyunun 7-nə planlaşdırılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?